Varikoz genişlənmə

  1. Varikoz - Varikoz genişlənmə nedir?



    Varikoz xəstəliyi statistikaya görə dünyada qadınların 25%-də, kişilərin isə 13%-də rast gəlinir. Razılaşmaq lazımdır ki, bu elə də kiçik bir rəqəm deyil. Varikozun xüsusilə qadınlara nə qədər rahatsızlıq gətirdiyi hamıya məlumdur. Varikoz genişlənmə venaların genişlənməsi, şişməsi, uzanması, əyrilik və düyünlərin əmələ gəlməsi ilə xarakterizə olunur. Varikoz genişlənmə çox vaxt aşağı ətrafların ,düz bağırsağın venaları (babasil) və az hallarda qida borusunun və sperma liflərinin venalarını zədələmiş olur.


    Bədənin aşağı hissəsinə ayaqüstə durduqda və gəzdikdə daha çox fiziki yük düşdüyü üçün buradakı venalar varikoza daha çox meyllidirlər. Varikoz başlanğıcda ciddi problemlər yaratmadığından insanlar buna qeyri-ciddi yanaşırlar, lakin artıq venanın genişlənməsi onun hər an tromboflebit adlanan xəstəliklə ağırlaşmasına səbəb ola bilər. Varikoza uğramış venalarda yaranmış tromb hər an yerindən qopa və həyati vacib orqanları zədələyə bilər, bu da çox vaxt ölümlə nəticələnir.


    Varikoz genişlənmənin səbəbləri: az hərəkətli həyat tərzi, uzunmüddətli fiziki yük, artıq çəki, irsi meyllilik, travmalar, hormonal pozğunluqlar və hormonal preparatların qəbulu. Bütün bu səbəblər venoz klapanların zəifləməsinə və venoz damarlarda durğunluq əmələ gəlməsinə səbəb olur.


    Müalicə: xəstəliyin mərhələsindən asılı olaraq aparılır. Başlanğıc mərhələdə müxtəlif preparatların qəbulu, xaricə mazların istifadəsi və elastik corablardan istifadə etmək kifayət edir. Sonrakı mərhələlərdə isəskleroterapiya, lazeroterapiya, radiotezlikli ablyasiya kimi metodlardan istifadə olunur. Bundan başqa, müalicə individual olaraq seçilməlidir və müalicənin vaxtında, başlanğıc mərhələlərdə aparılması məsləhətdir.

    alıntı..

     

     

    Sarsın - 18.11.2011 - 21:38
  2. Salam, varikoz genislenme hansi fesadlara yol aca bilir ? zehmet olmasa cavabini daha etrafli wekilde email unvanima gonderesiniz.. tesekkurler
    DR.Elvin

     

     

    StoM - 09.04.2012 - 17:59



Benzer Konular

  1. Varikoz damar genışlənməsi nədir
    Konuyu Açan: AĞRAZ, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 24.07.2013, 01:40
  2. Hamiləlik Zamanı Varikoz
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 19.10.2012, 15:34
  3. Varikoz damar genişlənməsinin təbii üsullarla müalicəsi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 28.06.2012, 20:09
  4. Kosmos daim genişlənir
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 09.04.2012, 15:17
  5. Varikoz xəstəliyi nədir?
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 24.01.2012, 02:40

copyright

Soru Cevap