Göz zəifliyinin qarşısını necə almalı?

  1. Sağlamlıq - Göz zeifliyi - Göz zəifliyi nədən yaranır? - Göz zeifliyi haqqında


    Həkimlərin sözlərinə görə, gözlərə ev şəraitində də qulluq etmək mümkündür. İnsanlar çox vaxt gözlərinə çay dəmləməsi qoyurlar. Son zamanlar təbii çaylar çox azdır, onlara müxtəlif rənglər qatırlar. Belə çayları gözə qoymaq təhlükəlidir. Buna görə də yaşıl çayın dəmləməsi daha keyfiyyətlidir. Ballı su ilə də gözü silmək yaxşıdır. Son vaxtlar isə insanlar kompüter qarşısında çox otururlar. Kompüter şüaları gözün nəmliyini qurudur, gözdə göynəmələr əmələ gəlir. Kompüter qarşısında uzun müddət oturmaq olmaz. Hər 45 dəqiqədən bir kompüteri söndürmək, 15 dəqiqə hava almaq lazımdır. Kompüter qarşısında oturanlar tez-tez apteklərdə satılan təbii göz yaşlarından istifadə etməlidirlər. Günəşdə qara şüşəli eynəksiz durmağa çalışın. Çünki günəş şüasi göz üçün xeyirlidir. Uzun müddət günəşdən kənarda qalmaq və günəşdə eynəklə gəzmək gözü zəiflədir.


    Göz zəifliyi nədən yaranır?
    Həkimlərin dediyinə görə, göz zəifliyi üç yerə bölünür: meyopeya, hipermetropiya və astikmatizm: Meyopeya xəstələri uzağı pis görür və işarəsi mənfidir. Meyopeya 8-12 yaşında olan uşaqlarda aşkar edilir. Yaş artdıqca meyope da artır. Televizora və ya kompüterə çox baxmaq, zəif işıqda oturmaq və vaxtsız qidalanmaq meyopeyaya səbəb olan amillərdir. Hipermetrapiya xəstələri yaxını pis görür və işarəsi müsbətdir. Hipermetrapiyaya ən çox balaca uşaqlarda rast gəlinir. Bu vaxt uşaqlar kitab oxuyanda onların gözləri sulanır və göynəyir. Astikmatizm xəstələrində isə qarışıq olur. Onlar həm yaxını, həm də uzağı zəif görürlər. Bu, onların görmə qabiliyyətlərinin tam formalaşmamasından irəli gəlir. İndi demək olar ki, gözdən əziyyət çəkənlərin 80 faizi astikmatizmdən şikayət edirlər. Gözdə zəifliyin aradan qaldırılması üçün ilkin növbədə onun yaranmasına səbəb olan müxtəlif amilləri araşdırmaq lazımdır. Gözlərdə bu problemlərin yorulma, stress, televizora, kompüterə yaxından baxmaq nəticəsində yarandığını söyləyən həkimlər bəzi xəstələrdə bu halların anadangəlmə olduğunu deyir. Çox uşaqlar var ki, onlarda zəif görmək anadangəlmə olur. Belə uşaqlar 17 yaşına qədər müxtəlif dərmanlarla müalicə edilir. Bu müalicə kursları zəifliyin daha da irəliləməsinin, gözdə «tənbəlliyin» yaranmasının qarşısını almaq üçün lazımdır. əgər gözdə «tənbəllik» yaranarsa, bu zaman onun funksiyaları fəaliyyətini itirir və kor olma ehtimalı artır. 17 yaşından sonra xəstəyə eksimer lazer əməliyyatı olunur. əgər valideynlər uşaqlarında göz qırpmalar, qızartılar, sulanmalar kimi hallar aşkarlayırlarsa, dərhal həkimə müraciət etsinlər. əvvəllər insanlar eynəklərdən istifadə edirdilər. Eynəkləri isə uzun müddət çıxartmadan taxırdılar. İndi valideynlər uşaqlarına eynəyi tez-tez çıxartmamalarını deyirlər. Ancaq onlar bilməlidirlər ki, çox eynək taxmaq da gözə ziyandır. Optik gözün əvvəlki funksiyasını bərpa etməsi üçün istifadə olunur. Eynəkləri 6 aydan bir dəyişdirmək lazımdır.



    Gözlərdə Göz çəpliyi, Katarakt – Mirvari suyu, Qlaukoma – Qara su, Daltonizm kimi bir sıra xəstəliklər yarana bilər.

    Gözlərəmik, sağlamlığımız mövzusunda bizə çox əhəmiyyətli ipucları verər. Gözlərimizdə ibarət olan-yaranan bəzi problemlər bəzən bədənimizdəki çox əhəmiyyətli xəstəliklərin xəbərçisi ola bilərlər.

    Yetkinlərdə görülən göz xəstəliklərinin bir çoxu daha az sıxlıqla olmaq üzrə körpələrdə və uşaqlarda da görülə bilər.

    A vitamini əhəmiyyətli
    Göz sağlamlığımızı mənfi təsir edən xəstəliklər arasında isə xroniki diyabet və təzyiq iştirak edər. Xüsusilə diyabet, gözdə katarakt, glokom və ən əhəmiyyətlisi diyabetik retina xəstəliyinə səbəb ola bilər. Diyabetlerde görmə itkisini inkişaf ehtimalı normaldan 25 dəfə daha çoxdur.

    Gecə yaxşı görə bilməmə faktı isə ümumiyyətlə A vitamini və sink əskikliyindən irəli gələr. Ən yaxşı A vitamini qaynaqları kök, ispanaq, kələm, portağal və sarı rəngli meyvələrdir.

    Siqaret narkomanlarında B12 əskikliyiylə birlikdə görülən nadir bir göz xəstəliyi isə tütün korluğu olaraq bilinər.

    Erkən yaşlarda nizamlı olaraq və bol bol meyvə yemək, irəliləyən yaşlarda görmə itkinlərini əhəmiyyətli nisbətdə önləyər. Araşdırmalar nizamlı olaraq gündə üç pay meyvə yeyənlərdə, yaşlılıqda görmə itkinlərinin yüzdə 36 azaldığını ortaya qoyur. Çoxlu vitamin qəbul eləmək katarakt riskini 60% azaldır. Xüsusilə çoxlu vitamin həbində olan E və C vitaminlərinin, katarakt riskini endirmədə əhəmiyyətli rolu olduğu ifadə edilir.

    Kök
    Kök ehtiva etdiyi xüsusi şəkəri, A vitamini və bol vitaminləri ilə qaraciyəri qüvvətləndirər, bədəndəki törə turşusunun, ürat duzlarının, bənzəri yorğunluq maddələrinin sidiklə çölə atımına köməkçi olar. Ehtiva etdiyi beta-karoten sayəsində gözləri qoruyar və immunitet sistemini qüvvətləndirər.

    Alıntı..

     

     

    Sarsın - 13.09.2011 - 03:09



Benzer Konular

  1. Kompyüterin dəriyə zərərinin qarşısını necə almalı?
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 05.03.2012, 09:50
  2. Kökəlmənin qarşısını alan meyvə
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 31.12.2011, 09:39
  3. Hıçqırığın qarşısını necə almalı
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 1
    Son Mesaj : 16.12.2011, 13:40
  4. Göz zəifliyinin qarşısını necə almalı?
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 28.09.2011, 11:59
  5. Musiqi yaddaş zəifliyinin qarşısını alır?
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 11.09.2011, 07:09

copyright

Soru Cevap