Qaraciyər xərçəngi

  1. Qaraciyər xərçəngi haqqında



    Qaraciyər xərçəngi az yayılmış xəstəliklərə aiddir. Bu isə şikayətlərin olmaması ilə bağlı olaraq xəstəliyin gec mərhələlərdə aşkarlanması ilə xarakterizə olunur. İl ərzində dünyada milyonlarla insan qaraciyər xərçəngindən ölür. Kişilər xəstəliyə qadınlara nisbətən 3 dəfə daha çox tutulurlar. Bunla yanaşı Hepatosellülar Karsinoma, xolangiokarsinoma, hepatoma və hemangiosarkoma Birincili qaraciyər xərçənglərinə aid edilirlər.


    Qaraciyər xərçəngini əmələ gətirən səbəblər:


    Qaraciyərin hepatit B, C və sirroz kimi xəstəlikləri


    Konserogen maddələrlə təmasda olmaq məcburiyyətində olan zərərli peşələr (məsələn, aflaktosin)


    Siqaret çəkmək


    Hemoxromotoz (bədəndə dəmirin normadan artıq olması)


    Qaraciyər xərçənginin klassifikasiyası:


    İlkin şiş, hepatoma və ya hepatosellülyar karsinoma, erkən mərhələlərdə nə şikayət, nə də klinika özünü göstərir.


    Yoğun bağırsaq, ağciyər və endokrin sistemin şişlərindən metastaz vermiş şişlər


    Aparılan müayinələr vədiaqnozun təsdiqindən sonra (qarın və döş qəfəsinin rentgen müayinəsi, KT, damarların KT-si, PET, qaraciyər biopsiyası (son zamanlar bu müayinəni qeyri-invaziv metod olan fibroskanlaşma ilə əvəz edirlər ) müalicəyə başlanılır.


    Müalicə birbaşa əldə olan məlumatlardan, xəstəliyin mərhələsindən, şişin ölçüsündən və xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq aparılır. Müalicə kombinə olunmuş şəkildə aparılıb özündə cərrahi əməliyyat, kimyəvi terapiya, radioterapiya və termiki ablyasiyanı birləşdirir.


    Proqnoz isə birbaşa erkən diaqnostikadan asılıdır. İsrail alimləri xüsusi bir tibbi avadanlıq hazırlayırlar ki, nəfəs alma zamanı qaraciyər xərçənginin diaqnozu qoyula bilsin, bu metod qaraciyərin travmatik və tam təhlükəsiz belə olmayan biopsiyanı əvəz edə biləcək, lakin bu metodun üzərində hazırda da işlənilir.

    Alıntı..

     

     

    Sarsın - 26.09.2011 - 23:23



Benzer Konular

  1. Qaraciyərdən oladi
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 26.06.2012, 00:44
  2. Qaraciyərin və ürəyin dostu
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 25.03.2012, 01:44
  3. Qaraciyərli qat-qat pirojki
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 24.12.2011, 11:41
  4. Qaraciyərli ayntopf
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 10.12.2011, 18:54
  5. Birincili qaraciyər xərçəngi
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 01.12.2011, 20:09

copyright

Soru Cevap