Sevgilinizi xallarına görə tanıyın

  1. üzdeki xallara göre insanı tanımaq - sevgi aleminde xalların menası




    Qədim təlimlərə görə xal, insanın şəxsi keyfiyyətlərini əks etdirən çox mühüm əlamətdir. Artıq min illər boyudur ki, Hindistanda və Tibetdə təbiətin bu nişanələrindən insan xarakterini müəyyən etmək, onunla bağlı həyati anları irəlicədən göstərmək, xal sahibinin seksual meyllərini aşkara çıxarmaq üçün istifadə edilir. Onların fikrincə xal, karmanın qoyduğu nişanələrdən başqa bir şey deyildir.

    Ən müxtəlif xalları olan insanlar üzərində çoxəsrlik müşahidələr göstərir ki, xallar, yeri, forması, ölçüsü və rəngindən asılı olaraq, xal sahibinin xarakteri və meylləri haqqında özündə müvafiq informasiya daşıyır. Bu baxımdan anadangəlmə xallar daha əhəmiyyətlidir. Xallara əsasən həyatınızı bağlamaq istədiyiniz insanın gizli meylləri haqqında mülahizə yürüdə bilərsiz.Əgər qadının sol yanağının aşağısında qırmızı xal varsa, uşaqlıq vaxtı onun qismətinə bir çox məhrumiyyət və əzablar düşür, lakin 13 yaşından sonra xoşbəxtlik, firavanlıq və şöhrət gözləyir. əgər xal qaradırsa, onun sahibi 40 yaşından sonra xoşbəx olacaq.

    Əgər xal qadının alnının ortasındadırsa, deməli onun pis və şıltaq xasiyyəti var, ətrafındakı adamlarla ümumi dil tapa bilmir və heç buna çalışmır da. əgər xal qırmızıdırsa, o həyat yoldaşı tərəfindən seviləcək.

    əgər xal qadının alnının sol tərəfindədirsə, deməli o, hörmət sahibidir və bu həmin insana böyük maddi gəlir və şöhrət gətirəcək.

    Əgər xal alının sağ tərəfindədirsə, bu, qadının səbatsızlığından, istənilən işi axıra çatdıra bilməməsindən xəbər verir.

    Əgər qadının gözünün ucunda qırmızı xal varsa, onun həyatı ağır keçəcək, onu bıçaq yarası və ya zorakı ölüm də gözləyə bilər. Əgər xal bir az aşağıda, almacıq sümüyünün üstündədirsə, o, orta səviyyədə yaşayacaq, nə çox varlı, nə də çox kasıb olacaq.

    Əgər qadının xalı dodağına yaxın yerdədirsə, o, hamı tərəfindən seviləcək və bu da ona həyatda müvəffəqiyyət gətirəcək. Sağ qulağının dibindəki xal qadını gözləyən güclü sarsıntıdan, həyəcan və əzablardan xəbər verir. Burnunun üstündə xalı olan qadın öz xoşbəxtliyini axtarmağa yollanacaq və əvvəl- axır buna nail olacaq.


    alıntı

     

     

    Ceylan - 22.04.2013 - 13:31



Benzer Konular

  1. Keçmiş sevgilinizi unutmağın 10 yolu
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 15.01.2013, 03:14
  2. Sevgilinizi bir Yemeğe Benzetirseniz....??
    Konuyu Açan: Pedaliza, Forum: Geyik Muhabbeti.
    Cevaplar: 115
    Son Mesaj : 22.12.2010, 21:41
  3. Sevgilinizi Korkutan Hareketler!
    Konuyu Açan: benaltay, Forum: Erkekler.
    Cevaplar: 7
    Son Mesaj : 03.10.2010, 22:46
  4. Sevgilinizi şaşırtmaya ne dersiniz
    Konuyu Açan: SU-PERISI, Forum: Bayan Modası.
    Cevaplar: 2
    Son Mesaj : 06.11.2008, 22:11

copyright

Soru Cevap