REKLAM




+ Konuyu Cevapla

Febril konvulsiya

  1. Yazan: AYIŞIĞI
    AYIŞIĞI - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    Febril konvulsiya haqqında


    Yəgin ki,hamınız balaca uşaqlarda temperaturu yüksələn zaman qıcolması haqqında eşitmisiniz.Bəs bu zaman nə eləməyiniz lazım olduğunu bilirsinizmi?
    5ay-5 yaş arasındakı uşaqlarda maddələr mübadiləsi tam inkişaf eləmədiyi üçün,temperaturu yüksəldən bir xəstəlik zamanı beyindəki metobolizma asanlıqla pozulur və qıcolmalar meydana gəlir.6 yaşına qədər maddələr mübadiləsi inkişafını tamamladığı üçün,bu yaşdan sonra qızdırmaya bağlı qıcolmalar olduqca nadir görülür.
    Yuxarıda qeyd olunan yaşda olan uşaqlarda hər hansısa bir qızdırmalı xəstəlik zamanı(tənəffüs yolu infeksiyası,sidik yolu infeksiyası və s;ama bura meningit daxil deyil) görülə bilər.Tipik qıcolma tablosu meydana gəlir.Uşağın şüuru qapanır,gözleri yuxarı yana çevrilir,baş yana və arxaya düşür.Və bütün bədəni yığılmağa başlayır.Olduqca vahiməli bir mənzərədir.Çevrəsində olan insanları asanlıqla panikaya salan bir vəziyətdir.Amma nə qədər vahiməli görülsə də əslində görüldüyü kimi təhlükəli bir vəziyyət deyil.Adətən 5 dəqiqə ərzində sonlanır.Yani siz,həkim çağırsanız belə həkim gələnə qədər hər şey olub bitir.
    Burda əsas olan uşağa ilk yardımın göstərilməsidir.Bu çox vacibdir.İlk olaraq özünüzü ələ alın.Qıcolmanın səbəbi qızdırma olduğu üçün ilk öncə təbii ki qızdırma salınmalıdır.AMMA HEÇ BİR ZAMAN BUNU SOYUQ SU İLƏ ELƏMƏYİN!!!!Çünki,əgər soyuq su vursanız uşağın bədəninə,əlbətdə ki,titrəmə olacaq.Titrəmə varsa istilik hasilatı var deməkdir.İstiliyin artması isə onsuz da qızdırmaya bağlı olan vəziyyəti ağırlaşdırır.İlıq su ilə eləmək lazımıdır bunu.Uşağın şüuru açıldıqdan sonra PARASETAMOL verə bilərsiniz ki,təkrarlama olmasın.
    Sağa sola qaçıb durmayın.Çünki uşağı yalnız buraxmaq olmaz.Bir neçə dəqiqəyə keçəcək.(düzdü bu bir neçə dvqiqə sizə bir neçə saat kimi görülə bilər).Bir də eyni anda uşağın başını sol yan tərəfə doğru çevirin ki,əgər qussa,qusduğu material tənəffüs yoluna gedib tıxamasın.
    Qıcolma zamanı uşağın ağzını açmağa çalışmayın-çənəsini və dişlərini qırarsınız.Unutmayın ki QICOLMA KEÇİRDƏN İNSAN ONSUZ DA NƏFƏS ALMIR!!!Ağzını açsanız ne olacaq,açmasanız nə olacaq?Amma,əgər uşağın ağzı ÖZÖZÜNE açılıbsa,o zaman yumuşaq bir şey qoya bilvrsiniz dişlərinin arasına.Amma bu sadəcə uşaq dilini dişləməsin deyədir.YENƏ DƏ XATIRLADIRAM Kİ,UŞAĞIN AĞZINI HEÇ BİR ŞƏKİLDƏ AÇMAĞA ÇALIŞMAYIN!!!!
    Baxdınız ki,əgər uşağın vəziyyəti 10 dəqiqədir ki,özünə gəlmir,o zaman uşağı ən yaxın xəstəxanaya aparın.Həkim olan userlerimiz bu zaman hansı dərmanlardan və hansı dozda istifadə olunduğunu öyrənmək istəsələr mənə pm yaza bilərlər.
    Amma,əgər ki,uşağın vəziyyəti yaxşı olsa,onu səhəri günü yenə həkimə aparın mütləq.Çünki,mütləq bu uşaqlarda risk skorlaması aparılıb,əgər lazımdırsa müalicə yazılmalıdır.Çox zaman müalicəyə ehtiyac olmur,amma bilmək olmaz..Aparmaq vacib və mütləqdir!!!

    P.S:Hörmətli,Azərbaycanın sağlamlıq və qadın jurnallarının yazarları-yazdığım məlumatları jurnallarınızda çap elədiyiniz zaman,adınıza çıxmayın.İnsaf!!!Nikim və mənbə qeyd qeyd olunsun.


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Febril Nöbeti Hakkında Bilgiler
    Konuyu Açan: Nerissa-Su, Forum: Çocuk Sağlığı.
    Cevaplar: 0
    Son Mesaj : 30.12.2010, 21:41
  2. Ateşli Havale Febril Konvulsiyon
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlık Genel.
    Cevaplar: 0
    Son Mesaj : 22.12.2009, 13:02

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx