Saçlara təbii yolla qulluq

  1. Xına Misir kraliçası Kleopatranın dövründən bu yana saç boyamaq üçün ən effektiv və zərərsiz maddə hesab edilir. İndi hər nə qədərdə kimyəvi boyaların sayı artsada xına dəbdən düşməyib. Xina ilə boyanan saçlar altı aya kimi rəngini qoruya bilir. Ancaq xına hər saçda eyni rəngi almır. Əvəllcədən bu təbii boyanın nə rəngdə olacağını bilmək üçün bir qədər saç kəsin. Bu saçı rəngləyin və 20 dəqiqədən sonra yuyun. Əldə edilən rəng sizi qane edirsə prosedura başınızda başlaya bilərsiniz.

    Saça xına qoymaq.
    Toz halındakı xına suda isladılaraq məhlul halına gətirilir. Əldə edilən məhlul saçlara sıra-sıra sürtülür. Saçlar daranır. Əldə etmək istədiyiniz rəngdən asılı olaraq xına başda 20 dəqiqədən 2-3 saat, bəzən isə bütün günü saxlanıla bilər. Daha fərqli bir ton əldə etmək üçün xınaya çobanyastığıda əlavə edə bilərsiniz.

    1/2 stəkan adaçayı gecədən qaynar suya qoyulur, gündüz süzülür. 1 yemək qaşığı xınaya 1 çay qaşığı qərənfil qarışdırılır. İçinə məhlul halına düşənə qədər adaçayı losyonu əlavə edilir. Saçlar təmiz yuyulduqdan sonra məhlul saçalara sürtülür. 1-2 saat saxlanılır. Bu prosedur saçlara qızılı rəng bəxş edir.

    Saçların rəngini təbii yola dəyişən maddələrdən biridə qoz qabığıdır. Qozun dəyməmişdən əvələ üzərində olan yaşıl qatı suda qaynadılır. Boya güclü olduğu üçün bu prosedurdaə əvəll əlcək taxmaq vacibdir. Qaynanmış qoz qabıqları süzülür və istənilən rəng alınana kimi hər gün pambıqla saça vurulur. Məhlulun uzun müddət xarab olmaması üçün içərisinə bir az spirtdə tökmək olar.

    Tünd rəngli saçlara refle effekti vermək
    Soğan qabığı suda qaynadılır, süzülür. İçinə çay qatılıb 15 dəqiqə dəm aldıqdan sonra təkrarən süzülür və ilıq halda saçlar yaxalanır.

    Tünd rəngli saçlara parlaqlıq vermək üçün
    Bir miqdar çay dəmlənilir. Daha sonra çay süzülüb saça sürtülür. Çayın rəngi nə qədər tünd olsa bir o qədər yaxşıdır. Saça parlaqlıq verməkdə və gücləndirmək üçün qoz yarpağıda əvəzsizdir. Çay losyon kimi saça sürtülür.

     

     

    Leyl-i Lal - 08.12.2009 - 09:38



Benzer Konular

  1. Buruq saçlara qulluq
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 30.10.2012, 02:37
  2. Saçlara Qulluq
    Konuyu Açan: Ağgul Laçınlı, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 19.10.2012, 23:41
  3. Saçlara Qulluq
    Konuyu Açan: Sarsın, Forum: Moda və Stil.
    Cevaplar: 0
    Son Mesaj : 01.07.2011, 16:42
  4. Saçlara qulluq
    Konuyu Açan: Lady_rap, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 12.05.2010, 13:08
  5. Saçlara Qulluq
    Konuyu Açan: Şayeste, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 21.03.2010, 17:28

copyright

Soru Cevap