Qarında hava olması

  1. Qarında hava olması haqqında



    Qarınlarında hava olmasından əziyyət çəkən xanımlarımıza bir neçə faydalı məsləhətimiz var.

    Gündə az-az amma tez-tez yemək yeyin. Az və tez-tez yemək həm rahat həzmi həm də formada qalmanızı təmin edəcək. Yeməyi yaxşıca əzərək udmaq da qarın şişliyinin yaranmasının qarşısını alır.

    Tərəvəz, meyvə, taxıl, quru paxlalılar lif baxımından zəngin qidalardır. Liflər bağırsaq hərəkətlərinin nizamlı işinə və həzm sistemi sağlamlığının qorunmasına kömək edir. Kətan toxumu, barbunya, çiyələk, brokoli kimi lif baxımından zəngin yeməkləri gün ərzində istehlak etməyə diqqət edin.

    Soğan, gül kələm, süd, saqqız, spirtli içkilər bağırsaqlarınızda qaz təcrübəsinə və qarın şişliyini gətirib çıxarar. Problem yaşadığınız dövrlərdə bu yeməklərdən uzaq dayanmanızda fayda var.

    Qarın şişliyini aradan qaldırmaq üçün təbiətin möcüzə meyvələrindən faydalana bilərsiniz. Etməniz lazım olan əməliyyat olduqca sadə və qarın şişliyi üçün təsirli bir üsuldur.
    Yarım stəkan ilıq suyun içinə bir limonun suyunu sıxıb qarışdırın. Bu qarışığı səhər oyandığınızda və günortadan sonra ac qarına için. Ardından 5 dəqiqə yüngül hərəkətlərlə yeriyin.

    Həssas bir mədəniz varsa limon suyu zərər verə bilər. Limon suyu yerinə melisa otu tətbiq edə bilərsiniz.
    1 su stəkanı qaynar suyun içinə 1 qaşıq melisa otu əlavə edin. Dəmlənməsi üçün 5 dəqiqə gözləyin. Süzdükdən sonra içib, 5 dəqiqə yüngül hərəkətlərlə yeriyin.
    Melisa otu eyni zamanda sinir sistemini rahatlaşdıran şəfalı bir bitkidir.
    Uzun zamandır qarın şişkinliyi problemi yaşayırsınızsa mütləq bir mütəxəssisə müraciət edin. Qarın şişkinliyi arxasında ciddi bağırsaq və həzm sistemi xəstəlikləri saxlanır.

    Gündə 1-2 damla Anason yağı da içmək həzmsizliyə və qaz çıxmasına kömək edir.

    Alıntı..

     

     

    Sarsın - 26.01.2012 - 13:04



Benzer Konular

  1. Üst Qarında Ağrınız mı Var
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 27.03.2012, 11:48
  2. Qarında Şişlik Səbəbləri
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 21.02.2012, 12:03
  3. Qarında Gərginlik
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 06.01.2012, 12:27
  4. Qarında küy
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 06.01.2012, 07:33
  5. Qarında Ağrı
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 05.01.2012, 14:51

copyright

Soru Cevap