REKLAM




+ Konuyu Cevapla

Saçlarınızın tez uzanmasını istəyirsiniz?

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Saçların uzanması - Saçları üzatmaq üçün ne etmeli?




    Saçlarınız həm tez uzansın, həm yaxşı görünsün.

    Bir çox insanın başına gəlir ki, balaca bir sıxıntı zamanı saçlarını kəsdirir və ertəsi gün peşman olur. Amma kədərlənməyə dəyməz: Onsuza da kökü sizdədi. Ancaq bəzən təsəlli də fayda etmir.

    Saçlarınızı tez uzatmaq istəyirsinizsə bu bunlara nəzər salın…

    Hər şeydən əvvəl özünüzə yaxşı bir bərbər tapın və dərdinizi ona izah edin. Onu nizamlı şəkildə ziyarət edərək saçlarınızı uzatma müddətində uclarını aldırın. Çünki, qırıq saç uzansa da işinizə yaramaz.
    Yaxşı bir daraq əldə edin. Məsələn taxta daraq saçınız üçün plastik daraqlardan daha faydalıdır. Nəmləndirici kremdən də istifadə edə bilərsiniz.

    Duşa girmədən bir saat əvvəl saçlarınızın diblərini bibəriyə yağıyla masaj edin. Beləliklə saçlarınız daha yaxşı bəslənəcək. Saçlarınızı yuyarkən də masaj etməyə davam edin. Saç diblərinizi orta sərtlikdə masajla rahatlatın.

    Saçlarınıza sərt davranmayın. Saçlarınızı sərt bir şəkildə sürətlicə darasanız onları küsdürə bilərsiz. Gündə orta hesabla 70-150 tel saçın tökülməsi normaldır. Amma saçlarınızı sərt darasanız bu rəqəm arta bilər. Buna görə də saçlarınıza qarşı mümkün olduğu qədər yavaş və nəzakətli olun.

    Saçlarınızı möhkəm bir şəkildə bağlamayın. Saç rezinlərindən imtina edin. Əgər saçlarınız qıvrımdırsa sıx dişli daraqlardan uzaq durun. Saçlarınızın da vitaminə ehtiyacı olduğunu unutmayın. Saçlarınızı yumadan əvvəl mütləq darayın. Beləcə yuduqdan sonra itirəcəyiniz saçların sayını azaltmış olarsız.

    Həftədə bir gün bir yumurta, avacado yağı və zeytun yağından istifadə edərək hazırlayacağınız masaj yağını saçlarınıza tətbiq edin. Mümkünsə saç spreyi və geldən istifadə etməyin.

    Küləkli günlərdə saçlarınızı örtərək çox zədələnməsinə mane olun. Günəşli havada çox qalmaq da saçlarınız üçün yaxşı deyil. Buna görə də saçlarınızı zədələməyəcək papaqlardan istifadə edin.

    Saçlarınızı çox uzun müddət fenləməyin. Mümkünsə özbaşına qurumalarını gözləyin. Fenlə ən çox beş dəqiqə qurudun.
    Metal saç sancaqlarında mümkün olduğu qədər uzaq durun. Çünki bu sancaqlar saç diblərinizə zərərlidir.

    Saç düzləşdiriciləri saçlarınızın qurumasına səbəb olur. Ona görə də saç ütülərindən nə qədər az istifadə etsəniz saçlarınız üçün o qədər faydalıdır. Siz nə qədər yaxşı qulluq etsəniz, saçlarınız o qədər gözəl olar.

    Qan azlığı saçların ən böyük düşmənidir. Əgər orqanizminizdə dəmir çatışmazlığı varsa bunu yeməklərinizlə kompensasiya edin. Bunun üçün bol-bol dəmir tərkibli və C vitaminli mevvə və tərəvəz yeyin. Saç uzatmaq üçün vitamin və dərmanlardan istifadə etmık yerinə qidanıza diqqət etsəniz bu sisin üçün daha faydalı olar.

    Sürətli şəkildə arıqlamaq saçların tökülməsinə səbəb olar. Stress saçın ən böyük düşmənidir. Stressdən uzaq durmağa, çalışın. Siz nə qədər sağlam olsanız, saçlarınız da o qədər sağlam olar. Buna görə də, sağlamlığınıza diqqət edin.

    Yayda saçlar daha sürətli uzanır. Hormonlarla saçlar arasında birbaşa əlaqə var. Əgər saçlarınız uzanmır və durmadan tökülürsə mütləq bir mütəxəssisə müraciət edin.

    Əgər üzməyi sevirsinizsə hovuza girərkən başınızı bağlayın.

    Alıntı..


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Boşanmaq istəyirsiniz
    Konuyu Açan: BiR-DOST, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 03.11.2013, 18:30
  2. Siz də çox tərləyirsiniz?
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 09.02.2012, 14:08
  3. Arıq görünmək istəyirsiniz?
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 19.12.2011, 12:37
  4. Saçlarınızın uzanmasını istəyirsinizmi?
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 06.09.2011, 01:38
  5. Gülmək istəyirsiniz
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 2
    Son Mesaj : 10.05.2011, 13:48

copyright

Soru Cevap

grafimx