Usaqlarin Cinsi Tərbiyəsi

  1. Register


    Bəzən biz valideynlər uşaqlarımız tərəfindən verilən belə bir sualla üzləşirik:
    "Ana,mən dunyaya necə gəldim?". Bu sualı uşağınıza necə cavablandırmaq lazım olduğunu bilirsinizmi?


    Qeyd edim ki,uşaqların bu tipli suallarını necə cavablandırmaqda aciz qalan bəzi valideynlər "Səni xəstəxanadan almışıq","Hədiiyə veriblər","Meşədən tapmışıq" və ya bir az yumor hissi ilə olanlar"Zibilxanadan tapmışıq"(təəssüf ki,valideynlərin belə cavablarına rast gəlmişəm) və s. kimi cavablandırmadan istifadə edirlər.Belə cavablar özlərini tanımağa başlayan uşaqlar üçün çox ciddi əhəmiyyət daşıyır.Axı onlara çox maraqlıdır dünyaya hardan gəliblər,necə gəliblər,cavab axtarırlar.
    Hər bir insanın cinsi tərbiyəsi ailədə başlanmalıdır. Çünki cinsi tərbiyə daha uşaq 3-4 yaş ikən başlamalıdır. Uşaq ana-atasına soruşduğu suallara cavab ala bilməyincə şübhələr,qorxular və cinsi biliksizlik içərisində qalır.
    Cinsi tərbiyə,bəzilərinin zənn etdiyi kimi cinsi pozaların və ya cinsi əlaqə növlərinin öyrədilməsi deyildir. Cinsi tərbiyə uşaqlara 3 mərhələdə öyrədilməlidir:

    1.Ailə tərəfindən kiçik yaşlı uşaqlara evdə verilən cinsi tərbiyə:

    Bu tərbiyədə ata-ananın rolu xüsusilə vacibdir.Danışmağa başlayan uşaqların cinsəlliklə bağlı ilk soruşduqları sual onların cinsi orqanları ilə bağlı olur.Belə sullara cavab vererkən ata və ana ən əvvəl ciddiləşməməli,uşağa üz ifadəsini dəyişməməli,yalan cavab verməməlidir.Kiçik yaşlı uşaqların belə suallarını da "Bu nədir?","Gəmi niyə dənizdə üzür?","Təyyarə niyə havaya qalxır?","Quşlar niyə uçur?" kimi suallar kimi qəbul etmək lazımdır.Unutmayın ki,onların sualları gerçək maraqdan meydana gəlir.Ata-analar bu cür suallar qarşısında çəkinmədən vücüdun digər orqanlarını(əllər,ayaqlar,gözlər,burun) anlatdıqları şəkildə izah etməlidirlər.Bəzi valideynlər belə hallarda uşağa "Ayıbdır" kəliməsi ilə reaksiya verirlər.Mütəxəssislərə görə "Ayıb" kəliməsi tərs təsir yaradaraq uşağın soruşduğu suallar haqqında daha çox marağına səbəb olur.(Kiçik yaşlı uşaqlardan söhbət gedir)



    2.İbtidai məktəb dövründə verilən cinsi tərbiyə:

    Bu dövrdə valideynlərin tərbiyəsi ilə yanaşı müəllimlərin tərbiyəsi də əhəmiyyət daşıyır.Qız və oğlan uşaqları bədənlərini bu yaş mərhələsində daha yaxşı öyrəndikləri üçün onlarla cinsi tərbiyə daha diqqətli aparılmalıdır.Bəzən kiçik yaşlı oğlan və qızlarda aşiq olma,evlənmə xəyalları qurma kimi hallar meydana gələ bilər.Onlar sinifdə birinə aşiq olduğunu söyləməkdən çəkinməzlər.Sinifdə hər hansı bir uşağın anasının hamilə olması,ailəyə yeni bir körpənin gəlməsi "Körpələr hardan gəlir?"sualını yenə də doğura bilər.Bu durumda müəllimlər və valideynlər cinsi suallara qarşı daha diqqətli olmalı,uşağın maraq etdiyi qədərdə cavablandırmalıdırlar,artığa gərək yoxdur.

    UŞAQLARIN CİNSİ TƏRBİYƏSİ


    3.Orta təhsil dövründə verilən cinsi tərbiyə:

    Uşaqlıqdan gəncliyə keçən uşaqlara veriləcək cinsi məlumatlar üçün ilk deyilə biləcək məsələ, ana-ata və müəllimin verəcəyi məlumatların ziddiyyətli olmamasıdır.Cinsilik mövzularında uşaqlar səhv istiqamətləndirilməməlidirlər. Onlara bir şeylər öyrətmədən əvvəl səbirlə dinləmək lazımdır.Bundan başqa, sevilməyən, əhəmiyyət verilməyən, laqeydlik edilən uşaqların irəlidə cinsi və digər əlaqələrdə özlərini rahat hiss etməyəcəkləri unudulmamalıdır.Texnik olaraq orta məktəblərdə bir sıra fənnlərdə cinsi birləşmə,törəmə kimi materiallar detallı şəkildə şagirdlərə öyrədilir.Bu fənnləri tədris edən müəllimlər xüsusilə AIDS kimi cinsi birləşmə ilə bulaşan xəstəliklərə diqqət çəkməyi də unutmamalıdırlar.Gənclərə zöhrəvi xəstəliklər və hamiləliyin önlənməsi üsulları mütləq öyrədilməlidir. Əldə edilmiş təcrübələrdən faydalanılmalıdır.13-14 yaşlı uşaqlara cinsi birləşmənin onlar üçün erkən olduğu başa salınmalı,içində olduqları cəmiyyətin dəyər mühakimələrini də qəbul etdirməli, onlara altından qalxa bilməyəcəkləri əlaqələrdən qaçınmaları izah edilməlidir.

    Sonda sizlərə mövzu ilə bağlı iki lətifə:
    1.
    ---Uşaq evə gəlir və soruşur:
    --- Ana,məni sizə leyləklər gətirib?
    Ana cavab verir:
    ---Bəli,səni leyləklər gətirib.
    Uşaq da belə cavab verir:
    --- Hmm,Leyləklərdən xoşlanma kimi bir zövqünün olduğunu bilmirdim.Deməli,atamı leyləklə aldatmısan?`

    2.

    Məktəbdən verilən "Uşaqların dünyaya necə gəlməsi haqqında" yazıya cavab hazırlayan uşaq əvvəlcə atası ilə sual-cavab başlayır:
    -Ata,mən dünyaya necə gəlmişəm?
    Ata cavab verir:
    -Səni leyləklər gətridi,biz də sevindik və xoşbəxt olduq.
    Ona lazım olan cavabı almayan uşaq bu dəfə babasının yanına gedir və soruşur:
    -Baba,mən dünyaya necə gəldim?
    Baba cavab verir:
    -Səni zibilxanada tapdıq.Axşam zibil atmağa getmişdim,birdən bir səs eşitdim.Yaxınlaçıb baxanda səni səbətin içində ağlayan gördüm,götürüb evimizə gətirdik.
    Bu cavabdan yenə məmnun qalmayan uşaq bu dəfə daha böyük babasının yanına gedir və soruşur:
    -Dədə,mən dünyaya necə gəldim?
    Dədə də belə cavab verir:
    -Bir gün çox yağış yağmışdı,məhəlləmizi sel basdı.Sürətlə axan sel suyun üstündə bizə doğru bir qutu gətirdi,qutunu açdıq,içindən sən çıxdın.
    Aldığı cavabları yetərli görməyən uşaq çarəsiz qalıb cavab yazısında bunları yazır:
    -Hörmətli müəllimim,bizim ailədə son 3 nəsildir normal dünyaya gəlmə hadisəsi olmadığına görə bu suala cavab yaza bilməyəcəm. wink wink wink


    Odur ki,əziz valideynlər,uşaqlarınızla dürüst olun...

    Mənbə: Dr.Necla Tuzcuoğlu və Dr.Semai Tuzcuoğlu"Çocuğun cinsel eğitimi" kitabından...

     

     

    Leyl-i Lal - 24.06.2010 - 15:05



Benzer Konular

  1. Tərbiyənin iki Forması
    Konuyu Açan: BiR-DOST, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 22.10.2013, 20:56
  2. Tərbiyəli Kərəviz-1
    Konuyu Açan: Nerissa-Su, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 16.12.2011, 15:15
  3. Tərbiyəli Tərəvəz qızartması
    Konuyu Açan: Nerissa-Su, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 16.12.2011, 15:13
  4. Nənə və babanın nəvə tərbiyəsi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 25.05.2011, 01:23
  5. Uşağı necə tərbiyə etməli
    Konuyu Açan: Lady_rap, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 19.07.2010, 16:06

copyright

Soru Cevap