REKLAM




+ Konuyu Cevapla

Döş xərçənginin əlamətləri

  1. Yazan: BiR-DOST
    BiR-DOST - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    Kimlər daha çox risk altında.

    1) Daha əvvəl döşdə xərçəngi yarada biləcək bir toxumanın tapılmış olması.
    2) Genetik olaraq döş xərçəngi inkişafına uyğun genləri daşımaq.
    3)Ailəsində və ya qohumlarında döş xərçəngi inkişaf etmiş olması.
    4) Uzun və davamlı hamiləlikdən qorunma həblərinin istifadə edilməsi.
    5) Menopoz sonrası dövrdə uzun davamlı və yüksək dozalarda ostrojen replasman (harmon disbalansı) müalicə edilməsi.
    6) Uşaqlıq və ya gənclik çağında başqa bir səbəblə sinə bölgəsinin şüalanmış olması.
    7) Menstrasiyanın başlama yaşının erkən, menstrasiyadan kəsilmə yaşının gec olması.
    8) Heç doğum edilməməsi və ya ilk doğumunu 30 yaşından sonra edilməsi.
    9)İrəliləmiş yaşın olması. (döş xərçəngi ən sıx 50-65 yaşları arasında görülür)
    10) Həddindən artıq yağlı qidalarla bəslənmə.
    11) Mamografidə (döş rengent aparatinda) sıx döş müayinə olunması.
    12)Yumurtalıq ya da rəhm xərçəngi hekayəsi olması.
    13) Elektromaqnetik sahələrinə və radiasiyaya davamlı məruz qalmaq.

    Döş xərçənginin əlamətləri nələrdir?

    1- Döşdə şişlik olması. Ümumiyyətlə ağrısız, sərt, hərəkət etdirilə bilən və ya yerindən oynamayan, zamanla böyüyə bilən kütlənin varlığı
    2- Döşnün ümumiyyətlə ölçüsündə və ya şəklində yaranan dəyişikliyin olması.
    3- Döş dərisində qızartı, bənövşəyilik, yara, damar genişləməsi, içəri doğru çöküntü, məşhur kiçik şişliklər, portağal qabığı görünüşü şəklində dəyişikliklərin meydana gəlməsi.
    4- Döş başı və ətrafında rəng dəyişikliyi, şəkil dəyişikliyi, döş başında genişləmə, düzləşmə, içəri çökmə, istiqamət dəyişdirmə, qabıqlanma, çatlaqların meydana gəlməsi, yaraların çıxması.
    5- Döş başından gələn qanlı və ya qansız axıntı.
    6- Qoltuq altında görülə bilən və ya əllə fərq edilən ağrılı ya da ağrısız şişliklərin varlığı.

    Döş xərçəngi inkişaf riski necə azaldılar?

    1- Hər ay döşlərinizi özünüz müayinə edin.
    2- Varsa risk faktorlarınızı təyin edin. Əgər bir risk faktorunuz varsa, necə izləniləcəyinizi öyrənin.
    3- İldə bir dəfə döş xəstəlikləri ilə məşğul olan bir cərraha müayinə olunun.
    4- 40 yaşından sonra 2 ildə bir dəfə, 50 yaşından sonra hər il nizamlı mamografi çəkdirin.
    5- Ola bildiyincə ideal kilonuzu qorumağa çalışın. Lifli qidalar, bol tərəvəz və meyvələrə üstünlük verin.
    6- Nizamlı idmanla məşğul olun.
    7- Siqaret çəkməyin, həddindən artıq spirtli içkidən qaçının.


    alıntı


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Prostat xərçənginin dərmanı
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 18.03.2012, 03:42
  2. Sinə Xərçənginin Yaratdığı Problemlər
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 15.10.2011, 12:17
  3. Prostat xərçənginin dərmanı
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 26.09.2011, 21:27
  4. Kolon Xərçənginin 8 Əlaməti
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 25.05.2011, 01:48
  5. Süd Vəzisi Xərçənginin Müalicəsi
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 16.04.2011, 04:02

copyright

Soru Cevap

grafimx