REKLAM




+ Konuyu Cevapla

Saça qulluq göstərmək üçün sizə bəzi tövsiyyələr

  1. Yazan: Sarsın
    No Avatar

    REKLAM


    Saça qulluq - saçlarımızı gözeleşdirek



    Par-par parıldayan gözəl və baxımlı saçlara sahib olmaq istəyirsizsə,əvvəl saçınızın xüsusiyyətini tanımalı və ona uyğun olaraq saçlarınıza qulluq göstərməlisiniz.Normal və sağlam saçlardan başqa üç müxtəlif saç tipi var: nazik və tez qırılan saçlar, yağlı saçlar, quru saçlar.

    1. Saçların ağarmasının qarşıçını almaq və saç dibini möhkəmləndirmək üçün bir ovuc sarmaşıq yarpağını 1 litr suda 10 dəqiqə qaynadın. Saçlarınızı şampunla yuduqdan sonra bu su ilə durulayın.

    2. Əgər saçlarınızın rənginə əlavə ton qatmaq istəyirsizsə,sarmaşıq yarpaqlarını qaynatdığınız suya 1 dəstə cəfəri atıb qaynadın və saçınızı bu su ilə durulayın.

    3. Kəpəklərdən xilas olmaq üçün qaynadılmış kərəviz suyu ilə başınızı yuyun.

    4. Saçlarınızın möhkəm və parlaq olmasını arzulayırsınızsa.saçınızı zeytun yağına batırıb,nəm olana kimi darayın.Yağın saçınızın dibinə keçməsi üçün başınıza bir dəsmal bağlayıb 1-2 saat gözləyin.Daha sonra başınızı uyğun bir şampunla yuyun

    5. saçınızın dibindəki qaşınmanın və quruluğun qarşısını almaq üçün saçınızı alma sirkəsi ilə yuyub 10 dəqiqə gözləyin və durulayın.

    6. Saçlarınızın asan daranması və elektriklənməməsi üçün spreyli bir şüşənin içinə az miqdarda saç kremi qoyub bir az su ilə qarışdırın,alınmış qarışığı saçlarınıza vurun.Saçlarınızın çox asan darandığını və elektriklənmədiyini görəcəksiniz.

    7. Kəpəksiz və tər-təmiz saçlara sahib olmaq üçün bir qaşıq balı yarım çay stəkanı suyun içində əritdikdən sonra barmaqlarınızla saçlarınızın diblərinə sürtün və durulayın.

    8. Hər gün yatmazdan əvvəl saçlarınızı yumşaq bir fırça ilə fırçalayaraq sadə şəkildə saç baxımı edə bilərsiniz.Həm gün boyu saçlarınıza toplanan tozları təmizləmiş, həm də saçlarınızı canlandırmış olacaqsınız.

    Saçların tökülməməsi üçün maska

    1 çay qaşığı kəklikotu yağı, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı hind
    qozu yağı, 1 çay qaşığı quru mayanı qarışdırın.Alınmış qarışığı saçlarınıza
    sürtüb, başınızı selofanla örtün və 2 saat gözləyin.Sonra isə ilıq su ilə yuyun.

    Kəpəkdən xilas olmaq üçün maska

    1 fincan mineral su, 1 xörək qaşığı alma sirkəsi, 1 xörək qaşığı
    çiçək tozu, 1 çay qaşığı dəniz duzunu qarışdırın,
    Alınan qarışığı saçınıza sürtüb 1 saat gözləyin və sonra yuyun.

    Yağlı saçlar üçün maska

    1 ədəd limonun rəndələnmiş qabığı, 1çay qaşığı xırda-xırda doğranmış cökə
    çubuğu ilə birlikdə yarım litr suda isidilir,sonra dəmə qoyulur.
    Dəmləndikdən sonra süzülür.Sonra 8 limonun suyu sıxılır və ona
    qatılaraq şüşə qabda 2 gün saxlanır.Saçlarınızı yuduqdan sonra
    təxminən 1 litr suya şüşədəki mayenin 1/8 hissəsini əlavə edərək durulayın.

    Quru və normal saçlar üçün maska

    1. Çörək maskası

    Qara çörəyin içini qaynar suda 2 saat saxlayın.
    Alınmış qarışığı saçlarınızın dibinə sürtün və 1 saat saxlayıb yuyun.

    2. Bal maskası

    1 xörək qaşığı bal, 1 xörək qaşığı aloe şirəsi və 1 ədəd yumurtanın
    sarısını qarışdırıb alınmış qarışığı saçınıza sürtüb 20 dəqiqə
    gözləyin.Sonra saçlarınızı ilıq su və şampunla yuyun.

    3. Yumurta maskası

    saçlarınızı ilıq su ilə isladın.Sonra 2 ədəd yumurtanı çalıb saçlarınıza
    sürtün. 5-10 dəqiqə saxladıqdan sonra başınızı ilıq su və şampunla yuyun


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Xəstəliklərdən qorunmaq üçün tövsiyyələr
    Konuyu Açan: Ağgul Laçınlı, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 28.09.2012, 18:31
  2. Zeytun yağı ilə saça qulluq
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 20.03.2012, 15:03
  3. Saça Qulluq üçün Məsləhətlər
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 21.01.2012, 10:41
  4. Saça Qulluq üçün Təbii Maska
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 19.01.2012, 19:13
  5. Saça Qulluq haqqında Bilməniz Lazım olan Herşey
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 12.10.2011, 11:00

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx