REKLAM




+ Konuyu Cevapla

Zob xəstəliyi

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Zob nedir? - Zob xəstəliyi - Zob xəstəliyi haqında



    Yod insanın inkişafı üçün vacib elementdir. Yod çatışmazlığı yarananda zob əmələ gəlir. Ümumiyyətlə, yod çatışmazlığını aradan qaldırmaq üçün yodlaşdırılmış duzdan istifadə etmək məsləhət görülür.
    Qeyd edək ki, ölkəmizdə yod çatışmazlığı problemi var. Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda bu problem daha qabarıqdır. Zob xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o normadan ya çox işləyir, ya da az. Bu isə özünü müxtəlif əlamətlərlə büruzə verir. Məsələn, qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxululuq, dərinin quruması, saçın tökülməsi kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar olur. Qalxanvari vəzin hiperfunksiyası, yəni normadan çox işləməsi də orqanizm üçün xeyirli heç nə vəd etmir. Belə hal xalq arasında zəhərli zob kimi də tanınır.

    Endokrinoloq Lena Hacıyeva zobdan əziyyət çəkənləri xaricən tanımağın asan olduğunu söyləyir: «Gözlərin bərəlmiş olması, çox arıq, əsəbi olması, ürəyin tet-tez döyünməsi zobun əlamətlərindəndir. Belə insanlar həmişə istilənir, ürək döyünmə çox olduğuna görə tövşüyürlər. Xəstəlik nəticəsində insanlar həddindən artıq səbrsiz, kəmhövsələolurlar. Belələrində tərləmə güclü olur, əlləri isə əsir».
    Bu cür əlamətləri hiss edən adam mütləq endokrinoloqa müraciət etməlidir. Çünki zob müalicə olunan xəstəlikdir. Ümumiyyətlə, isə hər bir insanın yoda ehtiyacı var. Uşaqların, hamilə qadınların, əqli işlə məşğul olanların yoda tələbatı daha çoxdur. Amma həkimlər texniki yodla, orqanizmə lazım olan yodu səhv salmamağı tövsiyə edir.

    L. Hacıyeva yodun ağzını açıb yataq otağına qoyulmasının və qalxanvari vəzin üstünə çəkilməsinin mənfi hallara səbəb olduğunu bildirir: "Çünki o, texniki yoddur, orqanizm onu mənimsəyə bilmir. Suyun içinə yod damızdırıb içirlər. Bu, vəzdə böyümə zamanı daha pis nəticə verə bilər. Çünki yod artıq böyümüş vəzi qıcıqlandırır, daha da böyüdür".
    Endokrinoloq məsləhət görür ki, yod çatışmazlığı olduqda həblər şəklində satılan yod preparatları qəbul edilsin. Orqanizmin tələbatını ödəmək üçün yodla zəngin qida məhsullarının istifadəsi də zəruridir. Dəniz heyvanları, dəniz məhsulları yoda zəngindir. Məsələn, laminariya adlı dəniz yosunu yodla zəngindir. Yodlaşdırılmış duzdan da istifadə olunur. Duz ağzı bağlı qabda saxlanmalıdır.

    Həmçinin orqanizmdəki yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qida rasionunda tərkibi yodla zəngin qidalara — süd və dəniz məhsulları, balıq, ikra, eləcə də qarabaşaq, buğda, kələm, qoz, xirnik, feyxoa kimi meyvə — tərəvəz əlavə olunmalıdır.
    Zob xəstəliyinin müalicə üsulları:

    1)1 stəkan ilıq suya, 2 çay qaşığı alma sirkəsi töküb və bu qarışığa 3 damcı yod əlavə edib ,10 gündən 1 içmək.Ayda 3 dəfə...
    2)Dəniz kələmindən istifadə etmək (apteklerdə satılır ,istifadə etmə qaydaları qutunun üstündə yazılıb.)
    3)Hər yemək yeyəndə baş soğanı salat kimi yemək. Nə qədər yeyə bilsən...
    4)1 vanna təxminən 40dərəcə suya 3 xörək qaşığı dəniz və ya xörək duzu töküb,üstünə kənarda bir qabda marqanisi suya qarışdırıb,həmin vannaya əlavə edirsən.Suyun rəngi açıq gül rəngində olmalıdır.5-7 dəqiqə uzanmaq.Həftədə 2 dəfə...
    5)1 vanna suya 3 xörək qaşığı dəniz və ya xörək duzu əlavə edib,üstünə 5-6 damcı yod töküb 5 dəqiqə uzanmaq.Həftədə 2 dəfə...
    6)Yodun səviyyəsini bədəndə yoxlamaq üçün axşam yatmazdan əvvəl bədəninin görünməyən bir yerində ya böyründə, yada qolun altında yoddan + şəkilli bir neçə isarə qoyub ,quruyana qədər gözləyib,(yorğan döşeyi yodlamamaq üçün) yatırsan. Səhər duranda həmin o + səkilli işarələr tam sovrulubsa deməli bədəndə yod çatəşmamazlığı var. Belə olan halda yuxarıda göstərilən əməliyyatları həftədə 4 dəfə təkrar etmək lazımdır.Yox əgər səhər-səhər duranda axşamdan çəkdiyin + işarələri səhər-səhər az da olsa bilinirsə,onda əməliyyatları dayandırmaq lazımdır...
    Ümumiyyətlə hər bir kəs bədəndə yodun səviyyəsini ən azı hər 6 aydan bir yoxlamalıdır...Əgər ehtiyac olarsa lazımi tədbirləri görmək lazımdır.

    alıntı..


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Şəkər xəstəliyi
    Konuyu Açan: bibixanim, Forum: Soru - Cevap.
    Cevaplar: 1
    Son Mesaj : 25.07.2013, 00:41
  2. Göbələk xəstəliyi
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 13.07.2012, 20:35
  3. Xərçəng xəstəliyi nədir?
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 24.01.2012, 01:14
  4. Xəstəlik Xəstəliyi
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 07.10.2011, 19:28
  5. Yeməmə Xəstəliyi
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 03.10.2011, 10:34

copyright

Soru Cevap

grafimx