REKLAM




+ Konuyu Cevapla

Diş çıxaran körpələrə evdə baxım necə olmalıdır?

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Diş çıxaran körpələr - Körpələrdə diş çıxarma - Diş çıxarma əlamətləri nelerdir - Diş çıxaran körpələrə evdə baxım necə olmalıdır? - Körpelerin diş çıxartması haqqında - uşaq sağlığı



    Körpənin diş çıxması böyüdüyünün, inkişaf etdiyinin əlamətidir və valideynləri xoşbəxt edər. Lakin eyni vəziyyət körpəni narahat edərsə, iştahsız günlərə səbəb olarsa ailələr üçün çətinlik yaranar. Körpənin diş çıxarma dövründə necə davranmaq, nələr etmək lazım olduğunu bilmək lazımdır. Körpələr 6-cı aydan diş çıxatmağa başlayirlar. Bəzən bu proses daha tez 2-ci aydan etibarən, bəzənsə hətta 1 yaşından sonra baş verir. Nadir olaraq bəzən körpələr bir və ya daha çox diş doğulurlar. Ümumiyyətlə ilk çıxan diş ön tərəfdəndir. Diş, diş ətinə yaxınlaşdıqca o bölgədə qızarıqlıq, şişlik, həssaslıq görülə bilər. 20 ədəd süd dişinin hamısının çıxması 3 yaşa qədər davam edir. Daimi dişlər 6 yaşdan çixmağa başlayır .Bəzi dişlər çıxarkən digərlərilə müqayisədə daha ağrılı ola bilər. İlk çıxan diş, bəzən ən çətini ola bilər. Bəzənsə böyük azı dişləri çixarkən çətinlik yarana bilər. Bir anda birdən çox dişin çıxması da mümkündür


    Diş çıxarma əlamətləri bunlardır:
    1. Artan tüpürcək
    2. Yuxu nizamsızlığı
    3. İştahsızlıq
    4. Narahatlıq
    5. Əllərini ağzına aparması
    6. Ağız ətrafında yüngül töküntü
    7.Tempraturun qalxması

    Diş çıxaran körpələrə evdə baxım necə olmalıdır?

    Diş çıxaran körpələrdə ağrıları azaltmaq üçün satılan diş halqalarindan istifadə edilir,ancaq bu kömək etmirsə
    körpənin ağrılarını yüngülləşdirmək üçün valideynlər əllərini yuduqdan sonra bir barmağıyla o bölgədəki diş ətinə yüngülcə masaj edə bilərlər. Əgər diş çıxarma iştahsızlığa gətirib çıxarırsa, bəzən bəsləyərkən fərqli bir əmzik ucu və ya ağızlı stəkan istifadə edilsə körpə daha rahat qidalanar.Yaxşı olardı ki, bu dövrdə valideynlər körpələrinə daha çox nəvaziş göstərsinlər.Onu daha çox qucağa alsınlar,ona xoş sözlər söyləsinlər, sevdiyi oyunları oynasınlar.Bunlar Diş çıxarma prosesini daha yüngül keçirməyə kömək edər.

    Ağrı kəsici istifadə edilməlidirmi?

    Əczaxanadan satılan bəzi dərmanlaar ağrı kəsmək məqsədiylə diş ətlərinin üstünə sürtülür. Tərkibində diş ətlərini müəyyən bir müddət üçün keyidən maddələr vardır. Qısa müddət üçün kömək edərlər, ancaq bəzi uşaqlar bunların dad və ya yaratdığı təsiri bəyənməyə bilərlər.
    Bu dərmanlayarın körpənin boğazına dəyməməsini diqqət etmək lazımdır, çünki o bölgənin keyiməsi böyürmə refleksini yüngülləşdirə bilər və yeməklərin boğazında qalmasına səbəb ola bilər.
    Tərkibində parasetamol olan dərmanlardan da ağrınının azaldılmasında istifadə etmək olar.Ancaq diş çıxararkən çox dərman istifadə etməmək daha uyğundur, çünki bilinməyən başqa bir xəstəliyin yaratdığı tempraturu sala biləcəyindən valideynlər və həkim o xəstəlikdən xəbərsiz qala bilər. Körpələrə aspirin ehtiva edən dərmanlayar verilməməlidir.

    Diş çıxarmaq normaldır.Təbiət edəbarilə uşaqlarda 20 süd dişi çıxmalı və bu dişlər düşdükdən sonra yerinə 32 daimi diş gəlməlidir, ana ataların bu müddət boyunca həssas və diqqətli olmaları kifayətdir.

    Diş çıxaran körpəni rahatlaşdıracaq təkliflər;

    * Körpənizə çeynəyəcək bir şeylər verin. Körpənin çeynəyərək diş ətlərini qaşıya biləcəyi, xüsusilə soyuq (soyuq bir banan və ya kök, rezin bir diş halqası vs.) şeylər verilə bilər, həmin əşyaların boğazında qalmaması üçün ona nəzarət olunmalıdır.
    * Körpənizin diş ətlərinə təmiz və soyuq bezlə masaj edin.
    * Diş ətlərini yüngülcə keyitmək üçün həkim təklifiylə verilən diş jellərindən qidalanmadan əvvəllər diş ətlərinə sürün.
    * Maye içməsini təmin edin. Bu dövrdə körpənin çox tüpürcəyi axdığı üçün maye ehtiyacı da artar.
    * Diş halqası seçərkən məhsulun plastik və boyalı olmamasına diqqət yetirin.
    * Digər tədbirlərlə birlikdə körpənizin çox çətinliyi varsa, parasetamol vermək üçün həkiminizə məsləhətləşin.
    * Körpənizin diş çıxararkən yaşadığı kənar təsirləri də xəstəlik olaraq qəbul edin və müalicəsi üçün həkimə göstərin.
    * Körpənin tempraturu 38 dərəcə və üstündədirsə və ishalı varsa, eləcə də diş də çıxarırsa həkiminizə məsləhətləşin. İshal, tempratur diş çıxartma ilə eyni anda başlamış fərqli bir xəstəliyin əlamətləri ola bilər.



    Hətta el arasında belə bir adət var ki,uşaq diş çıxaranda daha cox hədik bişirilir Və Saytımızda bir çox analarimiz var onlardan da uşaqların diş çıxarmaları haqqında nələri bildiklərini öyrənmək əminəm ki, gənc analara cox kömək edəcək...

    Alıntı..


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Əsəbləri sıradan çıxaran peşələr
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 01.03.2013, 08:11
  2. Rəqqasə Fatiməni özündən çıxaran səbəb
    Konuyu Açan: Ceylan, Forum: Show Biznes.
    Cevaplar: 0
    Son Mesaj : 05.02.2013, 14:25
  3. Cevaplar: 0
    Son Mesaj : 22.10.2012, 14:48
  4. 2 Yaşlı körpənin qidası necə olmalıdır?
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 27.04.2012, 01:32
  5. İntihara gətirib çıxaran səbəblər - Arasdirma
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 07.06.2010, 01:26

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx