Ər və arvadın birgə yatması sağlamlığa ziyandır

  1. Ər-arvad və sevgililər bilməlidirlər ki, birgə yatmaq sağlamlığa və onların münasibətlərinə mənfi təsir göstərir. Britaniyalı alimlər son araşdırmalarından sonra belə bir qənaətə gəliblər. Mütəxəsislərin fikrincə, birgə yatan zaman xorultu, yorğanı o yan bu yana dartmaq və gecə vaxtı bir-birlərini itələmə halları fikir ayrılıqları və mübahisələrə səbəb olur. Aparılan araşdırmalar həmçinin göstərib ki, bir çarpayıda yatmağa gedən ər və arvadların bir-birlərinə qarşı narazılıqları digərlərinə nisbətdə daha çox olur.

    Həyat yoldaşı ilə ayrı-ayrı çarpayılarda yatan araşdırma müəlliflərindən biri qeyd edir ki, tarixən kişilə arvad ayrı-ayrı yerlərdə yatıblar. Bir yataqda yatmaq ənənəsi isə sənaye inqilabından sonra dəbə minib.

    Tədqiqatçıların rəyinə görə, müasir cütlüklər öz əcdadlarından nümunə götürməlidirlər. "Bu səni xoşbəxt edəcək bir vasitədir. Siz bir yerdə yatırsınızsa və sizə heç nə mane olmursa, belə də dəvam edin. Lakin bu elə deyilsə, o zaman hər şeyi dəyişməkdən qorxmayın", - deyə mütəxəssislərdən biri bildirib.

    Tədqiqatçıların sözlərinə görə, narahat yatmaq depressiyaya, ürək xəstəliklərinə, iflic, işləmək qabiliyyətinin pozulması, avtomobil qəzaları və boşanmalara gətirib çıxarır.

    "Adətən insanlar öz məşuqlərilə yatanda özlərini daha rahat hiss edirlər, lakin bizim araşdırmalar bunun tam əksini göstərir", - deyə alimlərdən biri bildirib. Belə ki, o, birgə və ayrı yatan 40 ər-arvad cütlüyünün hisslərini müqayisə edib. Və nəticədə aydın olub ki, birgə yatanların 50 faizi əsəbi və ya narahat olurlar.
    Qaynaq:ANSPRESS

     

     

    Leyl-i Lal - 01.12.2009 - 15:51



Benzer Konular

  1. Yoğurtlar Sağlamlığa Ziyandır
    Konuyu Açan: BiR-DOST, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 18.09.2013, 12:16
  2. Vaxtı keçmiş kosmetika sağlamlığa ziyandır
    Konuyu Açan: Sarsın, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 26.12.2011, 11:06
  3. Cevaplar: 0
    Son Mesaj : 24.12.2011, 02:07
  4. İnciklik sağlamlığa ziyandır
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 12.08.2011, 14:04
  5. Ərlə Arvadın haqqları
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 29.11.2009, 14:09

copyright

Soru Cevap