Kremi üzə düzgün çəkmək qaydasi



  1. Üzə qulluğun ən vacib amillərindən biri dəriyə müxtəlif tip kremlərin çəkilməsidir. Amma öncə kremdən düzgün istifadə və onu dəriyə çəkmək qaydasını öyrənməyiniz lazımdır. Yalnız bu zaman krem dərinizə daha effektli təsir göstərəcək.

    Kremi nə vaxt çəkməli?
    Sifətə kremi yuyunduqdan dərhal sonra, dəri hələ nəm ikən çəkmək lazımdır. Bu vaxt krem dəriyə yaxşı hopur və dərinin dartılması kimi xoşagəlməz hisslər yaranmır. Kremi götürüb barmaq uclarının yüngül hərəkəti ilə üzə yaxırlar.

    Kremi alının ortasından başlayıb gicgahlara doğru sürtürlər. Gözlərin ətrafına kremi burun tərəfdən başlayıb qaşlar boyu, göz altına isə xaricdən başlayıb buruna doğru çəkirlər.

    Buruna isə kremi üstdən başlayıb aşağıya və yanlara doğru hərəkət etməklə çəkirlər.



    Yanaqlara kremi əvvəl burun-dodaq büküyündən, sonra ağızın künclərindən gicgahlara və çənənin ortasından başlayıb qulaqlara doğru getməklə çəkmək lazımdır.

    Dodaqların ətrafına krem sağ əlin orta barmağı ilə ağızın sağ küncündən başlayaraq sürtülür.

    Çənəyə qoyulmuş az miqdarda krem ovucun içi ilə çəkilir.

    Buxağa və boyuna krem hər iki əlin barmaqları ilə qulaqlardan körpucük sümüyünə doğru sürtülür.

    Sifətə krem çəkildikdən sonra barmaqların ucu ilə astaca döyəcləməklə (piano çalar kimi) dəriyə hopdurulur.

     

     

    Leyl-i Lal - 12.05.2010 - 20:46



Benzer Konular

  1. Düzgün makiyaj
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 26.05.2012, 12:56
  2. Təbii şirələrdən düzgün istifadə
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 24.02.2012, 18:53
  3. Pizza xəmirinin hazırlanma qaydasi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Mətbəxi.
    Cevaplar: 0
    Son Mesaj : 29.04.2010, 14:12
  4. Volkan Düzgün
    Konuyu Açan: Nerissa-Su, Forum: Sporcular.
    Cevaplar: 0
    Son Mesaj : 13.11.2009, 02:58
  5. Düzgün TV Türksat
    Konuyu Açan: YoRGun-ŞaiR, Forum: Frekanslar.
    Cevaplar: 0
    Son Mesaj : 26.10.2008, 12:58

copyright

Soru Cevap

grafimx