REKLAM




+ Konuyu Cevapla

Kökəlməyin sirləri

  1. Yazan: AYIŞIĞI
    AYIŞIĞI - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    kökəlməyin sirləri haqqında


    Adətən, adama elə gəlir ki, problem yalnız köklük ola bilər. Eh, arığa nə var e, yesin, içsin, yatsın, vəssalam. Kökələcək. Bu düşüncə ilə «Gözəlik sirləri» seriya kitablarında bütün məsələlərə ayrı-ayrılıqda toxunsam da, heç vaxt bu sahəyə kiçik önəm belə verməmişəm. Amma, qəribədir, məni görən hər kəs «niyə kökəlməkdən yazmırsan?» deyir. Əvvəl, bunu zarafat başa düşürdüm. Amma, sonra başa düşdüm ki, bu ciddidir və kökəlməyin yollarını axtaran çoxsaylı insanlar var. Heç demə hər şey düşündüyümüz qədər asan deyilmiş. İştahlı köklərdən fərqli olaraq bu tip insanlarda iştah olmur. Ona görə onlar bizim dediyimiz kimi, bütün günü dadlı yeməkləri qarşısına qoyub yeyə bilmir. Yaxud bir qrup insanlar da var ki, bütün günü çənəsi işləyir, amma kökəlmir ki, kökəlmir. Bu isə maddələr mübadiləsi pozuntusu ilə əlaqədardır.

    Ümumiyyətlə, normal bədən çəkisi insan sağlamlığının göstəricilərindən biridir. Arıq və çəlimçiz insanın müqaviməti zəfi olur, xəstəliklərə tez yoluxur.Ona görə də normal çəkiyə sahib olmaq mühüm məsələdir.

    MİX.AZ-lıların gözəllik probleməri ilə tanış olarkən məlum oldu ki, saç tökülməsindən sonra burada userlərin çoxunun arzusu kökəlməkdir. İnternetdə araşdırma apardım, maraqlıdır ki, bu sahədə elə də məlumat yoxdur, bir-iki xəbər qarşımıza çıxır ki, orada da mətləbə dəxli olmayan mənasız məsləhət verilib. Hiss olunur ki, başdansovdu tərcümələrdir.

    İndi sizə təqdim etdiyim reseptlər isə həkim məsləhi olduğu üçün ürəklə istifadə edə bilərsiniz.

    2-3 ədəd quru və ya təzə əncir və 3-5 ədəd badam bir stank sudə isadılır və 40 gün ərzində hər səhər qəbul edilir.

    10 ədəd badam və bir xörək qaşığı kişmiş xırdalanır, bir stəkan süddə qarışdırılır. Gündə iki dəfə, səhər və axşam isti şəkildə qəbul edilir.

    3 xörək qaşığı xama bir yumurtanın sarısı ilə stəkanda çalınır və üzərinə stəkan dolana qədər pivə əlavə olunur. Hər səhər acqarına içilir. Pivə içən oğlanlar üçün bayram ))))

    Hərəsindən 100 qr yerkökü, çuğundur, qara turp, bal və 40%-li spirt qarışdırılır və soyuducuya qoyulur. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 xörək qaşığı daxilə qəbul edilir.

    Əlavə məsləhətlər

    Hər gün təzə inək südü için
    Kərə yağından çox istifadə edin
    Təzə bişmiş ağ çörək yeyin
    Səhərlər düyü və buğda sıyıqları ilə qidalanın
    Kişmiş, ərik qurusundan çox istifadə edin
    Yuxunuza fikir verin, yumşaq yataqda yatın
    Kökəlmirsinizsə, onda həkimə müraciət edin. Bəzən bağırsaq, həzm problemi və qurd xəstəlikləri buna mane olur.
    Qeyri-düzgün həyat tərzi, qısa yuxu, stress, fiziki və zehni yuklənmə də arıqlamağa səbəb olan əsas amillərdərdir

    P.S. Bu kökəlmə qaydaları, arıqlamaq arzusunda olanlar isə «Arıqlamağın sirləri» kitabından istifadə edə bilərlər.


    Facebook




    Üyelik

  2. Yazan: Ferid B-ov
    No Avatar
    Admin men icki icmirem qalanlarin duz emel etsem alinar???Register


  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Kökəlməyin sirrləri
    Konuyu Açan: Ceylan, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 12.03.2013, 13:58
  2. Göbələyin də sirləri var
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 15.01.2013, 01:18
  3. Gözəl qamətin sirləri
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 10.01.2013, 12:39
  4. Qəhvənin təsirləri
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 09.12.2011, 21:59
  5. Bəzi mətbəx sirləri
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 23.11.2009, 02:34

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx