Dişlərə qulluq


  1. Dişlərinizi məcunu islatmadan fırçalayın...

    Yeməklərdən dərhal sonra dişləri fırçalamaq qidalardakı turşuların ağızda dağılmasına səbəb olduğu üçün dişləri zəiflədir. Dişləri yeməklərdən ən az bir saat sonra fırçalamağının daha uyğun olduğunu söyləyən diş həkimləri ağız və diş sağlamlığına kifayət qədər əhəmiyyət verilmədiyini söylədi və bu mövzuda daha çox edilən səhvləri belə sıraladı:

    Diş pastasını islatmayın.

    Diş pastası əksinə, suyla isladılmaması lazımdır. İslanan diş pastası faktor maddəsini itirər. Diş pastası ləbləbi dənəsi böyüklüyündə istifadə edilməlidir. Unutmayaq ki, diş pastası yalnız diş fırçalamağı asanlaşdırıcı bir agentdir.

    "Nə qədər çox fırçalasam o qədər yaxşıdır" deyə düşünməyin.

    Diş təmizliyi haqqında bilinən səhvlərdən biri də dişləri uzun müddət və sərt şəkildə fırçalayaraq daha çox bakteriya öldürüldüyü inancıdır. Aparılan araşdırmalar iki dəqiqəni aşan fırçalamanın daha çox bakteriya öldürmədiyini göstərir. Dişlərin gündə ən az bir dəfə iki dəqiqə müddətlə çox sərt olmadan fırçalanılması və diş ipi istifadəsiylə ideal bir diş təmizliyi təmin edilə bilər. Siqaret, çay və qəhvə istehlakı çox olanlarda meydana gələn dil pası qoxuya səbəb ola bilər. Bu vəziyyətdə dişlər fırçalandıqdan sonra dili də fırçalamaq lazımdır.

    Təmizləyici qidalar istehlak edin.

    Təbii diş fırçası olaraq bilinən almadan əlavə, çiy kök, kərəviz xüsusilə yemək aralarında istehlak edildikdə mexaniki bir təmizlik təmin edəcək.

    Alma sirkəsi ilə qarqara edin.

    Səhərlər alma sirkəsiylə qarqara edin və sonra dişlərinizi fırçalayın. Sirkə ləkələrin yox olmasına, dişlərinizin ağarmasına və diş ətinizdəki mikrobların ölməsinə kömək edər.

    Ağız qoxusu üçün qəhvə dənəsini çeynəyin.

    Ağız qoxusu gündəlik həyatda insanı ictimai və psixoloji olaraq təsir edən bir narahatlıqdır. Pis ağız qoxusu, həm insana təsir edər, həm də çox vaxt məyusluğa səbəb olar. Ağız boşluğunda mövcud olanqaldırar. bakteriyaların artıqları olan sulfidlər pis qoxuya gətirib çıxarar. Qəhvə dənəsini çeynəmək bu sulfid komponentlərini ortadan qaldiririr

    Kefli bir kəşf - kakao.

    Kakao dənəsindəkii anti bakterial səbəbiylə, şokolad dişlərə zərər vermir. Şəkər, qənd isə dişlərin baş düşmənidir. Meyvə sularındakı turşu isə hər cür dişə zərərlidir. Eyni şəkildə laktoza ehtiva edən süd də, diş çürüklərinə gətirib çıxarır.

    Yeməyi pendir ilə bitirin.

    * Meyvə suları, şirinlər, sərt konsistensiyalı şəkərlər, karamel, banan kimi qidalar dişlərdə çürük meydana gətirmə riskini artırır.
    * Şirin yedikdən sonra süd, ayran içmək və pendir yemək, şəkərin və ortaya çıxan turşunun zərərli təsirlərini önləyər.

     

     

    Sarsın - 24.06.2011 - 01:33



Benzer Konular

  1. Təmiz dişlər ürəyin dermanıdır
    Konuyu Açan: Ağgul Laçınlı, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 28.09.2012, 18:11
  2. Ağıza və dişlərə qulluq
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 09.02.2012, 14:04
  3. Dişlər haqqında
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 22.01.2012, 03:19
  4. Dişlərə qulluq - doğru bildiyimiz səhvlər
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 04.01.2012, 16:19
  5. Körpələrin dişlərinə qulluq
    Konuyu Açan: Leyl-i Lal, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 08.12.2010, 02:04

copyright

Soru Cevap

grafimx