Üz və Saç üçün maskalar

  1. Üz və Saç üçün maskalar



    Gözəlliyi uzun müddət qorumaq, vaxtından əvvəl qırışların əmələ gəlməsinin qarşısını almaq üçün dəriyə qulluq vacibdir.

    Üz dərisi üçün maskalar adətən gözlərin ətrafından savayı bütün üzün dərisinə çəkilir. Maska 10-15 dəqiqə saxlanılır. Bu zaman uzanmaq, ayaqları bir qədər hündürə qoymaq məsləhətdir. Qidalandırıcı maskalardan öncə dərini təmizləmək lazımdır. Bunun üçün müxtəlif skrablardan və ya təbii vasitələrdən (limon şirəsi və s.) istifadə etmək olar. Yağlı maskalar yuyulduqdan sonra üzdə qalan nazik yağ təbəqəsi üz salfeti vasitəsilə silinir. Bal, yumurta ilə hazırlanan maskalar ilıq su ilə yuyulur, yuyulduqdan sonra üzə krem çəkilir.

    Quru dəri üçün qidalandırıcı maskalar:

    1 çay qaşığı xama + 1 çay qaşığı bal + 0.5 çay qaşığı əzilmiş güləm və ya çiçək tozu qarışdırılır. Üzə çəkilib 15 dəqiqə saxlanılır. Həftədə 1-2 dəfə qoyulur. Bu maska həm də cavanlaşdırıcı təsir göstərir.

    2 yumurtanın ağı tam ağ köpük alınana qədər çalınır, üzərinə 10 damcı limon şirəsi və 1 xörək qaşığı bal (əgər xarlanıbsa bir qədər isidilib) əlavə edilir. Qarışdırılıb maska qoyulur.

    1 yumurtanın sarısı + 1 xörək qaşığı mayonez qarışdırılır. Üzə bitki yağı çəkilir, üzərindən isə bu maska çəkilir.

    Baldan hazırlanan maskalar istənilən dəriyə yaxşı təsir göstərir. Əks göstərişlər - qan damarlarının səthi yerləşməsi və allergiyadır.

    Yağlı dəri üçün maskalar:

    Öncə dərini təmizləmək lazımdır. Yağlı dərini su və limon şirəsi ilə təmizləmək olar. Bunun üçün adi limon dilimini üzə sürtməklə də sifəti təmizləmək olar.

    Bundan başqa yağlı dərini təmizləmək üçün Nanə dəmləməsindən də istifadə edə bilərsiniz. 1 çay qaşığı nanə qurusunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Hazırlanmış dəmləmə ilə səhərlər üz təmizlənir.

    Yağlı dəri üçün maskalar dərinin yağlılığını azaldır və iltihab əleyhinə təsir göstərir:

    1 x. qaşığı prisıpka + 3%-li hidrogen-peroksid(perekis) və ya yağsız süd qarışdırılır. Dərinin yağlı nahiyələrinə çəkilir.

    Sürtgəcdən keçirilmiş çiy kartof yağlı dəriyə yaxşı təsir göstərir.

    1 ədəd çiy kartof sürtgəcin xırda gözündən keçirdilir, üzərinə çalınmış yumurta ağı və 2-3 çay qaşığı yulaf unu əlavə olunur. Xamayabənzər kütlə alınana qədər qarışdırılır. Üzə çəkilir.

    Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.

    Cavanlaşdırıcı maskalar:

    1 almanın yarısı əzilir + 1 yumurta sarısı + 1 x. qaşığı bal + 1 x. qaşığı alma sirkəsi + 1 çay qaşığı B qrup vitamin tozu + 1 çay qaşığı Askorbin turşusu (Vitamin C) qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. İstənilən tipli dəridə istifadə etmək olar.

    100 qr bal su hamamında qızdırılır, üzərinə tədricən 50 ml araq əlavə edilir. Pambıqla üzə çəkilir və 10-15 dəq saxlanılır.

    Saç üçün maskalar:

    1 x. qaşığı sürtgəcdən keçirilmiş çiy soğan + 1 x. qaşığı gənəgərçək yağı + 1 x. qaşığı bal + 1 yumurta sarısı yaxşı qarışdırılır. Alınmış qarışıq saçların dibinə yaxılıb bərk sarınır. 1-2 saat saxlanılıb yuyulur.

    30 qr quru xırdalanmış çobanyastığı çiçəyi (ramaşka) üzərinə 100 qr qaynar su əlavə edilib dəmlənilir. Dəm 30-40 dəq saxlanılıb soyudulur. Süzülüb 1 desert qaşığı bal əlavə edilir. Saçları yuduqdan sonra dəsmalla bir az qurudulub alınan məhlulla saçların dibi isladılır. Yarım saatdan sonra ilıq su ilə yuyulur. Quru saçlarda 10-12 gündən bir, yağlı saçlarda 6-7 gündən bir təkrarlanır.

     

     

    Sarsın - 10.03.2011 - 04:53
  2. anladığım kadarıyla etkili bir karışım

     

     

    lena mayer - 11.06.2011 - 20:00



Benzer Konular

  1. Saç üçün maskalar
    Konuyu Açan: BiR-DOST, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 10.10.2013, 22:31
  2. Saç üçün maskalar
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 20.10.2012, 01:11
  3. Üz və bədən üçün maskalar
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 14.09.2011, 14:51
  4. Mükəmməl dəri üçün maskalar
    Konuyu Açan: Lady_rap, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 20.07.2010, 18:26
  5. Üz ücün Maskalar
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 11.06.2010, 02:05

copyright

Soru Cevap