REKLAM




+ Konuyu Cevapla

Təqvim üsulu ilə hamiləlikdən qorunma

  1. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    Təqvim üsulu ilə qorunmaq, yəni "ən təhlükəli" günləri hesablayaraq hamiləlikdən qorunmağa çalışmaq, bilinən ən köhnə qorunma üsullarından biridir. Bir çox cütlüklər hələ də bu üsuldan istifadə edir.

    Təqvim üsulu ən sadə və ən ucuz qorunma üsulu olmaqla yanaşı hamiləlikdən qoruyuculuğu əlbəttə doğum həbləri, iynələri, spiral kimi üsullara görə çox daha aşağıdır. Nümunə olaraq vermək lazım olsa qoruyucu həblərdəni istifadə edən 1000 qadından, bir il içində təkcə birində hamiləlik meydana gəlirsə, təqvim üsuluyla qorunan 100 qadından bir il içində ortalama 25ində hamiləlik meydana gəlməkdədir.

    Üsulun iş prinsipi

    Qadının hamiləliyə ən əlverişli günləri yumurtlamanın olduğu gün və bundan əvvəlki üç gündür. Spermalar üç gün boyunca genital kanalda gözləyə bilər və yumurtlama sonrası ilk 12-24 saatda döllənməsi lazım olan yumurta hüceyrəsinə çatıb, onu dölləyərək hamiləliyi başlada bilərlər.

    Qadında yumurtlamanın olacağı günü hesablamaq üçün aşağıdakı üsulu istifadə edilər:

    -Bir adətin ilk günü ilə sonrakı adətin ilk günü arasındakı müddət qadının adət dövrüdür (çox qadında bu müddət 28 gündür). Bu müddət hesablandıqdan sonra olan rəqəmdən 14 gün çıxarılır və bu şəkildə ortaya çıxan rəqəm bizə adətin birinci günündən etibarən hesablanmaq şərtiylə yumurtlamanın olacağı tarixi verir. Nümunə olaraq adət dövrü 31 gün olan bir qadında 31-14=17 deməli, qadının yumurtlama günü adətin ilk günündən başlanaraq saymaq üzrə 17-ci gündür.

    Bu tarixdən 5 gün əvvəli və 2 gün sonrası qadının hamilə qalmağa ən əlverişli olduğu günlər olaraq qəbul edilir. Bu günlər içində ya əlaqədən qaçınmaq ya da tam qoruyucu olmasa da prezervativ kimi hamiləliyi önləyəcək bir üsul istifadə etmək lazımdır.

    İntəhası bir əmması var ki,

    Təqvim üsulu, qadının adətlərinin hər vaxt nizamlı olduğunu və təyin olunan riskli dövrlər xaricində yumurta hüceyrəsi ilə spermaların qarşılaşma ehtimallarının olduqca aşağı olduğunu fərz edər. Halbuki qadın fiziologiyası olduqca kompleksdir və normalda adət dövrünün 17-ci günü yumurtlama olan bir qadında hər hansı bir zamanda bu tarix bir neçə gün geriyə və bir neçə gün irəliyə gedə bilər.Təqvim üsulunun tam olaraq müvəffəqiyyətli ola bilməməsinin ən əhəmiyyətli səbəblərindən biri budur. Adətləri tamamilə nizamlı olsa da bir qadında yumurtlamanın hər ay eyni günə bərabər gələcəyinin zəmanəti yoxdur.

    Qadın nəzəri olaraq adət dövrünün hər günündə hamilə qala bilər. Adət görülən günlərdə və adətdən dərhal bir neçə gün əvvəlindəki günlərdə hamilə qalma ehtimalı olduqca aşağı olmaqla birlikdə bu ehtimal heç bir zaman sıfır deyil.

    Təqvim üsulundan istifadə olunacaqsa bütün bu yazılanlar nəzərə alınmalıdır.


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Hamiləlikdə nə yeməli
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 14.11.2012, 14:56
  2. Hamiləlikdə İlk Üç Ay
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 24.04.2012, 11:02
  3. Hamiləlikdə Son Üç Ay
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 24.04.2012, 11:01
  4. Hamilə qalmaq üçün Təqvim Üsulu
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 07.04.2012, 10:58
  5. Hamiləlikdə çəki nəzarəti
    Konuyu Açan: AYIŞIĞI, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 16.11.2010, 17:03

copyright

Soru Cevap

grafimx