REKLAM




+ Konuyu Cevapla

Xalq Tebabeti

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Xalq Tebabeti



    Xalq təbabətində təmizlənib qurudulmuş dəvətikanın köklərindən çay dəmləyib, soyuqdəymələrdə hərarətisalıcı, yarpaqlarından, çiçəklərindən və cavan budaqlarından hazırlanmış çay soyuqdəymələrdə tərlədici və sidikqovucu vasitə kimi işlədilir.

    ***


    Dəvətikanın köklərindən, çiçək və meyvələrdən bir yerdə hazırlanmış sulu bişirmə ishala və dizenteriyaya qarşı istifadə edilir.

    ***


    Dəvətikanın çiçəklərindən araqda çıxarış hazırlanıb (�dəvətikanı arağı�) xörək qaşığı ilə qarnı işləyən xəstələrə içirirlər. Quru yarpaqlarından çay dəmləyərək mədə və 12-barmaq bağırsaq xorasında yarasağaldıcı vasitə kimi verirlər.

    ***


    Qurudulmuş dəvətikanın çiçəklərindən dəmlənmiş çay isə babasil xəstəliyində iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir.

    ***


    Tut yarpaqlarından xalq təbabətində çox qədimdən istifadə edilir. Onlardan çay dəmləyib şəkər xəstəliyində, ürək ağrılarında içirlər.

    ***


    Meyvələri həm təzə halda yeyilir, həm də ondan doşab hazırlayıb ürək zəifliyində, qanazlığında qəbul edirlər.

    ***


    Ağ tutun yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymədən baş verən xəstəliklərdə içirlər. Ondan tərlədici və hərarəti aşağısalıcı maddə kimi, həmçinin diabet və epilepsiya xəstəliyinə qarşı da istifadə edirlər.

    Ma�də və onikibarmaq bağırsaq ---ında ağ tutun meyvələri məsləhət görülür.

    ***


    Yarpaq və qabıqlarından hazırlanmış məlhəmlə dəri yaraları müalicə olunur.

    ***


    Ağ və qara tutun yetişmiş meyvələri qanartırıcı xassəyə malikdir.

    ***


    Tut ağacının gövdəsinin qabıqlarından və kökündən çay dəmlənib, sidikqovucu dərman kimi işlədilir.

    ***


    Qara tutun meyvələri qarın ağrılarında və dizenteriyada məsləhət görülür.

    ***


    Abşeronda yerli əhali tərəfindən çuğundurun meyvəköklərindən alınan təzə şirə xroniki mə�də-bağırsaq xəstəliyində həzm prosesini yaxşilaşdirmaq üçün istifadə edilir.

    Çuğundurdan müxtəlif yeməklər hazırlanır ki, bunlar da müalicəvidietik xassəyə malikdir. Məsələn, çuğundurda olan sellüloz və üzvi turşular ma�də şirəsini və bağırsağın peristaltikasını stimulə etdiyinə görə spastik kolitlərdə işlədilir.

    ***


    Çuğundurun tərkibindəki çoxlu miqdarda vitəminlər dəmirlə birlikdə homopoezə stimuləedici tə�sir göstərir.

    ***


    Cuğundurun tireotoksikoz, ateroskleroz xəstəliyinə tutunlara da xeyri var. Eləcə də bu xəstələri müşayiət edən ürək-damar sistemi xəstəliklərində çox faydalıdır.

    ***


    Çuğundurda miqdarca çox olan vitəminlər və mineral duzlar (xüsusən kalium) antiaritmik, maqnezium hipotenzif, yod xolesterinolipoid mübadiləsinə müsbət tə�sir göstərir.

    ***


    Çoxdan bəri xalq təbabətində çuğunduru işlətmə, sidikqovucu, iltihaba qarşı, ağrıkəsici və sinqa xəstəliyində istifadə edirlər.


    Facebook




    Üyelik

  2. Yazan: Sarsın
    No Avatar
    Suda bişmiş çuğunduru qəbizlikdə işlətmə dərmanı kimi yeyirlər.

    ***


    Xalq təbabətində qırmızı çuğundurun təzə toplanmış meyvəköklərindən alınan şirəni balla qarışdırıb vərəm xəstəliyinə qarşı qəbul edirlər.

    ***


    Xalq təbabətində kasnının köklərindən sulu dəmləmə və bişirmə hazırlayıb xroniki mə�də-bağırsaq xəstəliklərində mə�dənin həzm prosesini yaxşılaşdıran, iştahanı və maddələr mübadiləsini artıran vasitə kimi və hənçinin öd yolları xəstəliklərində (sarılıqda) ödqovucu dərman kimi qəbul edirlər.

    ***


    Kasnının köklərindən hazırlanmış dəmləmə və kasnı arağı şəkər xəstəliyində, eləcə də malyariyaya qarşı işlədilir.

    ***


    Xalq təbabətində innab mürəbbəsi quru öskürəyə qarşı sinəyumşaldıcı vasitə kimi işlədilir.

    ***


    Qurudulmuş innabın yarpaqladan çay dəmlənib, sidik kisəsinin iltihabında sidikqovucu dərman kimi qəbul edilir.

    ***


    İnnabın meyvələri qan təzyiqini aşağı salmaq üçün istifadə edilir.

    ***


    Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, eləcə də xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi istifadə edilir. Dərman məqsədilə ərik ağacının yapışqanından da (kitrəsindən) istifadə olunur.

    ***

    Heyva yarpaqlarının dəmləməsi bronxial astmada çox gözəl müalicəvi tə�sir göstərir.

    ***


    Heyvanın toxumları soyuqdəymələrdən baş verən tənəffüs yollarının iltihabında, bronxitlərdə sinəyumşaldıcı, iltihabı götürücü maddə kimi, eləcə də xroniki mə�də-bağırsaq xəstəliklərində, m�ədə xorasında, mə�dənin selikli qişasını yumşaltmaq, yaranı sağaltmaq üçün daxilə qəbul edilir.

    ***


    Heyvanın yarpaqlarından və cavan budaqlarından çay dəmləyib ürək ağrısında sakitləşdirici və qan təzyiqini azaldıcı vasitə kimi içirlər. Meyvəsindən hazırlanmış mürəbbə ürək zəifliyində qüvvəverici kimi məsləhət görülür.

    ***


    Xalq təbabətində bəlğəmotunun yarpaqlarından, çiçəklərindən və köklərindən dəmlənmiş çay öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici vasitə kimi istifadə edilir.

    ***

    Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.

    ***


    Dəvədabanın qurudulmuş yarpaqlarından (5-10q -200q suda) çay dəmləyib soyuqdəymələrdən baş verən tənəffüs yolları xəstəliklərində sinəyumşaldlcl və bəlğəmgətirici öskürək dərmanı kimi, xüsusi bronxitdə və ağ ciyar xəstəliklərində iltihabı aradanqaldırıcı dərman kimi qəbul edilir. Təzə dərilmiş yarpaqlarından alınmış şirəni şəkərdə və ya balla qarışdırıb bronxitdə, xüsusən bu xəstəliyin törətdiyi şiddətli öskürək zamanı gündə 4-6 dəfə xörək qaşığı ilə içirlər.

    ***


    Üzüm maddələr mübadiləsini, həzm prosesini, qan təzyiqini normallaşdırır və beləliklə, orqanizmin sağlamlığına və fəaliyyətinə kömək edir.

    ***


    Üzümün giləsindən və üzüm şirəsindən tənəffüs yolları xəstəliklərində: xroniki bronxitdə, laringitdə, vərəmdə, plevritdə də çox geniş istifadə edilir.
  3. Yazan: Sarsın
    No Avatar
    Üzüm sinəyumşaldıcı və bəlğəmgətirici tə�sirə də malikdir.

    ***


    Ürək zəifliyində üzüm gözəl müalicəvi tə�sir göstərir. O, ürək əzələsini qidalandıraraq onun tonusunu artırır, toxumaların oksigendən istifadəetmə qabiliyyətini yaxşılaşdırır. Qanda hemoqlobini çoxaldır, erutrisitlərin miqdarını artırır, leykositləri tənzim edir. Ona görə də qanda dəmir kəsirliyindən baş verən anemiya xəstəliyində üzümdən çox istifadə edilir.

    ***


    Üzüm və onun təzə şirəsi ümumi zəiflikdə, iştahsızlıqda, qanitirmə, kollapsda və şok zamanı çox xeyirlidir.

    ***


    Üzümün mə�də-bağırsaq xəstəliklərində, xüsusən mə�də turşuluğu artanda və atonik, spastik qəbizlikdə çox gözəl müalicəvi tə�siri var.

    ***


    Üzümün yarpaqları da çox faydalıdır. Yarpağında çoxlu miqdarda karotin və askorbin turşusu olduğu üçün avitaminoz xəstəliklərində çox xeyirlidir.

    ***


    Üzüm giləsindən hazırlanan bəhməz, doşab, irçal ümumi zəiflikdə, qanazlıqda çox gözəl qüvvətverici vasitədir

    ***


    Qurudulmuş moruq meyvələrdən hazırlanmış dəmləmə (çay) və ya mürəbbə soyuqdəymələrdə tərlədici kimi, eləcə də boğaz ağrılarından (anginada) iltihaba qarşı qarqara dərmanı kimi istifadə edilir.

    ***

    Moruq meyvəsinin mədə-bağırsaq xəstəliklərində iştahı artırmaq və həzmolmanı yaxşılaşdırmaq üçün də işlədirlər.

    ***


    Xalq təbabətində moruqun yarpaqlarının çayından qastritlərdə, enteritlərdə və eləcə də tənəffüs yolları xəstəliklərində büzüşdürücü və iltihabı götürücü kimi istifadə edir, boğaz ağrılarında qarqara dərmanı kimi işlədirlər.

    ***


    Moruq meyvələrini çox vaxt cirə meyvəsi, dəvədabanı yarpaqları, çökə çiçəyi ilə bir yerdə bərabər hissədə götürüb çay kimi dəmləyərək əvvəldə göstərdiyimiz xəstəliklərdə xörək qaşığı ilə qəbul edirlər.


  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Xalq təbabəti
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 20.06.2012, 23:47
  2. Qafqaz Xalq Rəqsləri
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 04.10.2011, 21:39
  3. Xalq inancları
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 1
    Son Mesaj : 08.03.2011, 10:25
  4. Xalq Təbabəti
    Konuyu Açan: Leyl-i Lal, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 12.11.2010, 14:17
  5. Xalq söyləmələri
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 18.01.2010, 13:12

copyright

Soru Cevap

grafimx