REKLAM




+ Konuyu Cevapla

Xocavəndin işğalından 18 il ötür

  1. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    Xocavəndin işğalı haqqda



    Register


    Bu gün Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 18 il ötür.

    Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir. Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonu 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir. Sahəsi 145647 hektardır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyininin məlumatına görə, özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.

    Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 yaşlı Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.

    Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.

    Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.

    Rayonun Kurapatkin adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fıstıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilib.

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in əldə etdiyi məlumatlara əsasən rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, işlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.

    Daxil olmuş məlumatlara əsasən yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac nümunələri kökündən yanaraq məhv olub.

    Milli.Az


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. Ağdamın işğalından 20 il ötür
    Konuyu Açan: Ceylan, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 1
    Son Mesaj : 01.09.2013, 09:17
  2. Laçın rayonunun işğalından 20 il ötür
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycanca xəbərlər.
    Cevaplar: 0
    Son Mesaj : 18.05.2012, 02:28
  3. Şuşanın işğalından 20 il ötür
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycanca xəbərlər.
    Cevaplar: 0
    Son Mesaj : 08.05.2012, 01:10
  4. Bu gün Ağdam rayonunun işğalından 18 il ötür
    Konuyu Açan: Wirinkaa, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 23.07.2011, 12:31
  5. Ağdamın işğalından 17 il ötür
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 24.07.2010, 09:11

copyright

Soru Cevap

grafimx