Gəlin və bəy olmaq neçəyə başa gəlir

  1. Register

    Səbəbkarların toya tam hazır olmaları üçün orta hesabla 1750-1800 manat xərc çəkmək lazımdır

    Toy insan həyatının ən vacib məqamlarındandır. Bu gündə hamı, xüsusilə toyun səbəkarları olan gəlin və bəy ömüründə heç olmazsa bir dəfə hamıdan fərqli, hamıdan gözəl görünməyə layiqdir. Gəlinlər üçün həmin günü anlamlı edən əsas atributlardan biri ağ gəlinlikdir ki, bu paltarı geyinmək hər bir qızın ən böyük arzusudur. Gəlinliklərə gəlincə, hazırda onları şəhərimizin müxtəlif salonlardan əldə etmək olar.

    Əsasən, İtaliya, Türkiyə və Dubay istehsalı olan geyimlər bir günlük kirayəyə verilir. Onların qiymətləri isə çeşidləri kimi bir-birindən fərqlənir. Belə ki, salondan adi gəlinlik paltarını 250-300 manata kirayəyə g0türmək olur. Dəbdəbəni xoşlayan xanımlara isə 2500-3000 manatlıq və daha baha geyimlər məsləhət görülür. Onu da qeyd edək ki, ilk dəfə kirayəyə verilən geyimlər gələcək gəlinlərə 800-900 manata başa gəlir.

    Gəlinlik paltarı ilə yanaşı gəlinlik ayaqqabısı da toya hazırlıq üçün vacib aksesuardır. Qiymətlərə gəlincə, bu, 20 manatdan 1200 manata kimi dəyişir. Bu günün əsas qəhrəmanı olan gəlinin gözəl və fərqli görünməsini təmin edən digər bir məqam isə onun saç düzümü və makiyajıdır. Hazırda gözəllik salonunda göstərilən bu xidmətin qiyməti isə müxtəlifdir. 120 manatdan başlayan bu məbləğ 550-600 manata kimi qalxa bilir. Beləliklə, bir qızın toya tam hazır olması üçün orta hesabla 750-800 manat xərc çəkilməlidir.

    Bu gün qadınlarla yanaşı, kişilər üçün də böyük anlam kəsb edir. Kişilər öz toy günlərində qeyri-adi görünməyə çalışır. Bunun üçün onlar adi kostyumla yanaşı, smokinq də geyinir. Kişi kostyumlarının alış qiyməti 70 manatdan 900 manata qədər dəyişir. Smokinqlərin qiyməti isə 1000 manat və daha bahadır. Toyqabağı bəyin yalnız bərbər xidmətlərindən istifadə etməsi ona ən azı 10, ən çoxu isə 50 manata, bəylik hamamından istifadə etməsi isə 500-1000 manat, bəzən də daha baha başa gəlir. Beləliklə də bir bəyə çəkilən xərc orta hesabla 1000 manata bərabərdir.

    Geyim qədər diqqət yetiriləcək digər vacib məqam toyun keçiriləcəyi məkanla bağlıdır. Hazırda Bakıda 200-ə qədər şadlıq sarayı var ki, onlar təxminən eyni xidməti göstərsə də fərqli qiymətlər təklif edir. Belə ki, bir yerin qiyməti şadlıq saraylarından asılı olaraq 18 manatdan 350-400 manata qədər dəyişir.

    Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycanda il ərzində təxminən 90 min toy mərasimi keçirilir. Toyların təsnifatını apardıqda isə insanları ən çox narazı salan toylardakı həddindən artıq olan səs-küydür.

    Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yaranan səs-küyü mədəniyyətsizliyin bir forması adlandıraraq, bunun sağlamlığa da mənfi təsir göstərdiyini deyir: “İnsanlar bir-biri ilə qışqıra-qışqıra danışması mədəniyyətsizliyin elementi hesab olunur. İnsanlar bir-biri ilə çalışırlar daha sakit, etik qaydalara uyğun danışsınlar. İkinci, tibbi baxımdan 5 saat normadan qat-qat artıq olan səsi dinləyən vətəndaşda mütləq kantuziya əlamətləri yaranır”.

    H. Rəcəbli Tacikistanı nümunə gətirərək, bu ölkədə mərasimlərin keçirilməsi ilə bağlı xüsusi qanunun işlənib hazırlandığını deyir. Həmin qanunda toya dəvətlilərin sayı, menyu, hətta maşın karvanında neçə avtomobilin iştirakı belə öz əksini tapıb. Bu modelin Azərbaycana tətbiqini gülünc hal sayan millət vəkili, çıxış yolunu yalnız ictimai qınaqda görür:

    Müasir toylarda milli mənəvi dəyərlərin get-gedə yox olması, əvəzində isə Avropa adətlərinin üstünlük təşkil etməsini millət vəkili Azərbaycanın bir ictimai-sosial qurumdan digərinə transformasiyası ilə əlaqələndirir. O, hər iki dəyərin çulğalaşdığı toy mərasimlərinin tərəfdarıdır. Müasir toylarda israfçılığa da münasibət bildirən komitə sədri, bütün bu çatışmazlıqların qarşısını almaq üçün cəmiyyətdə tanınmış şəxslərin, ziyalıların tədbir görməsini, onların müasir, mədəni bir toy nümunəsi göstərməsini məsləhət görür: “Mənim bir subay oğlum var. Onun toyunda mən bir toy nümunəsi göstərəcəyəm. Azərbaycanın milli adət-ənənələri ilə sivil dünyanın adət-ənənələri qovuşacaq. Camaata göstərəcəyəm ki, belə də toy etmək olar”.

    Hadı Rəcəbli Avropa toylarının müsbət xüsusiyyətlərini Azərbaycan toylarına tətbiq etməyi təqdirəlayiq hal sayır. Bura mərasimlərin qabaqcadan proqramlaşdırılması da daxildir. Millət vəkili hətta toyun proqramını çap etdirərək dəvətnamə ilə birlikdə qonaqlara paylamağı da məsləhət görür.

     

     

    Leyl-i Lal - 22.02.2010 - 03:22



Benzer Konular

  1. Ana Olmaq
    Konuyu Açan: BiR-DOST, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 22.10.2013, 17:48
  2. Ana olmaq
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 05.03.2012, 10:23
  3. Bala-başa bəla!
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 17.08.2011, 19:06
  4. PMS İle Başa Çıkmak
    Konuyu Açan: MiSS-FENER, Forum: Sağlık Genel.
    Cevaplar: 0
    Son Mesaj : 11.12.2010, 20:51
  5. Baş Başa
    Konuyu Açan: SU-PERISI, Forum: Hayvan Resimleri.
    Cevaplar: 6
    Son Mesaj : 22.11.2007, 13:13

copyright

Soru Cevap