12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya günü



  1. 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür. 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Konstitusiya Azərbaycan dövlətinin sayca dördüncü Konstitusiyası olub onun yeni tarixi modifikasiyasını əks etdirir.

    APA-nın məlumatına görə, Konstitusiyanın mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

    Azərbaycan Respublikasında Konstitusiya quruculuğunun tarixi əsasən onun SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin 1924-cü il Konstitusiyasına müvafiq redaksiyası qəbul olunub. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən Konstitusiyası qəbul edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yaranıb. Bu məqsədlə prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda yeni Konstitusiya qəbul edilib. 2009-cu il martın 18-də keçirilən referendumda isə Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub.

     

     

    Leyl-i Lal - 27.06.2010 - 13:56



Benzer Konular

  1. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 26.01.2011, 10:58
  2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
    Konuyu Açan: byHaktan, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 05.01.2011, 16:18
  3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 15.07.2010, 13:56
  4. Azərbaycan Respublikasının Qanunu
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 1
    Son Mesaj : 14.07.2010, 01:34
  5. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
    Konuyu Açan: CADIKIZ, Forum: Azərbaycan Həyat tərzi.
    Cevaplar: 0
    Son Mesaj : 27.05.2009, 00:06

copyright

Soru Cevap