Heyder Eliyev Dahi insan haqqında bilmedklerimiz



  1. Son vida anları... Tabutun yanında ən doğma adamları dayanıb. Onların arasında general Vaqif Axundov da var.
    - Heydər Əliyevin nəşinə baxsam da, onun ölmünü qəbul edə bilmirdim. Mənə elə gəlirdi ki, o sağdır. Hətta cavan, 60-65 yaşında görünürdü. «Sizi niyə bura qoyublar», - deyə fikirləşdim. Hospitalda son aylarda bir qədər kökəlmişdi, onunla ayrılanda isə arıqlamışdı. Burada isə yanaqları çəhrayı, üzündə isə çox xoş bir görkəm var idi. Sanki dünyanın bütün işığı çöhrəsinə çökmüşdü.
    Xarici qonaqlar - Türkiyə Prezidenti Əhməd Necdət Sezər, baş nazir Rəcəb Tayyib Ərdoğan da vidalaşmağa gəliblər.
    Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tabutun önündə ehtiram əlaməti olaraq baş əyir.
    Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin də Bakıya gəlməyi özünə borc bilib. O, görkəmli siyasətçinin xatirəsinə baş əyməklə bütün Rusiya xalqının, rusiyalıların başsağlığını çatdırdı.
    Bakını tərk edərkən Putin jurnalistlərə müsahibəsində deyəcəkdi: «Mən Heydər Əliyevə çox hörmət edirdim. Ona təkcə hörmətlə deyil, həm də dərin məhəbbətlə yanaşırdım. O, nəhəng bir dövlət xadimi idi. Heç bir şişirtmə etmədən demək istərdim ki, siyasi nəhəng idi».
    Bütün dünyadan - Berlin, Vaşinqton, Tokio, Pekin və digər yerlərdən gələn başsağlığı məktublarının ardı-arası kəsilmirdi.
    Matəm karvanı Prezident sarayının yanından ötür...
    Yəqin ki, okeanın o tayında olan Əliyev dövlətin başına kimin keçməsindən xəbər tutmuşdu və onun narahat, çox əziyyət çəkmiş vücudu nəhayət ki, rahatlıq tapmışdı.
    Dahi Sabirin belə bir gözəl şeiri var:
    - Görmə! - Baş üstə yumaram gözlərim.
    - Dinmə! - Mütiyəm, kəsərəm sözlərim.
    - Bir söz eşitmə! Qulağım bağlaram.
    - Gülmə! - Pəkey, şamü səhər ağlaram.
    - Qanma! Bacarmam! Məni məzur tut.
    - Böyləcə təklifi-məalı unut!
    Qabili imkanmı olur qanmamaq?
    Məcməri-nar içrə olub yanmamaq?
    Eylə xəmiş atəşi -suzanımı.
    Qıl məni asudə, həm öz canını!

    Bəli, insan düşüncəsinin xisləti belədir, həmişə zombiləşməyə qarşı çıxır.
    …Əliyevin qayıdışından sonra siyasətdən uzaq diletantlar rahatlıqlarını itirdilər. Onları dövlətin yenidən möhkəmlənməsi qane etmirdi. Hər bir vasitə ilə onu vəzifədən uzaqlaşdırmaq, nə yolla olur-olsun hakimiyyəti ələ keçirmək istəyirdilər.
    Matəm karvanı millətin qiymətli insanlarının məzarları önündən ötüb keçir. Küləyin tərpətdiyi daimi yanar alov sanki öz əllərini bütün ömrünü Azərbaycana sərf edən insana sarı uzadır. Bayraqlar qızarır. Respublikanın üçrəngli bayrağındakı qırmızı rəng. Bu rəng azadlıq uğrunda tökülən qanları xatırladır.

    Bayrakları bayrak yapan üstündəki kandır,
    Toprak eqer uğrunda ölən varsa, Vatandır!

    ... Heydər Əliyev topların yaylım atəşləri altında Fəxri Xiyabanda torpağa tapşırılır. Doğma torpağa, artıq onun son məkanına çevrilən müqəddəs torpağa. O torpağa ki, bundan sonra Azərbaycan xalqının ehtiram və ziyarət yeri olacaq.
    O, öz Zərifəsi ilə əbədi sakitlik tapdı. İki qəlb yenidən daimi olaraq qovuşdu. Zərifə xanımın ruhu kədər içində olan övladlarının başı üzərində dolaşır, onlara Yaradandan xoşbəxtlik diləyir.
    Xalq öz liderini, ağsaqqalını dəfn etdi. Amma, görəsən, məhəbbəti basdırmaq olarmı?
    «Toprak eqer uğrunda ölən varsa, Vatandır» bu sətirlərin müəllifi böyük türk şairi Namiq Kamal çox haqlıdır.
    Kitabda haqqında söhbət açdığımız insan - bizim qəhrəmanımız xoşbəxt həyat yaşadı. O, hamını yalnız xoş əməllərə dəvət edən peyğəmbər xasiyyətli bir şəxsiyyət idi. Heydər Əliyev Quranın, İncilin qadağan edildiyi günlərdə də, sonra da bu cür yaşamışdı. O öz yaxşı əməllərinin, pak niyyətlərinin nəticəsini gördü. Allahın onun qarşısında qoyduğu müqəddəs vəzifəni həyata keçirdiyini bilərək dünyasını dəyişdi.
    ... Boş vaxtlarında Səməd Vurğunu oxumağı çox sevirdi:

    Ölüm sevinməsin qoy, ömrünü verməz bada,
    El qədrin canından daha əziz bilənlər.
    Şirin bir xatirədək qalacaqdır dünyada
    Sevərək yaşayanlar, sevilərək ölənlər.

    …2004-cü il fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvaya ilk səfərə yola düşür. O, rusiyalı həmkarı ilə Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti görüşünə hazırlığı, yanacaq-enerji kompleksinin birgə layihələrini müzakirə edir...
    Görüşdən əvvəl isə Rusiya Prezidenti Heydər Əliyevi təltif etdiyi Rusiyanın Andrey Pervozvannıy ordenini İlham Əliyevə təqdim edir. Putin ölkənin ali mükafatı olan bu ordeni Azərbaycan Prezidentinə onun 80 illik yubileyində, 2003-cü il mayın 10-da təqdim etmək istəyirdi. Baş tutmadı...
    - Heydər Əliyev bizim ölkədə böyük nüfuza malik idi, - daha sonra Putin deyir, - mən bu ordeni Sizin ailəyə xatirə olaraq təqdim edirəm.
    Əlində qopuz eldən-elə, əsrdən-əsrə, nəsildən-nəsilə yol gedən müdrik Dədə Qorqud hər şeyi bilir: kimin cəsur kişi, kimin yaramaz olduğunu - o nə deyirsə, çin olur.

    - Hanı dediyim bəy ərənlər,
    Dünya mənimdir deyənlər?
    Əcəl gəldi, yer gizlətdi,
    Fani dünya kimə qaldı?
    Gəlimli, gedimli dünya,
    Son ucu ölümlü dünya!

    Mən gələcəyini soraq verərəm, mənim xanım; ölüm anı gələndə Tanrı səni pak imandan ayırmaz. Sənin ağsaqqal atanın yeri - cənnət olacaq; sənin ağbirçək ananın yeri - uca göylərdir!

    Bakı-Moskva-Bakı
    2003 - 2006-cı illər

    H. Ə. ƏLİYEVİN HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS MƏQAMLARI

    10 may 1923-cü il - Heydər Əlirza oğlu Əliyev Naxçıvanda anadan olub;
    1936-1938 - Naxçıvan Pedaqoji Texnikumunun tələbəsi;
    1938-1941 - Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinin tələbəsi;
    1941-1943 - Naxçıvan MSSR-in Daxili İşlər Xalq Komissarları Sovetində məxfi arxiv şöbəsinin müdiri;
    1943-1944 - Naxçıvan MSSR Xalq Komissarları Sovetinin ümumi şöbəsinin müdiri;
    1945 - Sov. İKP üzvlüyünə qəbul edilib;
    1944-1949 - Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi orqanlarında əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili - NDTK-DTN-də şöbə rəisi;
    1949-1950 - SSRİ DTN-nin Rəhbər kadrların hazırlanması üzrə Leninqraddakı xüsusi məktəbin dinləyicisi;
    1951-1969 - Azərbaycan SSR Dövlət Təhlükəsizlik orqanlarında fəaliyyət göstərmişdir: DTN-də sahə rəisi; DTK-də şöbə rəisi, sədr müavini, Azərbaycan SSR Nazirlər Soveti yanında DTK sədri;
    1951-1957 - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində qiyabi şöbənin tələbəsi;
    1954 - Zərifə Əliyeva ilə ailə həyatı qurub;
    18 oktyabr 1955-ci il - Heydər və Zərifə Əliyevlərin qızları Sevil dünyaya gəlib;
    24 dekabr 1961-ci il - Heydər və Zərifə Əliyevlərin oğlu İlham anadan olub;
    14 iyul 1969 -Azərbaycan KP MK-nın I katibi seçilib;
    1971 - Partiyanın XXIV qurultayında ilk dəfə Sov. İKP MK-nın üzvü seçilib. Sonrakı illərdə də XXV (1976), XXVI (1981) və XXVII (1986) qurultaylarda Sov. İKP MK-nın üzvü seçilib;
    1976, mart - Sov. İKP MK-nın Siyasi Bürosunun üzvlüyünə namizəd seçilib;
    1976-1987 - SSRİ Müdafiə Şurası yanında Baş Hərbi Şuranın üzvü;
    24 avqust 1979 - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb;
    22 noyabr 1982 - Sov. İKP MK-nın Siyasi Büro üzvü seçilib;
    24 noyabr 1982 - Sovet Sosialist Respublikalar İttifaqının Ali Soveti Heydər Əliyevi SSR Nazirlər Soveti sədrinin I müavini təyin edib;
    1983 - İkinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb və Qızıl Ulduzla təltif edilir, SSRİ Ali Soveti Rəyasət Heyəti vətəni Naxçıvanda Heydər Əliyevin bürüncdən büstünün ucaldılması qərarını verir;
    15 aprel 1985 - Həyat yoldaşı Zərifə Əziz qızı Əliyeva vəfat edib;
    1986 - Yenidən Sov. İKP MK-nın Siyasi Bürosuna üzv seçilib;
    1986 - SSR Nazirlər Soveti Milli İnkişaf Bürosunun sədri əvəzi vəzifəsinə təsdiq edilib;
    avqust 1986 - «Admiral Naximov» teploxodunda baş verən faciəni tədqiq edən Dövlət Komissiyasının sədri təyin edilib;
    oktyabr 1987 - Təqaüdə çıxması ilə əlaqədar Sov. İKP MK Siyasi Bürosuna üzvlükdən və SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsindən azad olunub. SSRİ Nazirlər Soveti yanında dövlət müşaviri vəzifəsinə təyin edilib;
    noyabr 1988 - SSRİ Nazirlər Soveti yanında dövlət müşaviri vəzifəsindən azad edilib;
    24 aprel 1989 - Təqaüd yaşına çatmış bir qrup şəxslə Sov. İKP MK üzvlüyü sıralarını tərk edib;
    21 yanvar 1990 - Sovet ordusunun Bakıya yeridilməsi ilə əlaqədar Moskvada bəyanatla çıxış edib;
    20 iyul 1990 - Bakıya qayıdıb;
    22 iyul 1990 - Naxçıvana dönüb;
    30 sentyabr 1990 - Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilib;
    19 iyul 1991 - Sov. İKP sıralarını tərk edib;
    3 sentyabr 1991 - Naxçıvan MSSR Ali Məclisinin sədri seçilib;
    1992 - Yeni Azərbaycan Partiyasının sədri seçilib;
    10 iyun 1993 - Dövlət daxilində baş verən qarşıdurmanı aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti Elçibəyin təkidilə Bakıya gəlib;
    15 iyun 1993 - Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyevə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri də tapşırılıb;
    20 sentyabr 1993 - «Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə qoşulmasına dair» qərarı imzalayıb;
    24 sentyabr 1993 - MDB dövlət və hökumət başçılarının Moskva görüşündə iştirak edib;
    3 oktyabr 1993 - Azərbaycan Respublikasının Prezidenti seçilib;
    10 oktyabr 1993 - Bakı şəhəri Respublika sarayında yeni Prezidentin andiçmə mərasimi keçirilib;
    24 noyabr 1993 - Azərbaycan xalqına televiziya vasitəsilə ilk müraciətini edib;
    11-12 dekabr 1993 - cəbhə bölgəsinə yaxın rayonlarda olub;
    19 dekabr 1993 - Azərbaycan Respublikası Prezidenti kimi ilk rəsmi səfərini Fransaya edib. Qarşılıqlı dostluq və qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında sənəd imzalayıb;
    may 1994 - Azərbaycanla - Ermənistan arasında atəşkəs elan edilib;
    20 sentyabr 1994 - Bakıda «Əsrin müqaviləsi»nin imzalanma mərasimi;
    30 sentyabr 1994 - Nyu-Yorkda BMT Baş Assambleyasının qurultayında çıxışı;
    iyul 1997 - Rusiyaya ilk rəsmi səfərə yollanıb;
    avqust 1997 - ABŞ-a ilk rəsmi səfərə gedib;
    fevral 1998 - Heydər Əliyevə və Türkiyə Prezidenti Süleyman Dəmirələ İstanbulda «İlin adamı» mükafatı verilib;
    11 oktyabr 1998 - İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilib;
    18 oktyabr 1998 - Bakıda Respublika sarayında andiçmə mərasimi olub;
    yanvar 2001 - Bakıya rəsmi səfərə gəlmiş Rusiya Prezidenti V.V.Putinlə danışıqlar aparıb;
    28 may 2001 - Ümumrusiya və Moskva Patriarxı İI Alekseylə görüşüb;
    9-10 noyabr 2001 - Prezidentin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının I qurultayı açılıb;
    24-26 yanvar 2002 - RF-ə dövlət səfəri;
    30 yanvar - 3 fevral 2002 - Nyu-Yorkda keçirilən Ümumdünya İqtisadi Forumunun işində iştirak edib;
    19-20 may 2002 - İrana rəsmi səfər edib;
    22 may 2002 - Bakıda Roma Papası İI İohann Pavellə görüşüb;
    9 iyun 2002 - Prezident Əliyev və Putin Peterburqda Nizaminin abidəsinin açılışında iştirak ediblər;
    23-24 sentyabr 2002 - RF-də işgüzar səfərdə olub;
    30 iyul 2003 - İlham Əliyevin Azərbaycan hökumətinin başçısı vəzifəsinə təqdim olunması barədə məktuba qol çəkib;
    sentyabr 2003 - Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini geri götürüb;
    12 dekabr 2003 - H.Ə.Əliyev vəfat edib;
    15 dekabr 2003 - H.Ə.Əliyev Bakıda Fəxri Xiyabanda dəfn edilib.
    Heydər Əlirza oğlu Əliyev - 2 dəfə Sosialist Əməyi Qəhrəmanı, 5 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Vətən müharibəsinin birinci dərəcə, Qırmızı Ulduz və digər 13 medalla təltif edilib. O, həmçinin Azərbaycan Respublikası, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə, Ukrayna və digər dövlətlərin orden və fəxri adları ilə də təltif edilib.

    İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN XÜLASƏSİ

    H.Əliyev. Müstəqilliyimiz əbədidir. Çıxışlar, nitqlər, bəyanat, müsahibə və məktublar toplusu. 13-cü cild, Bakı, 1993-2005 (azərbaycanca).
    H.Əliyev. Şəxsi mövqe. Bakı, 1996.
    H.Əliyev. Rusiya - möhtəşəm ölkə. Bakı, 1997.
    Akademik Zərifə xanım Əliyeva. Elmi işlərin toplusu.
    Bakı,1999.
    Zərifə xanım Əliyeva. Bakı -1998.
    İ.Əliyev. Azərbaycan nefti dünya siyasətində. 5-ci cild. Bakı, 1997-1998.
    İ.Əliyev. Azərbaycanın Xəzər nefti. M -2003.
    Ş.Əliyeva. Mənim anam (Azərbaycan dilində). Bakı, 2000.

    Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyində.
    Bakı, 2001.
    Azərbaycan-Rusiya. Yeni qarşılıqlı əlaqələr, perspektivlər.
    Bakı,2002.
    Azərbaycan tarixi. Stenoqrafik oçerk. Bakı,1998.
    Sovet İttifaqı Kommunist Partiyasının XXIV qurultayı. Stenoqrafik hesabat. 2-ci cild. Moskva, 1971.
    Sovet İttifaqı Kommunist Partiyasının XXV qurultayı. Stenoqrafik hesabat. 3-cü cild. Moskva, 1976.
    Sovet İttifaqı Kommunist Partiyasının XXVI qurultayı. Stenoqrafik hesabat. 2-ci cild. 1981.
    Sovet İKP-nin Ümumittifaq XIX konfransı. Stenoqrafik hesabat. 2-ci cild, 1988.

    F. Abdullazadə. Heydər Əliyev. Bakı, 1997.
    F. Abdullazadə. Heydər Əliyev. Siyasi portret. Bakı, 1998.
    D. Əliyev. Tarixi həqiqət. Bakı, 1999.
    V. Andriyanov, A.Çernyak Kremldə yalqız hökmdar.
    Moskva, 1999.
    V. Andriyanov, A.Çernyak Yalqız hökmdar prezident rolunda.
    Moskva, 2000.
    V. Andriyanov, A.Çernyak Yalqız hökmdar gedir.
    Moskva, 2000.
    E. Axundova. Həqiqətin bir anı. Bakı, 2003.
    N. Baybakov. Stalindən Brejnevədək. Moskva, 1998.
    V.Biryukov. Digərlərindən seçilən həyat. Moskva, 2004.
    F. Bobkov. DTK və hakimiyyət. Moskva, 1995.
    V. Boldin. Pyedestalin süqutu. Moskva, 1995.
    K. Hacıyev. Qafqazın geosiyasəti. Moskva, 2003.
    c. Həsənli. cənubi Azərbaycan: soyuq müharibənin başlanğıcı. Bakı, 2003.
    Azərbaycan tarixi. Bakı,1995. Azərbaycan tarixi. 3-cü cild. Bakı, 1958-1963.
    M. Maqomayev. Musiqi - sevgim mənim. Moskva, 1999.
    H. Mirələmov. Zəfər yolu. Bakı, 2003.
    S. Mirzəyeva. Heydər Əliyev: incəsənət mənim bütün həyatımdan keçib. Bakı, 2004.
    N. Molçanov. General de Qoll. Moskva,1973.
    Y. Primakov. Böyük siyasətdə keçən illər. Moskva,1999.
    N. Rıjkov. 10 il davam edən böyük sarsıntıLar. Moskva, 1996.
    Z. Səmədzadə. Böyük yolun mərhələləri. Yarıməsrlik tarixdə Azərbaycanın iqtisadiyyatı: reallıq və perspektivlər. Bakı, 2004.
    F. Salmanov. Kəşfə bənzər bir həyat. Moskva, 2003.
    Azərbaycan çekistləri. Bakı,1981.
    Q.Şahnəzərov. Azadlığın qiyməti. Moskva,1993.
    Müəlliflər Heydər Əliyev haqqında kitabın ərsəyə gəlməsinə kömək göstərən insanların hər birinə öz minnətdarlıqlarını bildirirlər. İlk növbədə:
    Əliyev İlham Heydər oğlu - Azərbaycan Respublikasının Prezidenti;
    Əliyeva Mehriban Arif qızı - Azərbaycan Respublikası Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri;
    Əliyeva Sevil Heydər qızı - H.Ə.Əliyevin qızı;
    Əliyev Aqil Əlirza oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, H. Ə. Əliyevin qardaşı;
    Əliyev cəlal Əlirza oğlu - AMEA-nın akademiki, H.Ə.Əliyevin qardaşı;
    Əliyeva Rəfiqə Əlirza qızı və Əliyeva Şəfiqə Əlirza qızı - H.Ə.Əliyevin bacıları.
    Həmçinin:
    Abdullazadə Fatma Hüseyn qızı - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının siyasi-humanitar şöbəsinin müdiri;
    Əliyeva Svetlana Vladimrovna - jurnalist;
    Əzizov Fikrət Nəhməd oğlu - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdir müavini;
    Əliyev Natiq Ağəmi oğlu - Azərbaycan Sənaye və Energetika naziri;
    Əliyev Əlican Tarıqulu oğlu - «Gənclik» nəşriyyatının direktoru;
    Əsədov Əli Hidayət oğlu - Azərbaycan Respublikası Prezidentinin köməkçisi;
    Axundov Vaqif Əlibala oğlu - general-leytenant, Azərbaycan Respublikası Dövlət Xüsusi Mühafizə İdarəsinin rəisi;
    Baybakov Nikolay Konstantinoviç - SSRİ Nazirlər Soveti sədrinin müavini, SSRİ Dövlət Plan Komitəsinin sədri (1965-1985);
    Batalin Yuri Petroviç - Rusiya Neft-Qaz İnşaat Birliyinin prezidenti, SSRİ Nazirlər Soveti sədrinin müavini (1985-1990);
    Biryukov Viktor Yefimoviç - SSRİ Dövlət Plan Komitəsinin sədr müavini (1977-1990);
    Bobkov Filipp Denisoviç - RİA «Novosti» idarə heyəti sədrinin müşaviri, ordu generalı, SSRİ DTK sədrinin birinci müavini (1986-1990);
    Bağırov Rafiq Hidayət oğlu - fotorəssam;
    Vəkilov Telman Hüseyn oğlu - SSRİ qaz sənayesi nazirinin müavini (1979-1982);
    Qavrilov Aleksandr Timofeyeviç - tarix elmləri namizədi, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavininin köməkçisi;
    Qusman Mixail Salamonoviç - İTAR-TASS-ın baş direktorunun birinci müavini;
    Qusev Vladimir Kuzmiç - RF Şurası Federal Məclisinin mülkiyyət və sahibkarlıq üzrə iqtisadi siyasət Komitəsi sədrinin I müavini, SSRİ Nazirlər Soveti sədrinin I müavini (1986-1991);
    Quliyeva İradə Ənvər qızı - «Əmrahbank»ın «Lider» filialının müdiri;
    Həsənov Əli Əkbər oğlu - Naxçıvan MR Ali Məclisi aparatının rəhbəri;
    Həsənov cəmil Poladxan oğlu - Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru;
    Hüseynzadə Lətif Talıb oğlu - tarix elmləri namizədi, H.Ə.Əliyevin müəllimi;
    Hüseynov Rəfael cahid oğlu - «Trud» qəzetinin baş redaktor müavini;
    Dzasoxov Aleksandr Sergeyeviç - Şimali Osetiya - Alaniya Respublikasının Prezidenti;
    Konarev Nikolay Semyonoviç - «Inter Trans» QSc-nin baş direktoru, SSRİ nəqliyyat naziri (1982-1989);
    Lixanov Albert Anatoliyeviç - yazıçı, Rusiya Uşaq Fondunun sədri;
    Məmmədov Çingiz İsrafil oğlu - kimya elmləri namizədi;
    Mehdiyev Ramiz Ənvər oğlu - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri;
    Morozkov Vladimir Nikolayeviç - «Bakinski raboçi» qəzetinin baş redaktoru;
    Mustafayev Vaqif Behbud oğlu - «Space» teleşirkətinin prezidenti;
    Nazarbayev Nursultan Abişeviç - Qazaxıstan Respublikasının Prezidenti;
    Pastuxov Boris Nikolayeviç - RF Ticarət Sənaye Palatasının vitse-prezidenti, ÜLKGİ MK-nın birinci katibi (1977-1982), SSRİ Dövlət Nəşriyyat Komitəsinin sədri (1982-1986), RF-nin MDB işləri üzrə naziri (1998-1999);
    Rizayev Ramiz Həsən oğlu - Akademik, kimya elmləri doktoru;
    Rıjkov Nikolay İvanoviç - RF Federasiya Şurasının Federal Məclisinin üzvü, Rusiya Əmtəə İstehsalı Birliyinin prezidenti, SSRİ Nazirlər Sovetinin sədri (1985-1990);
    Salmanov Fərman Qurban oğlu - REA-nın müxbir üzvü;
    Talıbov Vasif Yusif oğlu - Naxçıvan MR Ali Məclisinin sədri;
    Tomilina Natalya Georgiyevna - Rusiya Dövlət Yeni Tarix Arxivinin direktoru;
    Tretyakov İvan Polikarpoviç - yazıçı, Bakı şəhəri;
    Uxov Oleq Sergeyeviç - SSRİ Nazirlər Soveti sədrinin İ müavininin köməkçisi (1983-1987);
    Yusifzadə Ziya Məmməd oğlu - general-leytenant, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının rəisi;
    Şafranik Yuri Konstantinoviç - Neft-Qaz Sənayeçiləri Birliyinin prezidenti, RF - yanacaq və energetika naziri (1993-1996);
    Azərbaycan Milli Arxiv İdarəsi; M. F. Axundov adına Milli Kitabxanası; H. Ə. Əliyev adına Naxçıvan Muzeyi; Rusiya Dövlət Yeni Tarix Arxivi; Rusiya Dövlət Kitabxanasına da öz dərin təşəkkürümüzü bildiririk.
    Bu işdə xoş sözləri, səmimi münasibəti ilə bizə yardımçı olan hər kəsə minnətdarıq.

     

     

    Sarsın - 13.05.2011 - 15:07
  2. Allah rəhmət eləsin

     

     

    Maqsud - 29.11.2011 - 16:26
  3. Amin...

     

     

    Sarsın - 30.11.2011 - 02:36
  4. ALLAH REHMET ELESIN NUR ICINDE YATSIN

     

     

    SADIQE - 03.03.2013 - 15:47
  5. eeeeeeeeeeeellllaaaaaaaaaaa

     

     

    nilufer12 - 09.04.2013 - 18:32



Benzer Konular

  1. Heyder Eliyev haqqında
    Konuyu Açan: sivria, Forum: Soru - Cevap.
    Cevaplar: 5
    Son Mesaj : 28.11.2013, 22:46
  2. Mədə Xoras Haqqında Bilmedklerimiz
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 05.01.2012, 06:46
  3. Öd kisəsi haqqında bilmedklerimiz
    Konuyu Açan: Sarsın, Forum: Sağlamliq.
    Cevaplar: 0
    Son Mesaj : 16.12.2011, 13:42
  4. Ailə haqqında dahilərdən dahi sözlər
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 1
    Son Mesaj : 24.04.2010, 00:00
  5. Heyder Eliyev
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 08.12.2009, 12:36

copyright

Soru Cevap