Kök və kök suyunun 10 faydası

  1. Kök və kök suyu - Kökün faydası - Kökün suyunun faydaları - Kök suyunun 10 faydası



    Qış aylarının ən bol olan tərəvəzlərindən biri kök və kök suyu sağlam qidalanmaq üçün olduqca mühümdür. Zəngin vitamin və mineral tərkibi ilə vücudun gündəlik tələbatını qarşılamaq üçün ən yaxşı təbii vasitələrdən biri hesab olunur. Kökün sizə faydalı olacaq sirlərini açıqlayırıq:

    1. Kök və kök suyu az miqdarda kaloriyə malik olmasına baxmayaraq qidalandırıcı tərəvəz hesab olunur. Arıqlamaq və çəkini stabil saxlamağa olduqca yardım edir. Yemək yeyərəkən arada 1-2 ədəd kiçik kök də yesəniz, bu sizdə toxluq hissi yaradacaq.

    2. Qaraciyərin funksiyalarının qorunması və sinir sisteminə yaxşı təsir göstərir.

    3. Dərini canlandırır, gözəlləşdirir.

    4.Yaşlanma ilə bağlı olan ağrı və sızıltıları kök suyu içərək azalda bilərsiniz.

    5. Təbii A vitamini mənbəyi olduğu üçün gözün sağlamlığını, görmə gücünü artırır. Sümük ağrıları və osteoporoz əleyhinə də faydalıdır.

    6. Tərkibindəki kalium xolesterol və hipertansiyaya qarşı mübarizədə güclü vasitədir.

    7. Öd kisəsi və qaraciyər fermentlərinin fəaliyyətini tənzimlənməsində təsiredici gücə malikdir. Piylənməni azaldır.

    8. Tərkibindəki E vitamini xərçəng şişlərinin əmələ gəlməsinə maneə olur.

    9. Kök suyu güclü antioksidant olan betakarotinlə zəngin olduğu üçün toxumların pozulmasının qarşısını alır. Yaşlanma prosesini ləngidir.

    10. Bir az limon və zeytun yağı əlavə edilərək hazırlanan kök salatı zehni açar, öyrənməni sürətləndirər.

    alıntı..

     

     

    Sarsın - 22.04.2012 - 12:43



Benzer Konular

  1. Limon ve portakal suyunun müthiş faydası!
    Konuyu Açan: papatya_28, Forum: Sağlık Genel.
    Cevaplar: 0
    Son Mesaj : 11.06.2012, 11:07
  2. Gül Suyunun Cilde Faydası
    Konuyu Açan: AYIŞIĞI, Forum: Makyaj Ve Güzellik.
    Cevaplar: 0
    Son Mesaj : 06.08.2011, 02:09
  3. Nar ve Nar Suyunun Faydaları
    Konuyu Açan: Nerissa-Su, Forum: Alternatif Tıp.
    Cevaplar: 1
    Son Mesaj : 17.03.2011, 13:37
  4. Zəmzəm suyunun sirri
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 24.01.2011, 10:04
  5. Nar Suyunun Faydaları
    Konuyu Açan: ZELAL, Forum: Alternatif Tıp.
    Cevaplar: 1
    Son Mesaj : 12.10.2010, 17:17

copyright

Soru Cevap