Saç Tökülməsinin Tibbi Müalicə Yolları

  1. Saç Tökülməsinin Müalicəsi - Saç Tökülməsinin Sebepləri - Saç Tökülməsinin Səbəbləri və Müalicə Yolları - Aynur Qurbanqızının Kitabı



    Saç tökülməsinin müalicəsi ilə bağlı "Xəzər" klinikasinin trixoloq həkimi Həmid Mustafayevin məsləhətləri:
    "Adi saç tökülmələri əksər hallarda vitamin çatışmamazlığından olur. Bu, həmçinin ən çox hamiləlik sonrakı dövrlərdə özünü büruzə verir. Hamiləlik zamanı orqanizmdəki bütün zəifliklər güclü şəkildə üzə çıxır. Bədənindəki bütün vitaminləri körpəsinə verən ananın saçları tökülür, rəngi solur, dərisinə ləkə düşür, quruyur və s. Bunun üçün müalicə iki istiqamətdə davam etməlidir. Biri dərmanla, biri də təbii üsullarla. Yəni ciddi saç tökülməsinə səbəb olan daxili xəstəliklərini müalicəsi və saç dibinin xüsusi qidalandırmaqla. Əvvəlcə xəstələrə vitamin preparatları təyin olunur, eyni zamanda saç dibi də xüsusi maskalarla qidalandırılır.

    Bu maskalardan bir neçəsini misal çəkə bilərəm. Aptekdən alınmış A, E vitamin yağlarının üzərinə gənəgərçək yağı, yumurta sarısı əlavə edib qarışdırın və saç dibinə yaxın. Və yaxud limon şirəsi ilə qatığı qarışdırıb maska edə bilərsiniz. Yumurta sarısı ilə 10 qr spirtin qarışığı da effektli maskalardan biri sayılır. Bu qidalandırıcı maskaları həftədə 3 dəfə saç dibinə masac edə-edə yaxıb, yarım saat saxlasanız saç tökülməsinin qabağını almış olarsınız. Eyni zamanda təbii şirələrdən də istifadə edə bilərsiniz. Meyvə və tərəvəz şirələrini, o cümlədən kələm şirəsini saçınıza çəkib 20 dəqiqə saxlayın və sonra yuyun. Müsbət nəticəsini tezliklə hiss edəcəksiniz.

    Adətən xanımlar tək saç tökülməsindən yox, həm də qaşlarının seyrəkliyindən şikayət edirlər. Qaşları qalınlaşdırmaq üçün saçla bərabər, bu maska və yağ qarışıqlarını qaşa da vurmaq lazımdır. Qeyd edim ki, el arasında sarımsağın saç tökülməsinin qarşısını almaqda ən güclü vasitə hesab edirlər. Əslində bu belə deyil. Sarırsaq o zaman effektli olur ki, digər qidalandırıcı maskalarla bərabər işlədilsin. Belə ki, sarımsaq saç dibini qıcıqlandırır, qan dövranını yaxşılaşdırır. Amma baş dərisində saç follikullarını qidalandıran mikroelementlər, vitaminlər yoxdursa, bu qıcıqlanmanın xeyri olmayacaq. Qidalandırma üçün ən yaxşı vasitə vitaminlərlə zəngin olan yumurta sarısıdır.

    Saç tökülməsi əsasən sinir sistemi ilə bağlı olduğu üçün hər şeyə əsəbləşməmək, stress yaradacaq insanlardan və ya yerlərdən uzaq olmağa çalışmaq lazımdır. İmtahan zamanı abuturiyentlərin keçirdiyi həyacanın, stressin ziyanlı təsiri saçlardan da yan keçmir. O cümlədən həddindən artıq komputerin qabağında oturmaq da saçı tökür, eyni zamanda dəridə ağ ləkələr də əmələ gələ bilər. Bəzən də saç tökülməsi irsi olur. Bu zaman onun qabağını tamam almaq olmur. Sadəcə saç tökülmə prosesinin yavaşıdılmasına çalışırıq".

    Mənbə: Aynur Qurbanqızı "Saç tökülməsinin səbəbləri və müalicə yolları" kitabı (qisadılmış variantda)

     

     

    Lady_rap - 25.09.2010 - 20:30



Benzer Konular

  1. Saç tökülməsinin Maneə törədən Baxım Müalicəsi
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 18.04.2012, 10:38
  2. Saç tökülməsinin Müalicəsi
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 23.01.2012, 17:32
  3. Saç tökülməsinin Səbəbləri
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 03.12.2011, 17:47
  4. Saç tökülməsinin Səbəbləri və Müalicəsi
    Konuyu Açan: Nerissa-Su, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 21.11.2011, 20:08
  5. Saç tökülməsinin tibbi müalicə yolları
    Konuyu Açan: AYIŞIĞI, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 15.10.2010, 01:04

copyright

Soru Cevap