Qoz haqqında

  1. Qoz - Qoz haqqında - Qozun sağlamlığımıza xeyri nedir?





    Qoz ağacı avqust-sentyabr aylarında bar gətirsə də, insanlar həmişə bu bitkiyə tələbat hiss ediblər. Ondan müxtəlif xörəklər, qənnadı məmulatları bişirərkən istifadə ediblər. Məsələn, qozla bişirilən şəkərbura, paxlava Novruz süfrəsinin bəzəməklə bərabər, həm də orqanizmi qüvvətləndirən dadlı və qiymətli qənnadı məmulatı hesab olunur.

    Qozun əsas yeyilən hissəsi sayılan nüvəsinin tərkibində 60-70% yağlar vardır ki, onların əsasını əvəzedilməyən doymamış yağ turşuları təşkil edir. Onlar orqanizmində bir sıra vacib funksiyaları yerinə yetirir: orqanizmin böyüməsində iştirak edir, maddələr mübadiləsinə, damarların elastikliyinə, deməli, aterosklerozun müalicə və profilaktikasına təsir edirlər. Orta yaşlı insan yağa olan gündəlik tələbatını 20 ədəd qoz yeməklə ödəyə bilər (qeyd edək ki, orta yaşlı insan gün ərzində 100 qrama yaxın yağ qəbul edə bilər). Qoz nüvələrinin tərkibində yağlardan başqa zülallar, dəmir və kobalt duzları, askorbin turşusu, A, P, E, B qrupp vitaminlər var. Onun tərkibində olan C vitamininin miqdarı sitrus bitkilərinin və qara qarağatın tərkibindəkindən də artıqdır. Ona görə də qoz sinqa xəstəliyinin və eləcə də digər hipo və avitaminozların, qanazlığının müalicə və profilaktikasında tətbiq olunur. Lakin qozun həddindən artıq qəbulu həzm prosesində pozğunlq yaratdığından onu nar şirəsi ilə qəbul etmək məsləhətdir. Bəzi həssas insanlarda isə qoz dəridə allergik səpgilər verə bilər. Ona görə də deyilənləri nəzərə alaraq, qozu vaxtaşırı, lakin az miqdarda qəbul etmək lazımdır.

    Hazırladı S.Aytən

     

     

    Sarsın - 22.03.2012 - 01:57



Benzer Konular

  1. həya haqqında
    Konuyu Açan: BiR-DOST, Forum: İslami Mövzular.
    Cevaplar: 0
    Son Mesaj : 07.12.2013, 17:10
  2. Ana haqqında bir neçə söz
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 07.10.2013, 09:09
  3. Dua haqqında
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 05.01.2012, 03:39
  4. Şəkər haqqında gələn xəbərlər
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 21.12.2011, 23:23
  5. Nanə haqqında
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 12.07.2011, 11:37

copyright

Soru Cevap

grafimx