REKLAM




+ Konuyu Cevapla

Uşaqlara iki dilin eyni anda öyrədilməsi

  1. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    Register

    Yəqin ki,bəzən sizdə sual yaranır ki: "Görəsən mənim evladım xarici dili necə öyrənəcək? "və ya "görəsən o,balaca yaşında eyni zamanda iki dil öyrənə bilərmi?"
    Bu suallar valideynlərdən başqa,müəllimləri və alimləri də çoxdandır ki, maraqlandırır.
    Bu suallarla bağlı bəzi məsləhətlər Sizə də maraqlı olacaqdır.
    Uşaqların öz dillərini inkişaf etdirməsi üçün, nələrə ehtiyacları var?

    Uşaqlar eyni zamanda fərqli dilləri rahatlıqla öyrənə bilərlər

    Əgər evladınız iki fərqli dilli böyüyürsə(məsələn,evdə ana dili,uşaq baxçasında, məktəbdə ingilis və ya alman və ya rus dili), bu onun üçün gələcəkdə böyük şansdır.
    Tədqiqatlar göstərir ki, valideynləri tərəfindən dəstəkləndiyi zaman uşaqlar eyni zamanda, iki və ya üç dili rahatlıqla mənimsəyə bilirlər.
    Əsasən balaca uşaqlar üçün ailə üzvləri arasındakı danışıqların dəqiq qaydada aparılması çox vacibdir.

    Uşaq baxçası evladınız üçün bir şansdır

    Uşaq baxçasında evladınız,gələcəkdə məktəb çağı üçün çox vacib olan dil inkişafına sahib olur.Bu səbəbdən evladınızın 3 yaşından etibarən uşaq baxçasında getməsi ona böyük bir dəstək ola bilər
    Uşaq baxçasında tərbiyəçilər müxtəlif dil öyrədən oyunlar,mahnılar,şerlər və kitablar vasitəsilə uşaqlarda ana dili və xarici dili mənimsəmə alışqanlıqlarını inkişaf etdirilər.

    Evladınızla hansı dildə danışırsınız?

    Bəzən valideynlər evladlarına xarici dil öyrənsinlər deyə özlərinin bildiyi şəkildə onlarla xarici dildə danışmağa səy göstərirlər.Bu yanlışdır.
    Ən yaxşısı valideynin bildiyi və rahat danışdığı dildə ,yəni ana dilində danışması daha məqsədə uyğundur.Çünki,bu dildə valideyn bütün sözləri bilir və cümlələri rahatlıqla qura bilir.
    Beləliklə,evladınız dil üçün lazım olan əsas təmələ sahib olur.Əgər evladınıza ikinci bir dili öyrətmək məqsədiniz varsa, bunun üçün xüsusi tərbiyəçilərin köməyindən faydalanmalısınız.



    Evladınızın dilinin inkişafı üçün nə edə bilərsiniz?

    Bir uşaqla dil məşqi etmək mümkün deyil.Dil uşaqlarda davamlı danışaraq və dinləyərək inkişaf edər.Belə ki,kitablardakı rəsmlərə baxdığı zaman,ya da uşağın xoşuna gəldiyi insanlarla yemək masası arxasında danışdığı zaman dil bilgisi artar.Gündəlik söhbətlər uşaq üçün çox vacibdir.Hər gün gördüyünüz hadisələrdən onunla danışın.Evladınızın sizə verdiyi suallar və bəzi hadisələri sizə danışması sevindirici hal olmalıdır.Danışaraq uşaq öz fikirlərini sərbəst başa salmağı öyrənir.Uşaqlar səhv etməkdən çəkinmədikləri zaman daha yaxşı öyrənirlər.Hərdən,onlar yeni sözlər icad edib dil ilə oynayırlar.Bu çox səmərəli oyundur və dil inkişafına kömək edir.Bir kəlməni doğru ifadə etmədiyi zaman evladınızın səhvini düzəltməyə tələsməyin.Onların səhvlərini tez-tez düzəltdiyinizdə ,onlar gələcəkdə sizlə danışmaqdan çəkinərlər.Bunu tədricən etmək lazımdır.
    Uşaqların dil bilgisini artırmaq və inkişaf etdirilməsi üçün çeşidli oyunlar mövcuddur.(İrəliki yazılarda bəhs olunacaq)
    Bir kitabı yüksək səslə oxumaq,nağıl və hekayələr danışmaq,rəsmlərə bərabər baxmaq,şer danışmaq və mahnı oxumaq dil tədrisində əvəzedilməzdir.


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Uşaqlara İslamı belə öyrədək
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 07.01.2012, 02:52
  2. Qırtlağı Alınmış Xəstəyə Çıxışın öyrədilməsi
    Konuyu Açan: Nerissa-Su, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 29.11.2011, 14:59
  3. Texnologiyanın uşaqlara zərəri
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 27.03.2011, 02:20
  4. Uşaqlara dil öyrətmək
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 15.04.2010, 09:29
  5. 8 yaşına qədər uşaqlara görə sevgi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 04.02.2010, 19:57

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx