Qarasu xəstəliyi

  1. Qarasu xəstəliyi haqqda - Qarasu xəstəliyi tedavi



    Canalan gözlerin canyaxan derdleri
    Göz en mühüm ve eyni zamanda en ince duyğu orqanlarından biridir. O insan heyatında en başlıca rol oynayır. Çünki göz vasitesile biz etrafdakı eşyaları görür, renglerin çalarlarını seçirik, bir sözle heyatın gözelliyini duyuruq. Göz çox zerif olduğundan özüne qarşı son derece diqqetli olmağı teleb edir. İnsanın görme qabiliyyeti 9-11 yaş arasında formalaşır. Bu müddet erzinde gözlerde her hansı bir problem yaranarsa onun müalicesini de hemin yaşlarda etmek meslehedir. Tibb elminde müxtelif göz xestelikleri mövcüddur. İnsanlar ise en çox göz zeifliyinden eziyyet çekirler.
    Göz zeifliyi neden yaranır?
    Hekimlerin dediyine göre, göz zeifliyi üç yere bölünür: meyopeya, hipermetropiya ve astikmatizm: Meyopeya xesteleri uzağı pis görür ve işaresi menfidir. Meyopeya 8-12 yaşında olan uşaqlarda aşkar edilir. Yaş artdıqca meyope da artır. Televizora ve ya kompütere çox baxmaq, zeif işıqda oturmaq ve vaxtsız qidalanmaq meyopeyaya sebeb olan amillerdir. Hipermetrapiya xesteleri yaxını pis görür ve işaresi müsbetdir. Hipermetrapiyaya en çox balaca uşaqlarda rast gelinir. Bu vaxt uşaqlar kitab oxuyanda onların gözleri sulanır ve göyneyir. Astikmatizm xestelerinde ise qarışıq olur. Onlar hem yaxını, hem de uzağı zeif görürler. Bu, onların görme qabiliyyetlerinin tam formalaşmamasından ireli gelir. İndi demek olar ki, gözden eziyyet çekenlerin 80 faizi astikmatizmden şikayet edirler. Gözde zeifliyin aradan qaldırılması üçün ilkin növbede onun yaranmasına sebeb olan müxtelif amilleri araşdırmaq lazımdır. Gözlerde bu problemlerin yorulma, stress, televizora, kompütere yaxından baxmaq neticesinde yarandığını söyleyen hekimler bezi xestelerde bu halların anadangelme olduğunu deyir. Çox uşaqlar var ki, onlarda zeif görmek anadangelme olur. Bele uşaqlar 17 yaşına qeder müxtelif dermanlarla müalice edilir. Bu müalice kursları zeifliyin daha da irelilemesinin, gözde «tenbelliyin» yaranmasının qarşısını almaq üçün lazımdır. eger gözde «tenbellik» yaranarsa, bu zaman onun funksiyaları fealiyyetini itirir ve kor olma ehtimalı artır. 17 yaşından sonra xesteye eksimer lazer emeliyyatı olunur. eger valideynler uşaqlarında göz qırpmalar, qızartılar, sulanmalar kimi hallar aşkarlayırlarsa, derhal hekime müraciet etsinler. evveller insanlar eyneklerden istifade edirdiler. Eynekleri ise uzun müddet çıxartmadan taxırdılar. İndi valideynler uşaqlarına eyneyi tez-tez çıxartmamalarını deyirler. Ancaq onlar bilmelidirler ki, çox eynek taxmaq da göze ziyandır. Optik gözün evvelki funksiyasını berpa etmesi üçün istifade olunur. Eynekleri 6 aydan bir deyişdirmek lazımdır.
    Göz çepliyinin sebebi - qohum nikahları
    Gözde çepliyin emele gelmesine sebeb bir gözün zeif, digerinin ise yaxşı görmesidir. Bu zaman zeif göz yaxşı gören göz terefe eyilmeye başlayır. Neticede, çeplik yaranır. eger gözdeki zeifliyi aradan qaldırmaq mümkün olursa, bu zaman gözdeki çeplik de yox olur. Bezen ise gözde çeplik anadangelme olur. Bu hal esasen doğuş zamanı travma alan, tezyiqi olan uşaqlarda olur. Travma alan uşaqlarda göz çepliyini oftalmoloqlar müalice etmir. İlk evvel uşaq nevropatoloq müayinesinden keçmelidir. Nevropatoloqun diaqnozundan sonra oftalmoloq müalice ede biler

    Katarakt – Mirvari suyu
    El arasında «Mirvari suyu» kimi tanınan katarakt da son vaxtlar yaşlıların çox eziyyet çekdiyi göz xesteliklerinden biridir. Hekimlerin sözlerine göre, gün erzinde gözden şikayet eden xestelerin böyük hissesi kataraktdan eziyyet çekenlerdir. Kataraktın yaranması yaşla elaqedardır. İnsan yaşlandıqca, esasen de 50-60 yaşına çatdıqda onun göz funksiyalarıının fealiyyeti zeifleyir. Eyni zamanda katarakt iltihabı xesteliklerden, travmadan sonra da emele gele biler. Gözde şeffaf büllur linza var. Bezen bu şeffaf linzalar bulanır. Bunu emeliyyat vasitesile aradan qaldırmaq mümkündür. emeliyyat zamanı evvelce gözün büllur qişası kesilir, bulanlıq linza çıxarılır, onun yerine yeni, şeffaf linza taxılır. Mirvari suyunu vaxtında müalice etmedikde göz görme qabiliyyetini tamamile itirir. Kataraktın ilkin elameti dumanlı görmekdir: «Katarakt iki formada olur: yetişmiş ve yetişmemiş. İndi xestelerin çoxu son meqamında, yeni yetişmiş halda müraciet edirler. Yetişmemiş formanı müalice etmek daha asandır. Ancaq yetişmiş olduqda xeste görme qabiliyyetini itirir ve onun yeniden berpası mümkünsüz olur. Çünki katarakt gözün etrafına deyil, daxiline tesir edir».
    Qlaukoma – Qara su
    Göz xesteliklerinden biri de el arasında Qara su adlandırılan qlaukomadır. Qlaukoma 40 yaşından sonra yaranır. Hekim – orfalmoloq bunun qohum nikahları olan insanlar arasında çox yayıldığını vurğulayır: «Qlaukoma anadangelme de ola biler. Bunun yaranmasına sebeb qohum nikahlarıdır. Qlaukomadan en çox qadınlar eziyyet çekir. Çox nadir hallarda kişilerde bu xestelik aşkarlanır. Bele xesteler dumanlı, işığa baxanda rengli halqalar görmekden, gözdaxili tezyiqlerden şikayetlenirler». Göz xesteliklerinden biri de kanyuktiv adlanır. Kanyuktivlik soyuqdeymeden, natemizlikden emele gelir. Göz makiyajı zamanı keyfiyyetsiz kosmetik vasitelerden istifade de kanyuktivlik yaradır. Bu xestelik göz üçün olan xüsusi damcılarla aradan qaldırılır
    Gözlerinin qedrini vaxtında bil
    Hekimlerin sözlerine göre, gözlere ev şeraitinde de qulluq etmek mümkündür. İnsanlar çox vaxt gözlerine çay demlemesi qoyurlar. Son zamanlar tebii çaylar çox azdır, onlara müxtelif rengler qatırlar. Bele çayları göze qoymaq tehlükelidir. Buna göre de yaşıl çayın demlemesi daha keyfiyyetlidir. Ballı su ile de gözü silmek yaxşıdır. Son vaxtlar ise insanlar kompüter qarşısında çox otururlar. Kompüter şüaları gözün nemliyini qurudur, gözde göynemeler emele gelir. Kompüter qarşısında uzun müddet oturmaq olmaz. Her 45 deqiqeden bir kompüteri söndürmek, 15 deqiqe hava almaq lazımdır. Kompüter qarşısında oturanlartez-tez apteklerde satılan tebii göz yaşlarından istifade etmelidirler.
    Kişilerin göz belası - Daltonizm
    Daltonizmin genetik bir xestelikdir. Daha çox kişilerde rast gelinir. Daltonizm esasen anadan oğula keçir. Müalicesi ise mümkünsüzdür. Bununla genetik hekimler meşğul olur. Ancaq respublikamızda bele bir hekim yoxdur. Bu genetik xestelik ilk defe 1794-cü ilde DJ.Daltonım terefinden aşkar edilib. Dalton özü de bu xestelikden eziyyet çekirmiş.
    Göz bebeyinin merkezinde rengbilme qabiliyyetini gösteren hüceyreler yerleşir. Onlar özünde rengbilmenin üç piqmentini saxlayır. Birinci piqment qırmızı, ikinci yaşıl, üçüncü ise mavi rengdedir. Burada qırmızı reng 557, yaşıl 530, mavi ise 426 faiz teşkil etmelidir. Bu faizlerin artıq ve ya eskik olması daltonizm xesteliyi emele getirir.
    Her 10 insandan üçünde göz «tenbelliyi» olur.
    Dünyada her 100 kişiden 18-i daltonikdir.
    Güneşde qara şüşeli eyneksiz durmağa çalışın. Çünki güneş şüasi göz üçün xeyirlidir. Uzun müddet güneşden kenarda qalmaq ve güneşde eynekle gezmek gözü zeifledir.

     

     

    Leyl-i Lal - 14.10.2012 - 13:17



Benzer Konular

  1. Qarasu Xesteliyi
    Konuyu Açan: 2009909aa, Forum: Soru - Cevap.
    Cevaplar: 2
    Son Mesaj : 14.10.2012, 13:21
  2. Vərəm xəstəliyi
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 05.08.2012, 22:33
  3. Göbələk xəstəliyi
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 13.07.2012, 20:35
  4. Zob xəstəliyi
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 23.04.2012, 23:30
  5. Qarasu xəstəliyi
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 29.10.2011, 13:28

copyright

Soru Cevap

grafimx