Dırnaqlara qulluq və maskalar

  1. Dırnaqlara qulluq - maskalar - dırnaq maskaları



    Kövrək dırnaqlar üçün vannalar

    Yarım stəkan bitki yağı, 5 damcı vitamin A və 3 damcı yodu qarışdır. Barmağın uclarını 20 dəqiqə həmin məhlulda saxla. Proseduru iki həftə ərzində hər gün təkrar etmək lazımdır. Qarışığı ev temperaturunda iki həftə saxlamaq olar.




    Dırnaqlar üçün qidalandırıcı maska
    3 çayqaşığı qidalandırıcı krem, vitamin A və D-nin 1/3-ni, vitamin E-nin isə 1 hissəsini yaxşı-yaxşı qarışdır. Alınmış həlimi dırnaqlara sürt. Maskanı sürtməmişdən əvvəl dırnaq lakını silməyi unutma! Prosedura 3 həftə ərzində hər gün edilməlidir.



    Dırnaqları uzun müddət parıltılı saxlamaq üçün Olar və Olmaz

    Parıltılı rəngdən istifadə etmək olar. Parıltının kiçik hissəcikləri rəngin yaxşı oturmasına kömək edir.
    Lak çəkməmişdən əvvəl (hətta dırnaqlar təmiz olsa belə), təmizləyicidən istifadə etməyi unutmaq olmaz.
    Dırnaq ətrafındakı əti təmizləmək olar. Bu zaman dırnaqlar daha həcmli görüntü alır.

    Dırnaqları ağartmaq üçün maska

    Qaralmış və ya saralmış dırnaqları ağartmaq üçün 1 ədəd limonu iki hissəyə ayır. Sonra ayrılmış hissələrlə dırnaqları 5 dəqiqə masay et. Bu prosedur dırnaqqırağı əti yumşaldır.



    Dırnaqlara qulluq maskalar ilə məhdudlaşmır. Onların yaxşı görünməsi üçün bir sıra tədbirlər görülməlidir:


    1. Qidanıza jelatinli məhsullar əlavə edin, məsələn, jele, marmelad və s. Həmçinin süd məhsulları, balıq və dəniz məmulatları, yaşıl tərəvəz və həb şəklində olan Vitamin N (biotin) qəbul edin.
    2. Gündəlik dırnaq ətrafında olan dərini barmaqlarınız və ya dəsmalla kənara çəkin. Onda onların kəsilməsinə ehtiyac yaranmayacaq.


    Çəhrayı rəngin 5 çaları

    1. Şaftalı rəngli dırnaq boyası dırnaqlara xüsusi zərif görüntü verir.
    2. Çəhrayı-bey rəng qarabuğdayı xanımların dırnaqlarında mükəmməl görünür.
    3. Açıq-çəhrayı rəng hər növ dırnaqlarda təravətli görünür. Bu dırnaq rəngi ağdərili xanımlarda daha effektli görünür.
    4. Rənginiz solğundur? Narahat olmağa dəyməz. Sadəcə olaraq, mat çəhrayı rəngə üstünlük verin.
    5. Qırmızımtıl-çəhrayı rəng daha çox sarımtıl dəriyə sahib olan xanımlara uyğun gəlir. Sınaqdan keçirməyə dəyər.

    Alıntı..

     

     

    Sarsın - 28.01.2012 - 01:55



Benzer Konular

  1. Dırnaqlara qulluq
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 22.10.2012, 11:44
  2. Dodaqlara qulluq üçün maskalar
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 17.10.2012, 02:44
  3. Möhkəm dırnaqlara sahib olmaq üçün qulluq
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 28.01.2012, 01:49
  4. Əllərə və dırnaqlara qulluq
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 24.12.2011, 03:47
  5. Dırnaqlara qulluq
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 14.03.2011, 23:46

copyright

Soru Cevap

grafimx