REKLAM




+ Konuyu Cevapla

Uşaqlarda askarid qurdu

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Sağlamlıq - Askarid qurdu haqqında - Uşaqlarda askarid qurdunun olması sebebleri



    Askarida - uşaqlarda təsadüf edilən 2-ci daha çox yayılmış qurddur (helmint). Soxulcanabənzər şəkildə olan askaridaların uzunluğu 20-40 sm-ə çatır. Onlar insanların bağırsaqlarında parazitlik edirlər. Askaridalar tərəfindən bağırsağa ifraz olunan toksinlər uşaqlarda qan azlığına, iştahanın azalmasına, qarında ağrılara, ürəkbulanmaya, gecələr ağızdan tüpürcək axmasına, ümumi zəifliyə, əzginliyə, baş ağrısına, oyanıqlığa səbəb olur.

    Bəzən askaridalar bağırsaqda o qədər çox olurlar ki, onlar yumaq şəklində bir-birinə dolaşaraq, ağır patoloji hallardan biri hesab edilən bagırsaq keçməməzliyinə səbəb olurlar. Bu halda vəziyyətdən çıxış yolu kimi, cərrahi əməliyyatdan istifadə edilir.

    Böyüklərə nisbətən uşaqlar askaridaya daha çox hallarda və asanlıqla yoluxurlar. Askarida yumurtaları yaşadığınız evə çirkli ayaqqabılar, müxtəlif meyvə və tərəvəzlərlə, su ilə, natəmiz əllərlə gətirilə bilər. Onların yayılmasında milçəklərin də müəyyən rolu vardır.

    Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur.

    Müvafiq mütəxəssis (həkim pediatr və ya helmintoloq) tərəfindən aparılan düzgün müalicədən sonra uşaqlarda praktiki olaraq tam sağalma baş verir.

    Askaridiozun profilaktikası üçün uşağın sanitar-gigiyenik normalara dəqiq şəkildə əməl etməsinə nəzarət etmək lazımdır. Uşaqlara yuyulmamış meyvə və tərəvəzlərin yeyilməsinə imkan verməmək, milçəklərin otağa daxil ola bilməməsi üçün pəncərələrə tor vurmaq lazımdır.

    Uşaqların it və pişik askaridaları yumurtaları ilə yoluxması daha təhlükəli hesab edilir. Torpaq və qumda oynayan zaman uşaqlar bu qurd yumurtalarını uda bilərlər. İnsan askaridasından fərqli olaraq heyvan askaridaları qan dövranı ilə bütün orqanizmə yayılaraq müxtəlif orqanlarda (gözlərdə, beyində, ağciyərlərdə) yaşaya bilərlər. Askaridalar öz ifrazatları ilə uşaq orqanizmini zəhərləyərək onlarda ağciyərlərin və dərinin ağır allergik reaksiyalarına səbəb ola bilərlər. Bu askaridaların müalicəsi stasionar (xəstəxana) şəraitində aparılır. Müalicə uzunmüddətli olub, sağalma çətinliklə əldə edilir.

    Alıntı..


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Uşaqlarda zökəm
    Konuyu Açan: BiR-DOST, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 01.11.2013, 21:57
  2. Xəstəni uzaqdan müayinə edəcək qurğu hazırlandı
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 15.01.2013, 01:37
  3. Uşaqlarda Əlaqə Təməli
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 08.03.2012, 11:46
  4. Uşaqlarda Və Gənclərdə Depressiya
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 10.01.2012, 10:11
  5. Müğənni Günel Məhərrəmova ailə həyatı qurdu
    Konuyu Açan: byHaktan, Forum: Show Biznes.
    Cevaplar: 0
    Son Mesaj : 19.11.2010, 22:08

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx