Ağız qoxusunun səbəbləri

  1. Ağız qoxusunun səbəbləri haqqında




    Ağız qoxusu fizioloji və pataloji olaraq iki yerə bölünür. Fizioloji ağız qoxusu - sağlam olan hər bir insanın yuxudan oyandığı zaman ağzında hiss etdiyi və həzm borusunda yığılıb qalan qazların, eləcə də dilin üstündə yaranan bakteriyaların səbəb olduğu qoxudur. Bunun müalicəsinə ehtiyac yoxdur. Pataloji ağız qoxusu - ağızın içində və çölündə meydana gələ bilər. Ağız qoxusunun səbəblərinin 85-90 faizi ağız içində əmələ gəlir və bunu ilk müayinədə ortaya çıxarmaq mümkündür. Bu səbəbləri belə sıralamaq olar: ağız təmizliyinin gecikməsi; ağız içi infeksiyalar; diş əti xəstəliyi; çürük dişlər; ağız xərçəngi; ağız quruluğu; allergiya; səhv hazırlanmış protezlər; tüpürcəyin biokimyəvi quruluşunun pozulması və s.

    Ağız xaricindəki səbəblərdən qoxunun meydana gəlmə ehtimalı isə 10-15 faizdir. Bunların 5 faizi qulaq-burun-boğaz, 4 faizi həm ağız, həm də qulaq-burun-boğaz, 1 faizi isə qida borusu ilə əlaqədardır.

    Ən çox rastlaşdığımız səbəblər bunlardır: alt və üst nəfəs çatışmazlığı xəstəliyi; qulaq-burun-boğaz infeksiyaları; həzmlə əlaqədar olan xəstəliklər; qaraciyər çatışmazlığı; xroniki böyrək çatışmazlığı; diabet (şəkər xəstəliyi); psixoloji problemlər (depressiya, psixi xəstələr kimi); qan xəstəlikləri; spirtli içkilər, siqaret və bəzi qidalar...

    Ağız qoxusu müalicəsində ilk addım qoxunun səbəbinin müəyyənləşdirilməsidir. Boğaz əti, vəzi və sinusit kimi xəstəliklərin səbəb olduğu ağız qoxuları üçün tibbi və ya cərrahiyyə yolu ilə müalicə edilməkdədir. Qoxuya səbəb olan digər orqanlarla bağlı xəstəliklərin (qaraciyər, mədə, böyrək) müalicəsi sayəsində də ağız qoxusu aradan qaldırılır. Ağız içində meydana gələn qoxuların 90 faizi müvəffəqiyyətlə müalicə edilə bilər. Müalicənin əsasında isə normal ağız-diş təmizliyi yatır. Diş çürükləri və diş əti xəstəlikləri pis ağız qoxusuna yol açan mühüm səbəblərdir.

    Ağızdakı bir infeksiya bakteriyaların artmasına və daima ağız qoxusuna səbəb olur. Ona görə də diş və diş əti xəstəlikləri müalicə edilməli, ağızdakı protezlər və “plomb”lar nəzərdən keçirilməlidir.

    Dilin təmizlənməsi önəmlidir

    Ümumiyyətlə, ağız qoxusuna səbəb olan orqanlarımızın sırasında ilk yeri dil tutur. Dilin 2/3-si arxa tərəfdə qaldığı üçün bu hissədəki bakteriyaları tüpürcəklə təmizləmək mümkün olmur. Yeri gəlmişkən, Peyğəmbərimiz (s.ə.s.) tarixdə dilini fırçayla təmizləyən ilk insandır. Müasir tibb son on ildir dilin də firçayla təmizlənməsinin zəruri olduğu qənaətinə gəlib.

    Ümumiyyətlə, ağız təmiz olsa, pis ağız qoxusu da olmaz. Yəni ağız qoxusunu diş fırçalamaq 25 faiz, dil təmizliyi 75 faiz, ikisinin bir yerdə olması isə 85 faiz azaldır. Eləcə də, sarımsaq, soğan və bu kimi ərzaqlar yedikdən sonra ağzı təmizləmək, spirtli içkidən və siqaretdən uzaq olmaq lazımdır. Siqaret çəkmək diş əti xəstəlikləri üçün mühüm bir riskdir. Siqaret həmçinin ağız boşluğu, qırtlaq və qida borusu xərçənginə də yol açır. Belə bir ağızda dişlərin çürüməsi və pis qoxunun olması qaçılmazdır. Spirtli içki də ağız qoxusunun yaranmasına səbəb olur və onun orqanizmdə digər bütün sistemlərə zərərli təsirləri var. Ağız xərçənginin yaranmasının səbəbləri arasında da spirtli içkilər yer alır.

    Ağız və dişin sağlamlığı üçün dişlər və dil səthi hər yeməkdən sonra, eləcə də gecə yatmazdan əvvəl mütləq təmizlənməlidir. Bununla yanaşı, gündə bir dəfə dişlərin arası (varsa, protezlər) təmizlənməlidir. Bütün bunlardan sonra da qoxu aradan qalxmazsa, bunun başqa səbəblərini axtarmaq və müvafiq tədbirlər görmək lazımdır. Hətta ağız qoxusunun səbəbi bəzən ciddi xəstəliklər də ola bilər. Bəlkə də Allah (c.c.) belə ciddi xəstəlikləri ağız qoxusuyla bizə bildirir və tədbirimizi almağımız mövzusunda xəbərdarlıq edir.

    Ağız qoxusuna tarixi baxış

    Tibb tarixində ağız qoxusuna dair ilk mənbələr e.ə. 1500-cü illərə təsadüf edir. O vaxtlarda ağzı qoxan insanlardan bəhs edilərkən hansısa bir müalicədən söhbət açılmırdı. Antik dövrdə bir adamın nəfəsinin yaxşı qoxması ruhun təmizliyinin göstəricisi kimi qəbul olunurdu. Ağız qoxusu fərdin sosioloji və psixoloji həyatında problemlərə səbəb olduğu kimi, ailə həyatında da bəzi problemlərə yol aça bilir. İbranilərin qanun kitabı olan “Təlmud”dakı bir maddəyə görə, ər-arvaddan birinin ağzının qoxması boşanmaya səbəb ola bilər.

    Hippokratın vaxtındakı insanlara ağızlarının gözəl qoxulu olması üçün tez-tez qarqara etmələri, cirə və başqa bitki toxumlarını çeynəmələri tövsiyə olunurdu.

    Romalılar bitki saplarını və ya başqa yarpaqları çeynəyərək, ağız qoxularını “öldürməyə” çalışırdılar. Xristianlığın ortaya çıxdığı bir vaxtda isə ağız qoxusu “şeytanın qoxusu” kimi qəbul edilir, günahların ağız qoxusuna səbəb olduğu zənn edilirdi.

    Osmanlı əsəri olan “Tibb-i Nəbəvi” adlı kitabda ağız qoxusunun qarşısını almaq üçün misvaqdan bəhs olunur. Eşrəf bin Məhəmmədin “Hazainüsseadat” adlı əsəri də (1460) ağız qoxusu üçün dil sağlamlığından bəhs edən, bəlkə də, ilk əsərdir. 15-ci əsrdə İbn-i Şərifin “Yadigar” adlı kitabında diş əti çəkilməsi, diş çürüməsi və ağız qoxularına dair reseptlər verilir.

    Hədis və sünnətdə ağız və diş sağlamlığı

    Peyğəmbərimizin (s.ə.s.) həyatına baxdıqda ağız və diş sağlamlığına nə qədər böyük əhəmiyyət verdiyini görürük. Səhabələr Peyğəmbərimiz (s.ə.s.) danışanda onun dişlərinin inci kimi parıldadığını, tər-təmiz, ağ və parlaq olduğunu söyləyirdilər. Onun (s.ə.s.) Uhud döyüşündə qırılan dişindən başqa, heç bir dişinin çürümədiyi və düşmədiyi bildirilir.

    Bir hədisdə: “Hilallamaq dişləri təmizləyər, pak edər, diblərini sağlamlaşdırar və ağız qoxusunu gözəl edər”,- buyurulur.

    Hədisdəki mühüm detallardan biri də dişlərin necə firçalanacağına aiddir. “Hilallamaq” metodu dişlərin aypara şəklində, dairəvi olaraq fırçalanmasıdır. Bu metod diş minalarına zərər verən və dişin zəifləməsinə səbəb olan “sağa-sola fırçalamaq” metodundan fərqlidir. Müasir diş həkimləri də hədisdə buyrulduğu kimi, dairəvi firçalamanı tövsiyə edirlər və diş aralarında yığılan qırıntıların qarşısının ən yaxşı bu metodla alına biləcəyini bildirirlər. Başqa bir hədisdə Peyğənbərimiz (s.ə.s.): “Diş ətlərini yemək qırıntılarından təmizləyin. Misvaqdan istifadə edin, saralmış dişlərlə, qoxulu ağızla yanıma gəlməyin”,- buyurub. Digər bir hədisdə isə: “Əgər ümmətimə ağır gəlməyəcəyini bilsəydim, hər namaz vaxtı (dəstəmaz deyə də rəvayət edilir) dişlərini misvaqla təmizləmələrini əmr edərdim”,- buyuraraq, ağız və diş sağlamlığına verdiyi əhəmiyyəti vurğulayır.

    Demək ki, misvaq 1400 ildən artıqdır ağız və diş sağlamlığı üçün istifadə edilir. Misvaq dişlərin təmizlənməsi və onlara parlaqlıq verməsi ilə yanaşı, ağıza xoş bir dad da verməkdədir. Misvaqın tərkibində diş əti infeksiyalarına qarşı qoruyucu təsiri olan maddələr var.

    Misvaq ilə tüpürcəyin “pH” dərəcəsi eyni olduğundan onlar bir-birinə yad deyil. Həmçinin misvaq liflərinin udulması da sağlamlıq üçün hansısa fəsad törətmir.

    Ağız və diş sağlamlığına bir çox faydası olan və əsirlərdən bəri istifadə edilən misvaq Allahın (c.c.) qullarına verdiyi mükəmməl bir fırçadır. Bu fırçanın məcunu da öz içindədir. Eləcə də mötəbər fiqh kitablarından “Merakül Ferah”da misvaqın 50-dən çox faydasından bəhs edilir. Aparılan araşdırmalar nəticəsində tibb ekspertləri misvaqın süni diş fırçasından üstün olduğunu qəbul ediblər.

    Bütün bunlar göstərir ki, dinimiz ağız və diş sağlamlığına çox böyük əhəmiyyət verir. Peyğəmbərimizin (s.ə.s.) tövsiyələrini yerinə yetirərək ağız və diş sağlamlığına lazımi əhəmiyyət verməklə və qoxunun əsl səbəbinin tapılması üçün vaxtında həkimə müraciət etməklə həm mümkün fəsadlara qarşı tədbir alarıq, həm də ağız qoxusunun yaranmasına mane olarıq.

    Alıntı..

     

     

    Sarsın - 23.01.2013 - 01:36



Benzer Konular

  1. Ağız Kuruluğu Ağız Kokusu Yapıyor
    Konuyu Açan: AĞRAZ, Forum: Diş ve Ağız Sağlığı.
    Cevaplar: 0
    Son Mesaj : 19.10.2012, 22:19
  2. Ağız Felci, Ağız ve Boğaz İltihabı İçin Şifalı Bitkiler
    Konuyu Açan: Sarsın, Forum: Diş ve Ağız Sağlığı.
    Cevaplar: 0
    Son Mesaj : 08.07.2011, 02:16
  3. Ağız yaraları Ağız Yarası tedavisi
    Konuyu Açan: AYIŞIĞI, Forum: Diş ve Ağız Sağlığı.
    Cevaplar: 9
    Son Mesaj : 02.05.2011, 07:26
  4. Ağız Kokusuna İyi Gelen Bitkiler - Ağız Kokusunu Gidermek İçin
    Konuyu Açan: Leyl-i Lal, Forum: Diş ve Ağız Sağlığı.
    Cevaplar: 0
    Son Mesaj : 04.02.2011, 09:56
  5. Ağız qoxusunun çarəsi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 14.10.2010, 11:49

copyright

Soru Cevap