Bir oğlanın sevdiyini necə bilmək olar?

  1. Qadın dünyası - Sevgi - Oğlan sevisi - Oğlanın sevdisini bilmek yoları





    Kişilərin aşiq olub-olmadığını anlamaq əslində o qədər də çətin deyil. Onlar rəftar və davranışları ilə, söylədiyi sözlərlə aşiq olub-olmadıqlarını büruzə verirlər. Partnyorunuz sizə həqiqətən aşiqdirmi? Sizi ürəkdən sevirmi? Bunları anlamaq üçün aşağıdakıları oxuyaraq sevdiyiniz insanı özünüz test edə bilərsiniz.

    Kompliment deyər:
    Kişilər hər nə qədər "Mənim üçün daxili gözəllik əhəmiyyətlidir, fiziki dəyərlərə elə də çox əhəmiyyət vermirəm" desələr belə, mütləq xarici gözəlliyə baxarlar. Bir kişi aşiq olduğunu ilk olaraq sizi başdan aşağı süzərək müəyyən edər. Geyiminizə, makiyajınıza, üz xətlərinizə, çəkinizə, əl-ayaq baxımınıza, saçlarınıza, gözlərinizə… Qısacası, onun tərəfindən başdan sona fiziki bir imtahandan keçirilərsiniz. İmtahanın bitməsindən sonra "Nə gözəl gözlərin var", "Saçlarını çox bəyənirəm", "Mini ətək sənə çox yaraşır" kimi nəzakətli sözlərlə qarşılaşmağa başlarsınız. Sözün qısası, daxili gözəlliyiniz də olsun, amma yenə də siz hər vaxt gözəl və baxımlı olmağa cəhd göstərin.


    Sizi dinləyər:
    Əgər bir kişi sizdən xoşlandısa, səs tonunuzu, diksiyanızı, qısacası ona sözlərinizlə necə təsir edəcəyinizlə maraqlanar. Yanına gəlib sizinlə danışmaq və suallar vermək istəyər. Mümkün olduğu qədər ikinizin də xoşuna gələcək aktual mövzular tapmağa çalışın. Ondan soruşacağınız suallar həm özüylə maraqlandığınızı göstərəcək həm də onun nələrdən zövq aldığına dair sizə ipucları verəcək. Kişilər güldürən və ağıllı qızlardan xoşlanarlar.

    Fədakar olar:
    Əgər kişi sizdən xoşlanırsa, sizi qorumaq istəyər, məsələn, sıxlıq yerlərdə narahat olduğunuzu düşünsə, sizə görə mübahisəyə girə bilər. Sizə suallar soruşaraq ehtiyaclarınızı anlamağa çalışar. Sağlamlığınızın və kefinizin yerində olmasını hər kəsdən çox o istəyər. Sizi hər şərtdə qorumağa çalışıb kədərlənməməniz üçün əlindən gələni edər.

    Zaman ayırmanızı istər:
    Bir kişinin həyatda əhəmiyyət verdiyi şeylərdən biri də onunla maraqlanmaqdır. Qısacası, ona əhəmiyyət verməyinizi və onunla vaxt keçirməyinizi gözləyər. "Bu axşam nə edirsən?", "Kiminlə gedirsən?", "Səni evinə ötürməyimi istəyirsənmi?" kimi suallarla həyatınıza daxil olmağa çalışar. Onunla maraqlandığınız zaman xoşbəxt olar, ona vaxt ayırmadığınız zamanlarda isə qısqanclıq duyğuları ön plana çıxar.

    Hər halınızla sizi gözəl görər:
    Əlbəttə ki, saçlarınız qaydasında olduğu və parladığı zaman sizə kompliment deməsini təbii qarşılaya bilərsiniz. Yataqdan qalxdığınız andan gecə yatana qədər keçən hər saniyənizdə istər baxımlı görünmək üçün pul xərcləyin, istərsə də ən təbii halınızla, makiyaj belə etmədən gəzin,

    siz onun üçün yenə də gözəl olacaqsınız. Bu vəziyyətdə gözü sizdən başqasını görməyəcək.

    Prioritet sizsiniz:
    Siz onun üçün hər şeydən öncə gəlirsiniz. Soyuq bir yerdə sizdən başqa üşüyən biri varsa, pencəyini əvvəl sizə verər, xəstə olduğunuz zaman işinə getmək əvəzinə əvvəl sizi ziyarət edər, həftə sonlarını ailəsiylə keçirmək yerinə sizinlə keçirməyə çalışar. Çünki siz onun həyatının dəyərisiniz.

    Alıntı..

     

     

    Sarsın - 09.09.2011 - 06:36



Benzer Konular

  1. Röya daha bir oğlanın başını yudu
    Konuyu Açan: Ceylan, Forum: Show Biznes.
    Cevaplar: 0
    Son Mesaj : 01.04.2013, 09:17
  2. Can Oğlanın Hikayesi Masalı
    Konuyu Açan: AĞRAZ, Forum: Hikayeler ve Masallar.
    Cevaplar: 0
    Son Mesaj : 07.02.2013, 15:22
  3. sevgi - sevdiyini nece anliya bilirsin
    Konuyu Açan: Kayıtsız Üye, Forum: Soru - Cevap.
    Cevaplar: 1
    Son Mesaj : 14.12.2010, 01:12
  4. Qarşındakı insanın səni sevdiyini necə anlayarsan
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 14.12.2010, 01:11
  5. Qız ilə oğlanın dostluq münasibəti
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 29.01.2010, 14:06

copyright

Soru Cevap