Qusma

  1. Qusma - Qusma elametleri - Qusma neden emele gelir



    Qusma müxtəlif xəstəliklərin tez-tez rast gəlinən əlamətlərindən biridir. Qusma zərərli maddələrin həzm sisteminə ötürülməsinin qarşısını alan müdafiə reaksiyası hesab edilir. Bu reaksiya nəticəsində mədə və diafraqma bir-birinə yaxınlaşaraq qapadıcı əzələlərin boşalması yolu ilə zərərli hesab edilən mədə və bağırsaq möhtəviyyatı ağız vasitəsilə xaricə atılır. Qusma Mərkəzi Sinir Sistemi tərəfindən idarə olunur.

    Təsnifat

    Qusma özlüyündə bir xəstəliyin deyil, müxtəlif xəstəliklərin əlaməti kimi meydana çıxır. Qusma aşağıdakı səbəblərdən qaynaqlana bilər:
    - Mədə-bağırsaq sistemində olan pozğunluqlar
    - Beyin mənşəli pozğunluqlar
    - Maddələr mübadiləsinin pozulması
    - Hormonal pozğunluqlar
    - Zəhərlənmə

    Mədə-bağırsaq sistemində olan pozğunluqlar səbəbindən qusma aşağıdakı xəstəliklərdə qeyd olunur:
    - Mədə-bağırsaq sisteminin bakteriyalar və viruslar (Mədə- bağırsaq Qripi) vasitəsilə infeksiyalaşması
    - Qastrit - mədənin iltihabi zədələnməsi
    - Xora Xəstəliyi
    - Mədə çıxacağının daralması
    - Bağırsaq keçməzliyi
    - Appendisit
    - Hepatit
    - Daşlı xolesistit
    - Daşsız xolesistit
    - Pankreatit

    Beyin mənşəli pozğunluqlar aşağıdakı səbəblərdən baş verə bilər:
    - Baş beyində qusma mərkəzinin birbaşa qıcıqlanması
    - Daxili qulaqda müvazinət mərkəzinin qıcıqlanması
    - Kəllə-beyin travması
    - Baş beyin sirkələnməsi
    - Meningit
    - Günvurma
    - Baş beyin şişi
    - Beyin daxili qanaxma
    - Migren

    Maddələr mübadiləsi və hormonal pozğunluqlar
    - Hamiləlik zamanı hormonal statusda dəyişikliklər baş verir və hamilələyin ilk aylarında qusma adi hal hesab edilir.
    - Hyperkortisolism
    - Morbus Addison
    - Hyperparathyreodism
    - Böyrək çatışmazlığı zamanı uremiya qusma mərkəzini qıcıqlandırır

    Zəhərlənmələr
    - Zəhərli maddələr mədənin selikli qişasını zədələyir
    - Zəhərli maddələr qana keçərək qusma mərkəzini qıcıqlandırır, məsələn, həddən ziyadə alkoqolun qəbulu zamanı bu baş verir
    - Qida zəhərlənməsi zamanı qusma adətən 6-24 saat sonra baş verir
    - Bəzi dərmanlar da qusma törədirlər, məsələn, ürək qlikozidləri, sitostatiklər, Opioidlər, Beta blakatorlar, Estoregenlər, Dəmir preparatları
    Qusmanın digər səbəbləri
    - Qorxu, iyrənmə, stress və ağrı zamanı vegetativ sinir sisteminin qıcıqlanması üzündən də qusma törənə bilər
    - İnfarkt və ürək fəaliyyətinin zəifliyi də qusmaya səbəb ola bilər
    - Göz xəstəlikləri və göz daxili təzyiqin artması da qusma törədir
    - Bəzi psixatrik xəstələrdə


    Həkimə nə zaman müraciət etməli

    Müvəqqəti xarakter daşıyan və tez də aradan qalxan qusmalar zərərsizdir. Aşağıdakı hallrda mütləq həkimə müraciət edin:
    - Qusma qarında ağrılarla müşayət olunursa
    - Qusuntu yaşıl (öd) və ya gəhvəyi rəngdədirsə
    - Qusma davamlıdırsa və sakitləşmə qeyd olunmursa
    - Qusma ağzda quruluq, ümümi zəifliklə müşayət olunursa
    - Yüksək hərarət varsa (38`C-dən yüksək)
    - Qusma ilə yanaşı avranış dəyişiklikləri varsa (yuxuculluq, reaksiyanın azalması və s.)
    Nəzərə alın ki, qusmanın davam etməsi hər hansı bir ciddi səbəbin olmasına işarədir və həkimə müraciəti gecikdirmək olmaz. Qusmanın davam etməsi bədənin susuzlaşmasına və səbəb olan patologiyanın daha da dərinləşməsinə gətirib çıxara bilər. Güclü təkanla qusmanın olması mədənin selikli qişasının cırılmasına və qanaxmaya səbəb ola bilər. Güclü mədə qanaxması insan həyatını təhlükə qarşısında qoya bilər.
    Hansı müayinələr həyata keçiriləcək
    Həkim sizdən şikayətləriniz, onların tarixçəsi, digər xəstəlikləriniz, dərman qəbul edib-etməməniz və s. haqqında suallar verəcək. Həkim qusmanın əsl səbəbini aydınlaşdırmaq üçün aşağıdakı müayinələri istəyə bilər:
    - Qanın ümumi analizı
    - Qanın biokimyəvi analizı
    - Sidiyin biokimyəvi analizı (Pankreatik amilaza)
    - Nəcisin analızi
    - Qarının Rentgen müayinəsi
    - Qarının ultrasəs müayinəsi
    - Endoskopik müayinə
    - Lazım gələrsə qarının Kompüter Tomoqrafiyası
    - Lazım gələrsə EKQ, göz və beyin təzyiqinin ölçülməsi

    Müalicə

    Müalicə qusmanın əsasında duran patologiyanın nüvündən aslı olaraq spesifik aparılacaqdır.

    Alıntı..

     

     

    Sarsın - 06.01.2012 - 11:51



Benzer Konular

  1. Uşaqlarda ishal və qusma
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 22.06.2012, 00:09
  2. Qusma və Müalicəsi
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 17.03.2012, 10:17
  3. Kemoterapiye Bulandı və Qusma
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 29.02.2012, 16:27
  4. Kemoterapiye Bulandı və Qusma
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 18.02.2012, 09:43
  5. İshal və qusma zamanı ilk yardım
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 22.01.2012, 13:16

copyright

Soru Cevap