REKLAM




+ Konuyu Cevapla

Qadınların qorxulu düşməni - Mastopatiya

  1. Yazan: Ceylan
    No Avatar

    REKLAM


    Süd vezisi şişleri - Mastopatiya



    Mastopatiya süd vəzinin xoşxassəli şiş xəstəliyidir.

    Yaxın keçmişə qədər mastopatiya orta yaşlı qadınların xəstəliyi hesab olunurdu.

    Əsasən 25-50 yaşlı qadınlar arasında arasında daha geniş yayılır.

    Lakin son illər mastopatiyaya cavan, hətta ailə həyatı qurmayan qızlarda da tez-tez rast gəlinir. Bu hormonal xəstəlik əsasən irsi xarakter daşıyır.

    Həkimlər deyirlər ki, diaqnozun tez olması uğurlu müalicəyə işarədir. Ona görə də əgər aybaşı başlayan zaman döşdə ağrılar varsa, dərhal həkimə müraciət edin. Unutmayın ki, qadın üçün bu son dərəcə həssas bir orqandır. "Etinasız münasibət sonda pis nəticələrə gətirib çıxarır", - deyən həkim-fitoterapevt Zümrüd Rəhimova bildirir ki, mastopatiyaya səbəb olan əsas faktorlar bunlardır: tez-tez edilən abortlar, müntəzəm olmayan cinsi həyat, gec doğuşlar, döş əmizdirmədən imtina etmə.

    Digər səbəblər - süd vəzilərinin zədələnməsi, hormonal pozuntu, stresslər, hormonal preparatların özbaşına qəbulu və günəş vannalarının həddindən artıq qəbuludur.Yumurtalıqların iltihabı, zob, öd kisəsi və qaraciyər xəstəlikləri, diabet, piylənmə, stress, depressiya, qeyri-müntəzəm cinsi həyat, abortlar, süd vəzin travmaları, alkoqol, nikotin, ilk hamiləliyin gec olması, erkən aybaşı və s. Xəstəlik özünü süd vəzində ağrılar, strukturunun bərkiməsi və ya düyünlərin əmələ gəlməsi ilə göstərir. Bəzən vəzidən tünd və ya açıq rəngli ifrazat olur. Müasir insanların qidasında konservantların, hormonabənzər maddələrin artması da, ehtimal ki, mastopatiyaya səbəb ola bilir. Mastopatiya adətən özünümüayinədə aşkar olunur. Xərçəngönü xəstəlik olmasına baxmayaraq vaxtında aşkar edildikdə və müalicə olunduqda izsiz keçib gedir.

    Süd vəzisindəki kistalar şişlər ilə qarışmaz, şişlər və xərçəngə çevrilməz, xəstə üçün həyat təhlükəsi yaratmazlar. Sadə bir ultrasəs müayinəsi ilə 100% dəqiq diaqnoz qoyula bilər. Süd vəzisi kistaları zamanı hər hansı bir cərrahi müalicəyə ehtiyac yoxdur. Bəzi kistaların müəyyən vaxt ərzində içindəki maye azalır və qatı çöküntülər ortaya çıxa bilir. Belə kistalara komplikasiyalı kistalar deyilir. İçi qatı hala dönən bu komplikasiyalı kistaların bəzən tez-tez müayinəsinə və çox nadir hallarda isə histopatoloji analizə ehtiyac ola bilər. Süd vəzisinin sadə kistaları, yəni fibrokistalar və ya fibrokistik mastopatiya süd vəzisinin ən xoşxassəli hallarındandır, sadəcə ağrı verə bilər.

    Süd vəzilərinin dəqiq müayinəsi mammoqrafiya ilə müəyyən olunur. Bu metod sadə, ağrısız, təhlükəsiz və yüksək effekti ilə seçilir. 85-95% hallarda süd vəzilərindəki dəyişikliyi müəyyən etmək mümkün olur. Metod 35 yaşından yuxarı qadınlarda istifadə olunur. Mammoqrafiya menstrual dövrün ilk mərhələsində həyata keçirilir. 35 yaşından aşağı qadınlarda USM edilir.

    Xalq təbabəti mastopatiyanın müalicəsində çoxlu bitki yığıntıları təklif edir.

    Öküzgülü ilə bitki yığıntısı hərəsindən bir xörək qaşığı itburnu meyvələri və öküzgülü çiçəkləri, hərəsindən 2 xörək qaşığı adaçayı (sürvə) yarpağı və gicitkən yarpağı, 3 xörək qaşığı gülümbahar çiçəkləri xırdalanaraq qarışdırılır. Qarışıqdan 7 xörək qaşığı götürüb üzərinə 1,5 litr qaynar su tökülür və 22-24 saat dəmlənir. Dəmləmə 2-3 qat tənzifdən süzüldükdən sonra gündə 4-5 dəfə 1/3 stəkandan yeməkdən 10 dəqiqə əvvəl daxilə qəbul edilir. Dadını yaxşılaşdırmaq üçün dəmləmyə şəkər əlavə etmək olar.

    İtburnu ilə bitki yığıntısı


    Hərəsindən bir xörək qaşığı dazıotunun otu, quşarmudu (üvəz) meyvələri, dağtərxunu çiçəkləri, çaytikanı meyvələri, 2 xörək qaşığı gülümbahar çiçəkləri, 3 xörək qaşığı itburnu meyvələri xırdalanır, yaxşı-yaxşı qarışdırılır. Qarışıqdan 7 xörək qaşığı götürülür və 750 ml qaynar suda 12-15 dəqiqə qaynadılıq, bir sutka dəmləndikdən sonra 2-3 qat tənzifdən süzülür. Gün ərzində 3-4 dəfə yarın stəkandan yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir. Müalicə müddəti 20-25 gündür, bir həftə fasilə verdikdən sonra təkrar qəbul oluna bilər. Dadını yaxşılaşdırmaq üçün dəmləməyə şəkər əlavə etmək olar.

    Damotu ilə bitki yığıntısı

    Hərəsindən bir xörək qaşığı atpıtrağı kökü, çaytikanı meyvələri, yatıqqanqal otu, hərəsindən 2 xörək qaşığı dazıotu otu, damotu otu, gülümbahar çiçəkləri, bədrənc otu və qəpikotu kökü xırdalanaraq qarışdırılır. Yığıntıdan 7 xörək qaşığının üzərinə 1,5 litr qaynar su tökülərək 15 dəqiqə vam odda qaynadılır və bir sutka dəmlənir. 2-3 qat tənzifdən süzüldükdən sonra zövqə görə bal və ya şəkər əlavə olunur. 1 stəkandan gündə 3-4 dəfə, yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir.

    alıntı


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Oxuyun və ən qorxulu düşməninizi tanıyın - 3
    Konuyu Açan: Ceylan, Forum: İslami Mövzular.
    Cevaplar: 0
    Son Mesaj : 01.05.2013, 08:01
  2. Oxuyun və ən qorxulu düşməninizi tanıyın - 2
    Konuyu Açan: Ceylan, Forum: İslami Mövzular.
    Cevaplar: 0
    Son Mesaj : 01.05.2013, 07:59
  3. Oxuyun və ən qorxulu düşməninizi tanıyın - 1
    Konuyu Açan: Ceylan, Forum: İslami Mövzular.
    Cevaplar: 0
    Son Mesaj : 01.05.2013, 07:58
  4. Qadınların düşməni - Ayna!
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 18.02.2013, 01:41
  5. Qadınların düşməni olan kosmetika!
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 30.03.2012, 00:26

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx