REKLAM




+ Konuyu Cevapla

Dəridə ağ ləkələr - Vitiliqo xəstəliyi

  1. Yazan: Ceylan
    No Avatar

    REKLAM


    Dəridə ağ ləkələr haqqında - Vitiliqo nədir - Vitiliqonun müalice üsulları - Ala deri nedir




    Vitiliqo nədir?

    Vitiliqo (leykopatiya, ala dəri) - ən az araşdırılmış və müalicəsi mürəkkəb olan xəstəliklərdən biridir. Bu xəstəlik istənilən yaş dövründə baş verə bilər. Dəridə ağ ləkələr əmələ gəlir, yəni həmin sahələrdə melanin adlı piqment olmur. Bu cür hal depiqmentasiya adlanır.

    Bu xəstəlik dünyanın bütün ölkələrində yayılıb. Xəstəlik istənilən yaşda əmələ gələ bilər, lakin əksər hallarda qadınlarda və 20 yaşadək cavan oğlanlarda olur. Son illərdə həm böyük əhali, həm də uşaqlar arasında vitiliqo xəstələrinin sayı artır.

    Vitiliqo elə bir xəstəlikdir ki, rəsmi olaraq tibdə xoşagəlməzdir. Hesab olunur ki, həyata və sağlamlığa təhlükə kəsb etmir. Lakin bu tam olaraq belə deyil. Ola bilər ki, həyati təhlükə yoxdur, lakin sağlamlığa olan zərəri gözlə görünür. Çünki vitiliqo – sadəcə xoşagəlməz kosmetik defekt deyil, həmçinin orqanizmdə baş verən ciddi dəyişikliklərin əlamətidir.

    Vitiliqonun əmələ gəlmə səbəbləri


    Vitiliqonun nə səbəbləri, nə də əmələ gəlmə mexanizmləri indiyədək məlum deyil. Ehtimal edilir ki, vitiliqonun əmələ gəlməsində müəyyən rolu növbəti amillər oynayır:

    - neyroendokrin xarakterli pozulmalar (qalxanvari vəzinin, böyrəküstü vəzinin, hipofizin, cinsi vəzilərin disfunksiyaları);

    - psixiki travmalar;

    - vegetativ sinir sisteminin pozulmaları (parasimpatik sinir sisteminin tonusu ilə müqaisədə onun simpatik hissəsinin tonusunun daha üstün olması);

    - autoimmun proseslər;

    - xəstəliyin ailəvi hallarıyla təsdiqlənən irsi meyllik.

    Vitiliqonun əmələ gəlməsində keçirilmiş yoluxucu xəstəliklərə, daxili orqanların xroniki xəstəliklərinə, intoksikasiyaya, dərinin bəzi sintetik parçalarla kontaktına, fiziki travmalara böyük əhəmiyyət verilir.

    Xəstələrin əksəriyyətində vitamin balansının, mis, dəmir, sink və digər mikro- və makroelementlər mübadiləsinin pozulması aşkar olunub, sorulma pozulması sindromu qeyd olunub. Son illərdə mühüm rol immun pozulmalara ayrılır və vitiliqonun autoimmun patogenezi haqqında məlumatlar var.

    Depiqmentasiyaya (rəngsizləşməyə) bağırsaq qurdları (helmintlər) səbəb ola bilər, çünki onlar daxili sekresiya vəzilərinin normal fəaliyyətini pozur və orqanizmdə misin defisitinə gətirib çıxarır. Bu hallarda aparılan dehelmintizasiya nəticəsində xəstələrin sağalmasına dair sübutlar var.

    Vitiliqonun simptomları


    Xəstəlik adətən xroniki olur, xəstəyə mənəvi zərbə vurur və diskomfort yaradır. Xəstəlik, dəridə çəhrayi və ya ağımtıl ləkələrin əmələ gəlməsindən başlayır. Tədricən ləkələr böyüyür, müxtəlif ölçülü, dəqiq kənarlı, oval və ya yumru olur. Çoxalaraq, ləkələr birləşir və geniş ocaqlar yaranır. Ocaqlar tək-tək və ya çoxlu ola bilər, dərinin istənilən sahəsində yerləşə bilər, əksər hallarda da açıq yerlərdə: üzdə, boyunda, əl-ayaqda, cinsi orqanların iri qatları olan sahələrdə və gödən dərisində yerləşir. Ocaqlar simmetrik olaraq yerləşir, bəzən birtərəfli ləkələr olur, nadir hallarda ləkələr sinir gövdələrinin keçdiyi sahələrdə olur. Ocaqların olduğu yerlərdə tüklər rəngsizləşir, solğun olur; həmin yerlərdə tər və piy ifrazı pozulur, vazomotor və əzələ-tük refleksləri pozulur (rəngini itirmiş dəri, soyuq və digər qıcıqlandırıcılara reaksiya vermək bacarığını itirir və bu halda “qaz dərisi” adlanan reaksiya olmur).

    Bəzən vitiliqo gün dermatitləriylə müşayiət olunur.


    Vitiliqonun ən ağır mərhələsi – universal zədələnmədir, və bu halda bütün dəri rəngsizləşir.

    Vitiliqo xəstələrində subyektiv hisslər olmur və onları adətən sadəcə kosmetik defekt narahat edir. Tək-tək ləkələr özbaşına yox ola bilərlər. Xəstə uzun müddət gün altında gəzməkdən uzaq olmalıdır, çünki qaralmış dəridə ağ ləkələr daha çox görünür.

    Vitiliqo proqressivləşdikdə depiqmentasiya ocaqları əvvəlki travmaların yerində, sürtülmə və ya dəriyə təzyiq olunan yerlərdə əmələ gəlir.

    Həkiminiz nə edə bilər?


    Vitiliqo diaqnozu kliniki təzahürlərə əsaslanaraq qoyulur və əksər hallarda çətinliklər yaratmır, çünki bu xəstəliyin özünəməxsus əlamətləri var. Vitiliqonun əmələ gəlməsinə şərait yaradan amillərin çoxluğu, bu xəstəliyin kompleksli müalicəsinin zərurətinə səbəb olur. Vitiliqo – dermatoloqlar üçün mürəkkəb problemdir, çünki dəqiq müalicə sxemi yoxdur, baxmayaraq ki, son illərdə terapiyaya əsaslandırılmış yanaşmalar yaradılıb. Dərinin ultrabənövşəyi şüalanmaya həssaslığını artıran preparatlardan istifadə edirlər və sonra şüalanma aparırlar.

    Xəstələrin tam sağalması, müşaiyət olunan xəstəlikləri müalicə etmədən mümkün deyil. Vitiliqo – “daxili xəstəliyin dəridəki markeridir”. Hazırda bu xəstəliyin müalicəsinin təsirli üsullarının axtarışı davam edir.

    Siz nə edə bilərsiniz?


    Xəstəliyin əlamətləri təzahür etdikdə dermatoloqa müraciət etmək lazımdır. Lakin simptomlar haqqında danışdıqda bütün diqqəti sadəcə dəri problemlərində cəmləşdirmək lazım deyil, çünki dəriylə əlaqəsi olmayan digər əlamətləri də unutmamaq lazımdır. Çünki daha öncə də deyildiyi kimi, vitiliqonun səbəbi bütün orqanizmdəki dəyişikliklərlə əlaqədar ola bilər.


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Vitiliqo xəstəliyi
    Konuyu Açan: AĞRAZ, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 31.07.2013, 16:47
  2. Vərəm xəstəliyi
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 05.08.2012, 22:33
  3. Göbələk xəstəliyi
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 13.07.2012, 20:35
  4. Xəstəlik Xəstəliyi
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 07.10.2011, 19:28
  5. Yeməmə Xəstəliyi
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 03.10.2011, 10:34

copyright

Soru Cevap

grafimx