Yerkökü neye xeyrdi

  1. Yerkökü neye xeyirdi?



    Müəyyən olunmuşdur ki, yerkökü qan yaratmaq, orqanizmi qüvvətləndirmək kimi xüsusiyyətlərə malikdir. Qan azlığı zamanı səhər günorta və axşam təzə çəkilmiş yerkökü şirəsi içmək və ya rəndələnmiş şəkildə yemək lazımdır.
    Mədə və bağırsaq qanamalarında çox faydalı olan yerkökü qaraciyər üçün də çox xeyirlidir.

    A vitamini ilə zəngin olan yerkökü dəriyə təravətlilik verməklə yanaşı həm ürək həm də göz xəstəliklərinə faydalıdır. Onun tərkibində olan beta-karotenin gözləri yaşlılığın gətirdiyi görmə zəifliyindən qoruyur və immunitet sistemini qüvvətləndirir.

    100 qr. təzə yerkökünün tərkibində olanlar: 30-42 kalori; 1,1 qr.. zülal; 9,7 qr. karbohidrat; 0 xolesterol; 0,2 qr. yağ; 36 mqr. fosfor; 37 mqr. kalsium; 0,7 mqr. dəmir; 23 mqr. maqnezium; A, B1, B2, B3, B6, c və E vitaminləri

    Sağlamlığımıza faydaları:

    Ürəyin dostu da olan kök, qandakı xolesterol səviyyəsini aşağı salır.

    Kök yemək orqanizmi bir sıra qida zəhərlənmələrindən qoruyur.

    Çiy yaxud bişmiş halda yeyilən kök uşaqlarda boy artımını inkişafına kömək edir.

    Mədə-bağırsaq xəstəliklərinə faydalı olan olan kök həzmi asanlaşdırır.

    Vitaminlərlə zəngin olan kökü əsasən çiy və qabıqlı şəkildə yemək lazımdır.

     

     

    Sarsın - 22.04.2011 - 11:06



Benzer Konular

  1. Ağ Turp və Yerkökü Salatı
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 01.03.2013, 10:42
  2. Zukini Qabağı Salatı
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 30.08.2012, 04:48
  3. Avakado salatı
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 20.06.2012, 11:09
  4. Yerkökü Salatı
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 22.11.2009, 03:46

copyright

Soru Cevap