REKLAM




+ Konuyu Cevapla

Yenidoğulmuşların qidalanması

  1. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    Register


    Uşaqların qidalanmasında həmişə bir çox çətinliklərlə qarşılaşırıq. Qidanın hansı miqdarda və nə vaxt qəbul olunması kimi sualların cavabını tapmaq çətindir. İnsanlarda aclıq və toxluq hissləri bir-birini tamamlayan ardıcıl proseslərdir. Uşaqları müəyyən müddət ac saxladıqda onlarda yaşama qabilliyyəti azalır, boyun və çəkinin artımı ləngiyir və hətta geri qalır.

    Yenidoğulmuşların qidalanması.


    Bu yaşda uşaqlar daha çox təbii məhsullarla qidalanmalıdır. Uşaqlar üçün ana südündən daha qiymətli məhsul tapmaq çətin olar. Körpələrin belə qidalanması təbii qidalanma adlanır. Bir neçə əsas məqamı qeyd edək.
    Ana südünün ilk damcısı –moloziva-nın tərkibində immun sistemi fəallaşdıran və qidalanmanı normallaşdıran maddələr var. Ona görə də süd vermə nə qədər tez başlansa, bir o qədər yaxşıdır.Bir çox doğum evlərində ilk dəfə ikinci,üçüncü sutkada süd verilir,bu ananın yorğunluğu,körpənin çox zəif olması və s.ilə əlaqədardır.Bu problemi xəstəxanadakı pediatrla söhbət əsasında həll etmək olar.

    Əgər ana südü yoxdursa və ya miqdarı azdırsa, süni süd qatışıqlarından istifadə olunur.Bu qarışıqların bir çox üstünlükləri var-hazırlanması çox rahatdır,tərkibində lazım olan miqdarda vitaminlər, mikroelementlər, mineral duzlar var və bu keyfiyyətlərinə görə inək südündən də üstündür.


    Gün ərzində süd vermənin sayı ən çox müzakirə olunan mövzudur.Son zamanlar sərbəst miqdarda qəbula üstünlük verilir.Yəni ki, körpə ac olanda qida qəbul etməlidir. Fiziolji baxımdan isə yatanda onu süd vermək üçün oyatmaq və ya aclıqdan ağlayanda vaxtı deyil deyə yedizdirməmək düzgün deyil. Qidalanmada bioritm mövcuddur və bu hava şəraitindən, günün vaxtlarından ,ana südünün keyfiyyətindən və digər faktorlardan asılı olaraq dəyişir.

    Prikorm-körpənin həyatının birinci ilində ana südünə və ya süd qatışıqlarına əlavə olunan məhsullardır .Həyatının müəyyən vaxtlarında ana südünün tərkibindəki maddələr inkişafını tam təmin edə bilmir, buna görə də ana südünə əlavələrə ehtiyac olur.Artıq birinci aydan alma şirəsi, 4-cü aydan isə tərəvəz həlimindən istifadə etmək olar. 5-ci aydan süd turşulu məhsullardan, kəsmik, südlü sıyıqlardan istifadə mümkündür. Lakin süd dişləri çıxmadan şorbalar,tərəvəz və meyvə pürelərin, həlimlərin verilməsi düzgün deyil Prikormların tez, vaxtından qabaq qəbulundan da heç bir fayda yoxdur.


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Körpənin düzgün qidalanması
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 27.05.2012, 23:22

copyright

Soru Cevap

grafimx