Üzdəki qırışlardan necə qurtulmaq olar



  1. Qadınların xarici görünüşü ilə bağlı əsas qayğılarından biri də dərilərinin təmiz, hamar, gözəl görünməsi ilə əlaqədar olur.

    Xüsusən də əgər yaşlanırsa və üzündə qırışlar yaranmağa başlayırsa, bu, artıq qadın üçün ciddi bir problemə çevrilməkdədir.

    Avokado – qırışlara qarşı. Orta əsrlər zamanı avokado Azərbaycana cənub tropik ölkələrdən gətirilirdi. Bu ölkələrin əhalisi ta qədimdən avokadonu kosmetik məqsədlərlə istifadə edib. Bir dənə meyvənin ətindən g0türüb əzin, üzərinə 10 çay qaşığı yağlı qatıq əlavə edin. Mayeni dəriyə çəkin və 15 dəqiqə saxlayın. Bu ekzotik meyvə vitaminlərlə və nadir yağlı turşularla zəngin olduğuna görə, dəriyə əla təsir göstərir, qırışları yumşaldır və yox edir.


    Qırışlı üz üçün banan maskası. Banan qırışlı dərini cavanlaşdırır. Bu səbəbdən ərəb qadınları onu kosmetikada geniş istifadə edirdilər. Maskanı günaşırı 20 gün ərzində qoymaq lazımdır. Təkrar kurs 30-60 gündən sonra aparılır. Banan maskasını hazırlamaq üçün yetişmiş banandan başqa, sizə qaymaq və kartof unu lazım olacaq. Bananı yaxşıca əzərək, ona qalan hissələri qatın və mayeni qatı xama şəklinə düşənə qədər qarışdırın. Maska 2 qat qoyulur. Əvvəlcə üzə nazik təbəqə sürtülür və quruduqdan sonra ikinci qat qoyulur. Sonra maskanın üzərinə tənzif və nazik qat pambıq qoyub, örtürlər. Maskanı yarım saat saxlamaq lazımdır. Sonra ilıq suda islanmış pambıq tamponu ilə silib təmizləmək lazımdır.


    Qırışlara qarşı maya maskası. Maya çubuğunun yarısını ilıq süddə (o vaxt ki, dəriniz normal və vəziyyətdədir) və yaxud zeytun yağında (əgər dəri qurudursa) xama kimi qatı olana qədər qarışdırırlar. Sonra onu bir neçə təbəqə iə üzün dərisinə qoyurlar və 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyurlar.


    Qırışıq dəri üçün maska. Qədimdən məlumdur ki, çiyələk şirəsi dərinin cavanlaşmasına təsir edir. Maskanı hazırlamaq üçün 4 çay qaşığı meşə çiyələyini möhkəm köpük əmələ gələnə qədər çalınmış yumurta ağı ilə qarışdırın. Hər kəsin dərisi yağlı, dəlikləri genişdirsə, qarışığa yarım xörək qaşığı təzə sıxılmış limon və ya turş portağal şirəsi əlavə edirlər. Adətən maskanı üzdə 20 dəqiqə saxlayırlar, ondan sonra isə sərin su ilə yuyurlar.

    Qocalmaqda olan quru dəri üçün maska. XVIII əsrdə Hacı Süleyman İrəvani yumurta sarısını cavanlaşdırıcı vasitə hesab edirdi. Müasir kosmetoloqlar da bu fikirlə tamamilə razıdırlar. Maskanın tərkibi: 1 yumurta sarısı, itburnu, evkalipt yağı və ya günəbaxan yağı – 1 çay qaşığı, vitamin A -10 damcı, vitamin E – 10 damcı, bal – yarım çay qaşığı. İnqrediyentləri diqqətlə yekcins kütləyə çevrilincəyədək qarışdırırlar və üzə çəkərək, 20 dəqiqə saxlayıb soyuq su ilə yuyurlar. Belə proseduranı hər gün etmək olar.

    Qarpız maskası - cavanlaşdırır. Bu maskanı ancaq şərti olaraq qarpız maskası adlandırmaq olar, çünki onun tərkibinə çoxlu başqa komponentlər də daxildir. Bu maska dərini səmərəli surətdə qidalandıraraq cavanlaşdırır. Yarım stəkan süddə bişmiş qatı, ilıq südlü sıyığı*** ürərək ona aşağıdakı ərzaqları əlavə edin: yumurta sarısı - 1 ədəd, qarpız şirəsi - 1 xörək qaşığı, bal – 3 çay qaşığı, günəbaxan yağı – 2 çay qaşığı, qatıq – 1 çay qaşığı, duz - ¼ xorək qaşığı. Qarışığı yaxşıca qarışdırın və üzə sürtün. Yarım saatdan sonra maskanı əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun. Bu prosedura dərini cavanlaşdırır və onun həyat tonusunu qaldırır.

     

     

    Leyl-i Lal - 02.04.2010 - 13:53



Benzer Konular

  1. Qırışlardan qurtulmağın ən gözəl yolu
    Konuyu Açan: Ceylan, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 22.04.2013, 12:52
  2. Artıq çəkidən qurtulmaq
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 31.08.2012, 20:55
  3. Üzdəki qırışlardan necə qurtulmaq olar?
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 06.02.2012, 17:29
  4. Ləkələrdən qurtulmaq
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 24.12.2011, 03:14
  5. Xərçəngin caynağından necə qurtulmaq olar?
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 22.08.2011, 17:37

copyright

Soru Cevap