REKLAM




+ Konuyu Cevapla

Skoliozdan qorunaq

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Sağlam heyat terzi



    Skolioz(yunanca "scolios" əyri deməkdir) - onurğanın düz halından kənaraçıxmasına deyilir.İnsanların 6%-i skoliozun aşağı həddindən tutmuş(çoxu bundan xəbərsizdir) ən ağır formasına qədər və skoliozla bağlı sağlamlıq problemlərindən əziyyət çəkir.Yalnız 14% hallarda səbəbini demək olar,belə ki:raxit,zəif və ya spastik iflic və ya sümüklərin anadangəlmə qüsurları,ayaq uzunluqlarındakı fərqlər,genetik xəstəliklər və digərləri.86% hallarda isə əyilmənin səbəbləri məlum deyil.Belə skoliozları idiopatik adlandırırlar(yunancadan tərcümədə "səbəbi məlum olmayan"deməkdir.)Belə skolioz qızlarda oğlanlara nisbətən 4-5dəfə çox baş verir.

    Bu xəstəliyi uzun zaman "həkimlərin tapmacası" və ya "ortopediyanın xərçəngi"adlandırıblar.Skolioz boy periodunun deformasiyasına görə hesablanır.

    Skolioz onurğa sütünunun özü oxu ətrafında fırlanması ilə xarakterizə olunub, döş qəfəsinin, çanağın və kürək sümüklərinin də qeyri-simmetrik yerləşməsinə səbəb olur. Təbii olmayan skelet quruluşu isə öz növbəsində, daxili orqanlara, damar və sinirlərə toxunaraq onların funksiyasını poza bilər. Bu isə skoliozla yanaşI Əyrilik bucağından asılı olaraq skoliozun 4 dərəcəsini ayırd edirlər. Skolioz bel, döş və döş-bel səviyyələrində ola bilər. Səbəbinə görə miopatik(əzələ zəifliyi nətivəsində inkişaf edən), displastik (skelet sisteminin qeyri-düzgün inkişafı nəticəsində yaranan) və ideopatik (səbəbi müəyyən edilməyən) növlərə də bölürlər.ı gedən digər xəstəliklərSkolioz travmanın nəticəsi olaraq və ya onurğa sütünuna düşən yükün düzgün paylaşmaması səbəbindən də yarana bilər.

    1. Güclü zədələr

    2. Onurğanın sınması

    3. Beli əyri tutaraq gündəlik yerimə vəziyyəti

    4. Kampyuter qarşısında boyunu əyri vəziyyətdə saatlarla oturma qaydaları

    5. Ağır çantaları yalnız bir çiyində saxlamaq

    6. Zəif fiziki bədən

    Skalioz əsasən iki formadan ibarətdir

    1. Sadə

    2. Mürəkkəb

    Sadə skoliozda əsasən onurğa bir noqtədən başlayaraq yalnız bir istiqamətə doğru əyilir

    Mürəkkəb skoliozda isə onurğa bir nöqtədən başlayaraq müxtəlif istiqamətlərə doğru əyilir. Onurğa əyriliyi döş qəfəsində deformasiya yaradaraq,daxili orqanların bir-birilə sıxılmasına gətirib çıxarır.Və bununla da şəxsin gündəlik enerji ehtiyatı tükənir və sanki özünü illərdir yorğun kimi hiss edir.

    Skolioz ağırlıq dərəcəsinə görə 4 səviyyəyə bölünür:

    1-ci səviyyə: Onurğanın 10 dərəcə üfüqi istiqamətdə əyriliyidir.Skoliozun hələ ilkin başlanğıcı hesab edildiyindən o dərəcədə qorxulu deyildir.Tez üzərinə düşülərsə bu əyrilik yerinə otura bilər.

    Skolioz-dəhşətli əyrilik 2-ci səviyyə: Onurğanın 25 dərəcədə əyriliyidir.Artıq narahatçılığa əsas yaranır və xüsusi diqqət göstərilməlidir.Müalicə və masaj-əsas həlledici üsullardandır.

    3-cü səviyyə: Onurğanın 40 dərəcədə əyriliyidir.Bu səviyyədə artıq döş qəfəsi öz formasını tədricən itirmiş və belin donqarlığa doğru deformasiyası prosesi başlamışdır.Beldə sümüklər çıxmağa başlayır.Bir növ gərəksiz kimi.

    4-cü səviyyə: Onurğanın artıq sürətlə əyilməsi prosesidir.Hansı ki,masaj və müalicə üsulu yetərincə güclü təsir etməz.Və döş qəfəsinin tamamilə formasının itirilməsi,belin donqar halda formalaşması prosesinin kulminasiya nöqtəsinə səbəb olur.Eyni zamanda bu səviyyədə onurga sözün əsl mənasında böyük «S» hərfini xatırladır Skoliozun müalicəsi ilə ortoped-travmatoloq məşğul olur. Yüngül dərəcəli skolioz konservativ, ağır dərəcəli skolioz isə operativ Konservativ müalicə dedikdə müvtəlif ümumi gücləndirici müalicə, massaj, manual terapiya, xüsusi fiziki məşqlər və korsetterapiya nəzərdə tutulur. Korsetlə(xəstəyə xüsusi aparat geyindirilir) müalicə son dövrlər ən efekti müalicə hesab olunur. (cərrahi əməliyyat) yolla müaicə olunur.in də inkişafıma səbəb ola bilər.Uşağın düzgün fiziki inkişafı — onurğa sütunu əyriliyinin gözəl profilaktikasıdır. Bunun üçün uşaq təmiz havada çox olmalı, qaçmalı, hərəkətli oyunlarda, gəzintilərdə iştirak etməlidir. Hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir.

    Su da möcüzələr etməyə qadirdir. Üzgüçülüklə məşğul olmaq bütün bədən əzələlərini, tənəffüs və ürək-damar sistemini möhkəmləndirir, bədənin müqavimətini artırır, habelə bəzi hallarda onurğa sütununda olan problemləri də aradan qaldırır.

    Ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan uşaqların valideynləri onları həddən artıq dərəcədə qoruyaraq, qaçmağı, tullanmağı, idmanla məşğul olmağı da onlara qadağan edirlər. Lakin bu, uşağın ümumi fiziki inkişafına və o cümlədən, onurğanın vəziyyətinə də mənfi təsir göstərir. Bu məqsədlə xəstə uşağın valideynləri ona hansı idman hərəkətləri etməyin xeyirli ola biləcəyi barədə həkimdən məsləhət almalıdırlar.

    Uşaqda normal qamətdən kiçik kənaraçıxmalar olarsa, başlanğıcda onları sadə fiziki idman hərəkətləri ilə aradan qaldırmaq olar. Bu haqda təcrübəli həkim-ortopedlər və ya masajistlər sizə dəyərli məsləhətlər verə bilər. Müalicəvi masaj, həmçinin uşağın onurğa sütununun düzgün formada qalmasına köməklik edən xüsusi korsetlərin geyilməsi də yaxşı effekt verir.

    Bədən tərbiyəsindən başqa, məktəb yaşlı uşaqlarda onurğa sütunu əyriliklərinin qarşısını almaq üçün onlara düzgün tədris və istirahət rejimi yaratmaq lazımdır. Əgər uşaq uzun müddət hərəkətsiz vəziyyətdə qalırsa, bu, onurğa sütununa da mənfi təsir göstərir. Şifahi və yazı tapşırıqlarını növbələşdimək lazımdır. Məktəb məşğələləri ilə ev tapşırıqlarının yerinə yetirilməsi arasında da kifayət qədər vaxt keçməlidir. Belə ki, birinci növbə oxuyan uşaqlar məktəbdən qayıtdıqdan sonra nahar etməli, 2-2,5 saat təmiz havada gəzməli, oynamalı və yalnız bundan sonra ev tapşırıqlarını yerinə yetirməyə başlamalıdır. Yerinə yetirilən tapşırıqlar arasında uşağa müəyyən fasilələr vermək də xeyirli hesab edilir. Məsələn, dərsin hər hansı bir hissəsini yerinə yetirdikdən sonra, uşaq bir qədər oynamalı sonra yenə də hazırlığını davam etdirməlidir.

    Uşağın yatağı da rahat olmalıdır. Bu zaman yataq çox yumşaq deyil, bir qədər bərk olmalıdır. Bu baxımdan müasir ortopedik döşəklərə üstünlük verilir. Uşağın yastığı həddən artıq hündür və yumşaq olmamalıdır. Onun yastığının nazik və düzbucaq şəklində olması daha məsləhətlidir.

    Alıntı..


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Hər kəsin dərdi: qripdən necə qorunaq?
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 15.11.2012, 19:57
  2. Günəşdən necə qorunaq
    Konuyu Açan: Leyl-i Lal, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 19.06.2012, 09:04
  3. Qida zəhərlənməsindən necə qorunaq?
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 11.06.2012, 19:43
  4. Soyuqdan Qorunaq 2012 Modası
    Konuyu Açan: Sarsın, Forum: Moda və Stil.
    Cevaplar: 0
    Son Mesaj : 06.12.2011, 21:29
  5. Qışdan qorunaq
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 29.01.2010, 12:54

copyright

Soru Cevap

grafimx