Teze Dogulan Usaq

  1. Teze Dogulan Usaq



    Təzə doğulan uşaq günün yarıdan çoxunu yatır. Birinci ayın sonunda uşaqlar adətən sutkada 16-18 saat yatırlar. Problem odur ki, uşaqlar istənilən saatda, hətta gecə də oyanırlar. Çağanın tez-tez oyanması normaldır, yeni doğulan körpələr heç vaxt bir dəfəyə 3-4 saatdan artıq yatmırlar. Və siz oyanan balanıza cəld—30 saniyə ərzində reaksiya verməlisiniz.
    Uşağın oyanmasının bir neçə səbəbi var. Çox vaxt onlar acanda ayılırlar. Bəzənsə yerlərinin dəyişdirilməsini istəyirlər. (Çağalar ilk aylarda özləri çönə bilmir. 2-4 ay tamam olanda yerini rahatlamağı körpənin öz ixtiyarına vermək olar.) Siz balanıza öyrəşdikcə onun nə vaxt və niyə oyandığını biləcəksiniz. Balanız gözlədiyinizdən tez, ya gec oyanarsa, diqqətli olun. Ola bilər uşaq xəstələnib, ya dişi çıxır, ya da böyüdüyündən daha çox yemək istəyir.

    Otağın temperaturu 20-22 dərəcədən çox olmamalıdır. Soyuqdan qorunmaq üçün uşağı bərk bələməyə ehtiyac yoxdur. Otağın temperaturu 24 dərəcədirsə, körpənin üstünə bir döşəkağı atsanız, kifayətdir. Temperatur 21 dərəcə olsa, döşəkağına ədyal salın. Otağın temperaturu 18 dərəcədirsə, yorğana ehtiyac var.
    Otağın temperaturu normal olsa yaxşıdır, çünki uşağı yatırdanda baş örtüyünü çıxarmaq lazımdır. 1 yaşına çatmamış uşağın üstünə yun yorğan və ya ədyal salmaq məsləhət deyil. Döşəkağını isə yalnız onun sinəsinə qədər çəkmək olar. Uşağın əl-ayağı sərin olsa belə, qarnı istidirsə, soyuqdan qorxmağa dəyməz.
    Uşaq olan otaqda heç bir texniki avadanlıq saxlamayın. Onun çarpayısı qızdırıcıdan, pəncərədən aralı olmalıdır. Otağın havasını tez-tez dəyişin. Çarpayının yanında divara heç nə asmayın.

    Balanız yatmaq istəyir? Hər bir uşaq özünəməxsusdur. Bəziləri yatmaq istəyəndə vurnuxmağa başlayır, bəziləri gözlərini ovxalayır, ya öz qulağını dartır, bəziləri isə gözlərini boşluğa zilləyir. Balanızın yatmaq istədiyini bilən kimi qoyun yatsın. Amma uşağı heç vaxt qarnı üstündə yatırtmayın! Çağa yatağa mütləq arxası üstə qoyulmalıdır.
    Çağanın döşəyi bərk olmalıdır. Onu balıncın üstündə, yumşaq tük doldurulmuş döşəkdə, içi doldurulmuş heyvan dərisi üzərində yatırtmaq olmaz! Bir yaşa qədər uşağın başının altına balınc qoymayın. Döşəyin bir hissəsini azca qaldıra bilərsiniz.

    Gecəylə gündüzü ayırın. İlk həftələrdə bu mümkün olmur. Amma siz balanızı yavaş-yavaş öyrədə bilərsiniz. Uşaq gündüz saatlarında çox yatırsa, otağı işıqlı saxlayın, pərdəni kənara çəkin, ya işıqları yandırın. Televizorun səsini almayın (amma normadan yuxarı qaldırmağa da ehtiyac yoxdur!) Yedirdəndən, altını dəyişəndən sonra balanızı maraqlandırmağa çalışın. Onunla söhbət edin, onun əl-qolunu oynadın, oyuncaqlar göstərin.
    Gecələr, əksinə, körpəniz yatmaq istəməsə belə, işıqları söndürün, ya zəiflədin. Uşağı yedirdəndə də, altını dəyişəndə də sakit və yavaş olun. Çalışın onunla danışmayasınız. Bir azdan görəcəksiniz ki, balanız gecələr daha çox yatır.

    Yuxu cədvəli uşağın da, sizin də rahatlığınızı təmin edər. Balanızı elə ilk həftələrdən öyrədə bilərsiniz. Adətən yatdığı saatlarda onu ya çimdirin, ya yedirdin. Bir az yırğalamaq da olar (amma bəziləri bu üsulu tətbiq etməməyi məsləhət görür, uşağın yırğalanmağa adət etməsini istəmirlər). Yüngül sığal, ya masaj, zümzümə də əla üsuldur, balanızın daha rahat yuxulamasına səbəb olar. Körpənin yuxu cədvəli təxminən belədir.

    Uşağın yaşı


    Gecə yuxusu


    Gündüz yuxusu


    Yuxunun ümumi müddəti

    1 aylıq


    8 saat 30 dəq


    7 saat (3 dəfə)


    15 saat 30 dəq

    3 aylıq


    10 saat


    5 saat (3 dəfə)


    15 saat

    6 aylıq


    11 saat


    3 saat 15 dəq (2 dəfə)


    14 saat 15 dəq

    9 aylıq


    11 saat


    3 saat (2 dəfə)


    14 saat

    12 aylıq


    11 saat 15 dəq


    2 saat 30 dəq (2 dəfə)


    13 saat 45 dəq

    18 aylıq


    11 saat 15 dəq


    2 saat 15 dəq (1 dəfə)


    13 saat 15 dəq



    Umumi melumat

     

     

    Sarsın - 02.03.2011 - 23:10



Benzer Konular

  1. Usaq mahnisi - Gunes olaram men de
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 06.10.2013, 14:23
  2. Usaq Mahnisi - Kukla
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 09.01.2012, 07:41
  3. Deyirman Cucelerim - Usaq Mahnisi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 25.02.2010, 10:29
  4. Cip-Cip Cucelerim - Usaq Mahnisi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 25.02.2010, 10:28
  5. Teze lobye yemeyi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 28.12.2009, 12:26

copyright

Soru Cevap

grafimx