Saçlara Qulluq

  1. Isti yağ masqası:
    Qurumuş və korlanmış saçları ən yaxşı canlandırma üsulu zeytun yağı ilə müalicədir. Saçlarınıza parlaqlıq vermək və bəsləmək üçün 2 x/q zeytun yağını isidin. Bunu yavaş-yavaş bütün saç dərinizə sürtün. İsti suda islatdığınız dəsmalı sıxıb başınıza bağlayın. Dəsmal soyuyanda açıb təkrar 2-3 dəfə təkrara isti suda isladıb bağlayın. Bu baş dərisinin yağı yaxşıca udmasını təmin edər. Sonra isə saçlarınızı yaxşı-yaxşı yuyub, durulayın.

    Hindyağı masqası:
    Yarım çay stəkanı hind yağını qızdırıb baş dərinizə ovaraq sürtün. Yavaş-yavaş darayın. Sonra qaynar suya salıb çıxardığınız dasmal ilə başınızı bağlayın. Yarım saat gözləyib sonra saçlarınızı şampunla yuyun. Bu üsul çox incə, tez qırılan, gücsüz və quru saçlara əla effekt verir.

    Zeytun yağı və bal masqası:
    Yarım stəkan yaşıl zaytun yağı ilə bir çay stəkanı balı qarışdırın. Bu məhlulun ağzını bərk örtüb əlinizdə sallayın. Sonra bir-iki gün bunu quru yerdə saxlayın. Daha sonra bu qarışımı başınıza masaj edərək sürtün. Darayaraq da bunu asanlaşdıra bilərsiniz. Yalnız darayakən darağı çox dərinizə batırmayın. Saçlarnızı plastik torba ilə yığın. Bu başın istiliyini təmin edər. Qrışımı başınızdan yarım saat sonra yaxşıca yuyun. Bu qumral saçların rənginin özünə qayıtmasına və daha çox parıldamasına təsir edər.

    Protein Masqası:
    Yumurta ilə hazırlanacaq protein müalicəsi demək olar ki, bütün saç tipləri üçündür. 2 yumurtanı çırpın və içinə yavaş-yavaş 1 x/q zeytun yağı qliserin, 1 x/q sirkə (mümkünsə alma sirkəsi) əlavə edin. Saçınızı bir dəfə şampunla yuduqdan sonra bu qarışımı sürtüb 15-20 dəq. gözləyin. Saçlarınızı yaxşıca durulayın. Çox az bir müddətdə saçınızın necə canlandığını öz gözlərinizlə görəcəksiniz.

    Kakao Yağı masqası:
    Qumral və tünd rəngli saçları olanların edə biləcəyi başqa bir müalicə üsulu isə budur. İçində qaynar su qaynayan geniş bir qazanın içinə ondan daha kiçikk ölçülü bir qab yerləşdirin. Bunu elə edin ki, bu altakı bpyük qazanın dibinə toxunmasın. Yarım çay stəkanı günəbaxan yağını, 1 x/q kako yağını, 1 x/q susuz lanolini bu kiçik qabın içinə əlavə edin. Bütün bu yağlar əriyəndən sonra bunları qazanın üstündən götürün və yaxşıca qarışdırın. Bu qarışımdan 1 x/q alıb buna 1 x/q su qatın və yaxşıca qarışdırın. Daha sonra bunu başınıza masaj edərək sürtün və 15 dəqiqə ilə 30 dəqiqə arası gözləyin. Sonra saçınızı yaxşı-yaxşı yuyun. Nəticəsində saçınız daha da canlanacaq və parıldayacaq.

    Mayonez masqası:
    Quru saçların ən böyül ehtiyacı saç dərisinin tıxanmış olmasından əmələ gələn yağ əksikliyidir. Bunun qarşısını mayanez müalicəsi ilə aradan götürmək olar. Bir yumurta, 1 x/q sirkə, 2 x/q bitki yağı yaxşıca çırpın. Bunu başınızın dərisinə masaj edərək yedirin. Sonra 15 dəq gözləib saçlarınızı şampunuzla yuyun.



    Saçlarınıza xeyirli vitaminlər:

    Bunlar multi-vitaminlərdir. Kükürdlü amino turşusu, B6 vitamini saç üçün lazımlı olan ən vacib kimyəvi maddələrdir.
    Əgər saçlarınız yağlıdırsa, yağ ifrazını tənzimləmək üçün B8 vitamini, quru isə yağ turşuları və E vitamini qəbul edə bilərsiniz.

    Saçların gözəl görünməsi üçün qızıl qanunlardan biri də yaxşı qidalanmaqdır. Bol meyvə və tərəvəz yemək saçlar üçün çox xeyirlidir. Balıq, qırmızı ət çox yeməyiniz məsləhətdir. Ümumiyyətlə, bütün xəstəliklər təbii ki, düzgün qidalanmamaq və stres, əsəbdən yaranır. Əgər bacardığınız qədər bunla doğru əməl etsəniz, təbii nəinki saçlarınız bütün orqanlarınız rahat və problemsiz olacaq.

    Sach maskalari



    Zeytun yağlı masqa: 5 x/q zeytun yağını 2 ədəd yumurta ilə qarışdırıb saçınıza yaxşıca yedirin. Sonra başınıza plastic bir bone geydirin və 15 dəq. gözləyin. Sonra təmiz su ilə durulayın

    Ballı və zeytun yağlı masqa: 2 x/q balı 3 x/q xeytun yağı ilə qarışdırın və saçlarınıza masajla sütrün. Başınıza plastic bone geydirin 15 dəq sonar ilıq suda şampununzla durulayın.

    Sirkəli saç masqa: Saçlarınızı şampunladıqdan sonar 1 fincan limon suyu ya da sirkəni saçınıza masajla sürtün. Dərinizə çox sürtməməyə çalışın. Yalnızca saç tellərinizə sürtün. Sonra saç kreminiz ilə yuyun və durulayın. Bu saçınızdakı kiri tamamilə çıxardacaq və saçlarınız işıl-işıl parıldayacaq. Nəticəsindən tamamilə razı qalacaqsınız Yalnız bunu yenə etmək istəsəniz 2 həftə gözləyiniz. Yaxşı olardı ki, bunu nişan, toy və digər mərasimlərə gedərkən edəsiniz.

    Çəmənotlu saç maqası:
    Çəmənotu dənələrini üyüdüb bir gecə suda gözlədin. Sonra başınızın dərisinə bu qarışımla masaj edin və 15-20 dəq gözləyin. Yumuşadıcı bir şampunla saçlarınızı yuyun. Bütün saç tipləri üçün ideal bir masqadır. Kəpəyə, tökülməyə, qırıq saçlara yaxşı təsiri var və saç teləərinizi qalınlaşdırır.

    Yumuşaq və parlaq scalar üçün durulama suyu: Bu bitkilərdən 1 x/q istifadə edərək qaynar suyun içinə atın və yarım saat gözləyin. Ardında bir fincanın ¼ -ü qədər alma sirkəsi ilə yaxşıca qarışdırın. Şampunla yuyun. Daha sonar bu qarışımı dəfələrlə saçınıza tökün.

    Saça xeyirli olan bitkilər:
    Quru scalar üçün: Çobanyastığı yapraqları, yabanı çiçəklər.
    Yağlı scalar üçün: Limon qabığı, nanə, hind limonu

    Saçı parıldatmaq üçün nələrdən istifadə edək- 1ədəd təzə portağalın suyunu 1 x/q bal və 5-7 damcı sandal ağacının yağı ilə qarışdırın və bunu şampunla yuduqdan sonar istifadə edin. Unutmayın, şampunla yuduqdan sonar bu məhlulu istifadə edəcəksiniz!
    2 yumurtanı 1 x/q südün içində çırpın və saçınıza sürtün. 5-7 dəq. sonar saçınızı durulayın. 2 x/q alma sirkəsini suya qatın və bu suyla durulayın.

    Korlanmış saçları bərpa etmək üçün: Çox yetişmiş bir bananı püre halına gətirin və sonar içinə bir neçə damcı badam yağı damcıldadın. Masajla saçınıza yeridin. 15 dəq gözlədikdən sonar mineral suyla yuyun. Sonra şampunlayıb, saç kreminizi sürtün.

    Quru saçlar üçün: 1 x/q balı yarım fincan dolusu süd kreminin içinə qatıb qarışdırın və
    bu qarışımla başınızın dərisinə masaj edin. 15 dəq gözlədikdən sonar yumuşaldıcı şampunla yuyun.
    1 bananı 1 yumurta, ¼ fincan balı, 3 x/q südü və 5x/q zeytun yağını qarışdırın. Masaj edərək başınızın dərisinə yedirin və 15 dəq gözləyin. Ardından yumuşadıcı şampunla yuyun.

    Saç tökülməsi üçün: Yaşıl lifli səbzələr və kök, mango, quru qayısı, taxıllar, mərcimək yemək saç tökülməsinin qarşısını alır.

    Saç tökülməsinə qarşı masqa: Zeytun yağı, bal və darçını qarışdırıb bir məcun hazırlayın. Sonra onu saç dərinizə yaxşıca masaj edərək sürtün. 15 dəq gözləyin və yumuşadıcı şampunla yuyun. Həftədə 3-4 dəfə edin. Nəticəsi əla olacaq!
    Bundan başqa hər gün 2-3 dəfə saç dərisinə badam yağı sürtsəz saçlarınızın dibi möhkəmlənər və az tökülər.

    Saçlarınızın tez uzanması üçün masqa: Hər gün ispanaq və təzə keşniş sularını qarışdırıb için. Bu saçlarınızı tez uzadar.

    Qırıq müalicə etmək üçün: Həftədə 2 dəfə hindistan qozu yağı ilə qarışdırılmış yaşıl limonun suyu ilə saçlarınızı yağlayın.

    Qıvrım saçlar üçün: 1 x/q balı 1 litr suya qarışdırın və bu qarışımı hər şampunla yuduqdan sonra durulama suyu kimi istifadə edin

     

     

    Şayeste - 21.03.2010 - 16:28



Benzer Konular

  1. Saçlara Qulluq
    Konuyu Açan: Ağgul Laçınlı, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 19.10.2012, 22:41
  2. Buruq və gur saçlara qulluq
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 09.07.2012, 00:18
  3. Saçlara qulluq üçün bir neçə məsləhət
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 04.10.2011, 23:36
  4. Saçlara Qulluq
    Konuyu Açan: Sarsın, Forum: Moda və Stil.
    Cevaplar: 0
    Son Mesaj : 01.07.2011, 15:42
  5. Saçlara qulluq
    Konuyu Açan: Lady_rap, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 12.05.2010, 12:08

copyright

Soru Cevap

grafimx