Qarabağ Müharibəsi - 2

  1. qarabağ məğlubiyyətin siyasi səbəbləri

    1. HÜQUQİ baxımdan, yəni beynəlxalq normalar, konvensiyalar prizmasından Qarabağ probleminin həlli faktik olaraq tupikdir və bunu Azərbaycanın son on-on iki illik təcrübəsi qədərincə isbatlayıb. Bundan əlavə, bununla əlaqədar, əbədi olaraq bir şeyi yadda saxlamalı ki, dünyada hər şey qanunlara tabedirsə də, qanunların özü də gücə tabedir. Təzyiq qarşısında hər şey, hətta qanunlar da əyilir. Qanunlar heç vaxt gücü olmayan tərəfi haqlı çıxarmır - hətta dünyanın ən ədalətli dövlətlərində və ya beynəlxalq tribunallarda belə. Məhkəmə səviyyəsinə çıxarılmamış mübahisələrin özlərində də hamının nəzərində lap əvvəldən güclü tərəf haqlı kimi qavranılır. Azərbaycansa bu müharibədə faktik olaraq məğlub tərəfdir.

    2. Bu problemin SİYASİ yolla həllinin iki variantı mümkündür:

    Birinci halda - güclü dövlətlərdən hansınınsa birinin Azərbaycandan ifrat dərəcədə asılı bir vəziyyətə düşməsi, başqa sözlə, beynəlxalq aləmdə Azərbaycan üçün ideal olan yeni konyunkturanın meydana gəlməsi şəraitində mümkündür. Bu halda situasiyanın özünün də iki inkişaf yolu ola bilər. Bir halda həmin dövlət istər-istəməz Azərbaycanın güclənməsində maraqlı olmağa məcbur ola bilər. Necə ki, məs., Tayvan è Çinlə, Cənubi Koreya è Şimali Koreya ilə, CAR è afrikalılarla, İzrail è ərəblərlə Qərbin konfrontasiyasından irəli düşmüş ayrı-ayrı dövlətlərdir. Digər halda, hər şeyi Azərbaycanın bu konyunkturadan necə yararlana bilməsi həll edəcək. Siyasət düzgün qurulmasa Azərbaycan diqtəaltı bir dövlətə çevrilə bilər və kimlərinsə şərtləri altında müstəqilliyindən məhrum olar. Siyasət düzgün qurulduğu halda - belə məqam əla sövdələşmə şansıdır.

    İkinci variant siyasət - bu konyukturanı süni şəkildə təşkil etməyi tələb edir. Yəni bu halda hər şey Azərbaycanın ayrı-ayrı rəqib qütblər, o cümlədən, ələlxüsus Rusiya ↔ ABŞ, ABŞ ↔ Avropa və ya Rusiya ↔ Avropa arasındakı siyasi; ABŞ ↔ Avropa, Avropa ↔ Yaponiya və ya Yaponiya ↔ ABŞ arasındakı iqtisadi konfrontasiyadan məharətlə yararlana bilməsindən asılıdır. Bu ziddiyyət - Rusiya ilə həmsərhəd, və ya Qərblə iqtisadi əlaqəli, yaxud bölgədə ABŞ-ın maraqlarının təmsilçisi bir dövlət kimi, Azərbaycana geosiyasi və ya geoiqtisadi dividentlər gətirə bilər Bu qütbləşmədə Azərbaycanın kimlərləsə kimlərinsə arasında bufer və ya körpü funksiyası yerinə yetirmək, yoxsa bu funksiyadan imtina etmək kimi seçim azadlığından düzgün istifadə etməsi onun başlıca təsir rıçağıdır.

    Bütün hallarda həmişə bir şeyi nəzərdə saxlamaq gərəkdir ki, Qarabağ - bir tərəfdən Qərbin (ələlxüsus ABŞ-ın) buraya qoyduğu 10 milyardlarla dollar investisiyasının girovu, digər tərəfdən isə onların Azərbaycanı özlərindən asılı saxlamaq işinin rıçaqlarından biridir.

    3. Qarabağ probleminin HƏRBİ yolla həlli variantı - bir çoxlarının emosional çağırışlarının əksinə olaraq, yalnız [yalnız və yalnız!] çox məhdud olan aşağıdakı şərtlər çərçivəsində mümkündür:

    a) Qarabağ-Ermənistan sərhədini - hansı ki, Azərbaycana təzyiq göstərmək istəyən xarici dövlətlərin ermənilərə başlıca hərbi dəstək kanalıdır - hər hansı fəndləsə [o cümlədən, istənilən variantlı kompromislə, o cümlədən, təhlükəsizlik təminatına qarşı edilən istənilən güzəştlə] ələ keçirib, Laçın dəhlizini tam bağladıqdan sonra. Yalnız ondan sonra istənilən razılaşmanı pozub [Siyasətdə ''kişi sözünün'', sənədin, razılaşmanın, qətnamənin, imzanın və s. dəyərinin nə qədər olduğunu Azərbaycan özünün son 10-12 illik «təcrübəsindən» yaxşı bilir] danışıqların ardını ''Kalaşnikov dilində'' davam etdirmək olar. Ona qədərsə bu addımı atmağın, altıdəlik çəlləyə su doldurmaq cəhdindən heç bir fərqi olmayacaq. Əks halda isə, hər bir münaqişədən yararlanmaq istəyən və buna görə də, onun sonsuzluğa qədər uzanmasına əlindən gələn hər cür gizli yardım göstərən kifayət qədər xarici qüvvə tapılacaq - necə ki, Əfqanıstan, Fələstin, Çeçenistan və s. variantlarında olduğu kimi;

    b) Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı və ya siyasi durumun qeyri-sabitliyi mərhələsində, yaxud eyni vaxtda Prezident Aparatı və Müdafiə Nazirliyi binalarının bütün heyəti ilə birlikdə hansısa qəfil zərbə ilə dağıdıldığı saatlarda;

    c) Qlobal miqyasda beynəlxalq balansın pozulduğu və ya bütün böyük dövlətlərin başının öz problemləri və ya daha ciddi olan nə iləsə qarışdığı mərhələlərdə (məs., 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində olduğu kimi);

    d) Bütün aparıcı böyük dövlətlərin hamısı ilə (ələlxüsus Rusiya və ABŞ-la) eyni vaxtda razılığa gəlindikdən sonra (əks halda, Gürcüstan kimi, hər dəfə bir böyük dövlətlə sövdələşib müharibəyə başlayan, elə onun kimi də, axırda hər dəfə o birinin süngüsünə rast olub geri qayıtmaq məcburiyyətində qalasıdır); və s...

    Qarabağ problemində, faktik olaraq bu faktorların hamısı rola malikdir və onların hamısı kombinasiyalı formada həll olunmalıdır. Bu baxımdan, deyilən bu münbit şəraitlər bir təkcə təbii proseslərin nəticəsi olmayıb, həm də, Azərbaycanın məqsədyönlü fəaliyyətinin nəticəsi kimi meydana çıxa bilər ki, bu konsepsiyadan da əsas məqsəd bunun mümkün yollarını izah etmək idi.
    Bu kitabda, əsasən aşağıdakı məsələlər barədə danışıldı, bunun mümkün yolları göstərildi:

    1. Türk xalqlarını, ərənlik psixologiyasından çəkindirib, müasir siyasi texnologiyaları, nəhayət ki, onlara necə aşılamaq;
    2. Qarabağ probleminin istər hüquqi, istər siyasi və istərsə də hərbi həlli üçün zəruri olan həmin münbit zəmini süni yolla necə formalaşdırmaq və prosesin istənilən mərhələsində situasiya üzərində nəzarət imkanını necə əldə etmək;
    3. Azərbaycanın manevr imkanlarının diapazonunu və istər Qərb, istərsə də Ermənistana qarşı tətbiq edə biləcəyi təzyiqlər arsenalını necə genişləndirmək;
    4. Problemin siyasi tərəfini həll etmək məqsədilə bölgədə və ya heç olmazsa Azərbaycanda nəhəng derjavaların maraqlarını necə uzlaşdırmaq və bunun ən optimal variantını müəyyənləşdirənə qədər, onların qüvvələr balansını olduqca geniş diapazonda necə dəyişdirmək və ya bir-biri ilə mümkün olan bütün variantlarda necə kombinasiya etdirmək;
    5. Ermənistanı beynəlxalq arenada necə təkləyib, hüquqi münasibətlərdə dominant mövqeni necə qazanmaq;
    6. Ermənistanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı, daxili iğtişaş və ya siyasi durumun qeyri-sabitliyini süni şəkildə necə təşkil edib, onu necə zəiflətmək və ya müharibəyə başlamaq üçün münbit zəmini necə formalaşdırmaq;
    7. Vəziyyət müharibə həddinə çatarsa, bunu müxtəlif siyasi, iqtisadi, ideoloji və s. diversiya metodlarının geniş tətbiqi ilə necə həyata keçirib, Milli Ordunun güc əmsalını birə min qat necə artırmaq (əgər məsələ bu variantların köməyi ilə elə yarıyolda həll olunmayıb, müharibə mərhələsinə qədər gəlib çatarsa) və s.

    İzah edilən hər bir metod dünya təcrübəsindən seçilən nümunələrlə əsaslandırılırdı.

    Mənbə : Cabbar Məmmədov - Diplomatik psixologiya.


    alıntı

    Qarabağ Müharibəsi - 1

     

     

    BiR-DOST - 24.11.2013 - 01:22



Benzer Konular

  1. Qarabağ Müharibəsi - 1
    Konuyu Açan: BiR-DOST, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 24.11.2013, 01:23
  2. Müharibə
    Konuyu Açan: BiR-DOST, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 23.11.2013, 18:19
  3. Soyuq müharibənin mərhələləri
    Konuyu Açan: BiR-DOST, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 17.10.2013, 21:13
  4. İnformasiya müharibəsi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 11.03.2010, 19:15
  5. Qarabağ müharibəsi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 1
    Son Mesaj : 11.03.2010, 19:07

copyright

Soru Cevap

grafimx