31 mart soyqırımı ve ermeni vehşiliyi

  1. 31 mart soyqırımı ve ermeni vehşiliyi haqqinda - 31 mart soyqirimi haqqinda melumat



    31 mart soyqırımı ve ermeni vehşiliyi

    1918-ci ilin yazı üçün bolşevikler Bakını herbi qalaya çevirdiler. Qarabağ üzre Herbi İnqilab Komitesi Bakıda yerleşdriridi. Sedri milliyyetce ermeni olan Korqanov İ.N. idi. Qırmızı qvardiya ve Xezer Donanması Bakı Sovetine tabe etdirildi.
    Cebheden qayıdan 8 min ermeni ile daşnakların herbi qüvvesini öz serencamına tabe olmağa nail olan Şaumyan mart ayı üçün 20 min silahlı qüvveye arxalanırdı.
    Söz yoxdur ki, Bakı bolşevikleri ile ermeni milletçilerinin birge mübarizesi hedefi eyni idi. Azerbaycan Milli fikrini boğmaq milliyyetçi herekatını def etmek.
    “Böyük Ermenistan” xülyasını gerçekleşdireceklerine ümid besleyen ermeniler daha çox canfeşanlıqla her bir siyasi akta meqsedeuyğun mezmun vermeye çalışırdılar.
    Zaqafqaziyada sovet hakimiyyetinin qelebesine nail olmaq günün vacib meselesi idi. Bu missiyanı heyata keçirmek Lenin terefinden Qafqaz işleri üzre müveqqeti fövqelade komissar teyin edilmiş Stepan Şaumyana tapşırıldı. Hemin günlerde keçirilen seçimlerde bolşeviklerin nüfuzu bir qeder aşağı düşdü. Bele olduqda bolşevikler siyasi gedişe el atdılar. Yeni xüsusi seçki qanunu qebul etdiler ve Bakıda hakimiyyeti özleri üçün serfeli zeminde temin etdiler. Onlar ilk önce harda qüvve toplamağın zeruri olduğunu başa düşerek Dünya müharibesinin Qafqaz cebhesinde Erzican barışığına göre geri qayıtdılar. Rusiya esgerlerinin ermeni tebliğatının tesiri altında silah ve herbi sursatın Bakı bolşeviklerinin eline keçdi. Daşnaksütyun partiyasının bolşeviklerle ittifaqda hereket etdiyini, ermeni milli şurasında da tebii ki, daşnaklarla bir cebhede olduğunu Bakıdakı ermeni herbi hisselerinin, bolşeviklerin xidmetinde durmağını bilse de Şaumyan Moskvadan herbi meqsedli vesait ve serencamlar teleb edirdi. 1918-ci ilin yazı üçün bolşevikler Bakını herbi qalaya çevirmek üçün irelileyirdiler.
    Qafqaz üzre Herbi İnqilab Komitesi Bakıda yerleşdirildi. Sedrin milliyyetce ermeni olan Korqanov idi. Qırmızı Qvardiya ve Xezer Donanması Bakı Sovetine tabe etdirildi.
    “Böyük Ermenistan” xülyasının baş tutacağına ümid besleyen ermeniler daha çox canfeşanlıqla her bir siyasi akta meqsedyönlü mezmun vermeye çalışırdılar. Nehayet, 1918-ci il martın 17-den 21-ne qeder davam eden mart hadiseleri baş verdi.
    Axır ki, martın 30-da Bakıda ilk ateş sesleri eşidilmeye başladı. Qırğın erefesinde Neriman Nerimanovun menzilinde müselman kommunistlerinin yığıncağı keçirildi. Şaumyan da buraya devet edilmişdi. Burada Şaumyanı silahlı mübarizeden çekindirmeye çalışdılar. Şaumyan yığıncağın telebi ile razılaşmış, lakin 2 saat sonra Nerimanov öz ailesi ile birlikde “Sovet Hakimiyyetinin müdafieçileri olan” daşnaklar terefinden tecavüze meruz qalır.
    Mart soyqırımı erefesinde Qırmızı Qvardiya terefinden 18 min herbçi fealiyyet gösterirdi. Onlardan 13 mini ermeni esjerleri, zabitlerin ise hamısı ermeni idi. Bu qüvveler Bakı quberniyasının qezalarında qırğınlar töredirdiler. Onlar Şaumyanın etimadını qazanmışdılar. Bakının ardınca Lenkeranda, Şamaxıda, Selyanda, Qubada müselmanlara tutulan divan “Sovet Hakimiyyetinin tentenesinden” xeber verirdi. Öz qeddarlığı, alçaqlığı ile meşhur olan daşnak Amazasp Quba yürüşünde özünü öyerek beyan etmişdi: “Mene emr olunmuşdur ki, deniz sahillerinden Şahdağa kimi bütün müselmanları mehv edim, Şirvanda etdiyim kimi yurdumuzu yerle-yeksan etdim. Bu heyasız ve qaniçen daşnak. O Qubanın dinc ehalisini meydana yığıb heyasızcasına demişdi: “Siz bele bilmeyin. Men bura bolşevik hökumetini qurmaq üçün gelmişem. Xeyir! Men bura ermeni bacı ve qardaşlarımın qisasını almağa gelmişem”.
    Amazaspın quldur desteleri Quba yürüşünde 122 müselman kendini yandırıb bundan başqa qatı ermeni daşnakı olan Lalayan öz başkesenleri ile Şamaxı şeherine jelmiş, bütün kendleri torpaqla beraber etmiş, ehalisini ise qırmışdır. O, şeherde ele vehşilik etmişdir ki, tesvir etmek olmur. Şeherde ütün kişileri öldürmüşdür, hetta oğlan uşaqlarına bele rehm etmemişdir. Qadınları erlerinin ve valideynlerinin gözü qarşısında zorlamışlar. Şeher bütünlükloe talan edilmişdir. Sonra ise yandırılmışdır. Bir mescid bele salamat qalmamışdır. Şeherdeki 5 min ev, yüzlerle mekteb binası dağıdılmışdır. Şeher bütünlükde qebristanlığa benzeyirdi. Bizim başımıza açılan belalardan yalnız Stepan Şaumyan teqsirkardır. Her şey onun emrine esasen yerine yetirilmişdir, öz qeyyumu Stepan Şaumyan vasitesile azad olunmuş ve cezadan yayınmışdır.
    1918-ci ilde Şamaxı kendlilerinin ingilis generalı Tomsona yazdıqları mektubda Lalayanın azerbaycanlılara qarşı töretdikleri cinayet faktları bele aşkarlanır: “Bize çatan düzgün melumata göre, hazırda polisin hebs etdiyi Stepan Lalayan sizin serencamınıza verilmişdir. Bütünlükle vicdanını itirmiş ve bix şamaxılılara her cür ziyan vurmuş bu vehşi insana herbi mehkemeye verin.
    Belelikle, 1918-ci ilde Bakı Xalq Komissarları Sovetinin sedri Stepan Şaumyanın rehberliyi altında “Böyük Ermenistan” uydurma dövletinin terkib hissesi kimi azerbaycanlılara qarşı soyqırım planını heyata keçirdiler.
    Qeyd etmek isterdim ki, ermeniler bu soyqırımını heyata üçün uzun müddet hazırlaşmışlar. Onların elinde yaxşı silahlanmış herbi desteler vardı.
    Stepan Şaumyanın Bakıda qayıdan ermeni-daşnak destelerini terksilah etmeye icaze vermemişdi. Onun tabeçiliyinde hemin dövrde 6 min, daşnakların tabeçiliyinde 4 min 600 esger ve zabit vardı. Bundan elave, Bakıdakı ermenilerin de ekseriyyeti silahlanmışdı.
    Şaumyanın şexsi tapşırığı esasında müselman diviziyasının rehberleri hebs edilmiş, şexsi heyetin terksilahı heyata keçirilmişdir. Amma yaxşı silahlanmış ermeni esgerlerine toxunulmamış, onlar da şeherde serbest gezirdiler.
    1918-ci il bolşevik-müsavat qarşıdurmasını yatırtdmağa çalışan İnqilabi Mübarize Komitesi tezlikle öz isteyine nail oldu. Müsavat herbi birleşmeleri martın 31-de Bakı şeheriden çıxarıldı. Bakı bolşeviklerinin rehberi Şaumyanın tehriki ile şeherde dehşetli soyqırıma başladı. Bakıda ermeni daşnakları dinc ehaliye divan tutdu. 15 minden çox azerbaycanlı qetle yetirildi. Hüseyn Bayqara mart soyqırımını bele tesvir etmişdir: “Türklerin mağazaları talan edildi, evleri yandırıldı. Bu barede menim üçün yazmaq olduqca ağırdır. Türk qadınları saç-saça bağlanaraq çılpaq gezdirildikden sonra müxtelif şekilde tecavüzler, öldürmeler ve daha başqa cinayetler...
    Tecavüzler bununla bitmedi. Ermeni-rus könüllü desteleri Bakıda olduğu kimi Azerbaycanın diger erazilerinde qırğınlar, talanlar töredir ve tarixde görünmemiş cinayetler töretdi”.
    Bakı şeherinde soyqırımlar bolşevik bayrağı altında keçirirdi. Guya bolşevikler hökumete qarşı çıxan qüvvelere divan tuturdular.
    Stepan Şaumyan öz meqsedini perdeleyerek yazırdı: “Bizim siyasetimiz vetendaş müharibesi aparmaqdır, kim bu siyasete qarşı çıxarsa o, düşmenlerimizin nökeridir”.
    Yaranmış veziyyetden istifade ederek bolşevik sıralarına soxulmuş ermeni daşnakları başda Şaumyan olmaqla çox ustalıqla istifade etdiler. “Böyük Ermenistan” planının reallaşdırmaq üçün Azerbaycanın her yerinde etnik temizleme aparırdılar. Yeni Azerbaycan türklerinin yaşadıqları erazileri temizleme siyaseti heyata keçirildi.
    Bakıda baş veren hadiselerin esl mahiyyetini tehrif olunmuş şekilde merkeze çatdıran Şaumyan Leninden tebrik teleqrammı almışdı.
    İnqilabın rehberi Şaumyanın xidmetlerini terifleyerek yazırdı: Sizin möhkem ve çetin siyasetinize meftunam. Hemin siyasetin indiki çox çetin şeksiz teleb etdiyi çox ehtiyatla diplomatiya ile birleşdirin”.
    Stepan Şaumyanın özü ise Bakıda töretdikleri vehşiliklerden özü ise Bakıda töretdikleri vehşiliklerden, soyqırımından ferehlenerek Rusiya Xalq Komissarları Şurasına bele melumat verilmişdi: “Zaqafqaziya Sovet hakimiyyeti uğrunda fexri silahlı mübarize merhelesine daxil olub üç gün müddetinde 30-31 mart ve 1 aprel tarixinde Bakı şeherinde döyüşler olub. Bir terefden sovet Qızıl Ordusu, diger terefden müselman vehşi diviziyası, Musavat partiyasının rehberlik etdiyi müselman silahlı desteleri... Bizim üçün döyüşün neticeleri hedden artıq yaxşı olmuşdur. Biz onlara öz teriqetlerimizi diqte etdik, onlar da danışıqsız olaraq bu şertleri qebul etdiler”.
    Yuxarıda gösterilenlerden başqa qeyd etmek isterdim ki, ermenilerin xalqımıza qarşı töretdikleri soyqırımın tüğyan etdiyi hele 1915-ci ilde tekce İrevan mahalından 10 min azerbaycanlı qetle yetirilmişdir. Qafqaza qayıdan ermeni silahlı desteleri İrevan quberniyasında azerbaycanlıların yaşadıqları 211 kendi yandırmış, ehalisini ise qetle yetirmişler. 1918-ci ilde ermeni silahlı desteleri Bakı quberniyasında 229 kendi, Gence quberniyasında 272 kendi, tekce Zengezurda 115, Qarabağda 157 kendi yerle-yeksan etmiş, yüz minlerle azerbaycanlını qılıncdan keçirmiş ve ya didergin salmışlar.
    1918-20-ci illerde daşnaklar Ermenistanda 565 min azerbaycanlını qırmışlar.
    Belelikle, qeyd etmeliyem ki,ermeni daşnaklarının azerbaycanlılara qarşı töretdikleri soyqırımlar barede daha geniş yazmaq olardı. Çünki onlar esrler boyu xalqımızın qanının içmiş ve indi de içir.
    Bu gün qan yaddaqoımız berpa olunur. Şehidler xiyabanının yerleşdiyi yerde 1918-ci il mart qurbanları defn olunub. 3 gün erzinde Bakıda 17 min azerbaycanlı qetle yetirilmişdir. Dişleri esrler boyu xalqımızın qanına batmış ermeni faşizmi 1992-ci ilin fevral ayının 26-da beşeriyyet tarixinde xalqımızın faciesi ile müqayise edilecek bir dehşetli cinayet töretdiler. Xocalı şeherinde yaşayan xalqımıza qarşı divan tutdular. Onlar qocaları, uşaqları, qadınlarımızı tankların tırtılları altında qanlarına qeltan elediler. Ermeni faşistleri belekde olan körpeleri mehv etmişler. Bu ermeni faşistleri terefinden evvelki illerde xalqımızın başına getirdikleri soyqırımların davamı idi. Biz bu gün yer üzünde yaşayan bütün tereqqiperver beşeriyyete üz tutub deyirik: “Ey insanlar! Sesimize ses verin. Xocalı soyqırımını tanıyın! Ne vaxta kimi ermeni faşistleri cezasız qalacaqlar?


    "Bakı Tebriz" Araşdırmalar ve Xeber Merkezi

     

     

    Leyl-i Lal - 01.04.2010 - 01:41



Benzer Konular

  1. Xocali Soyqırımı
    Konuyu Açan: BiR-DOST, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 2
    Son Mesaj : 25.02.2014, 19:54
  2. 31 Mart Soyqırımı Haqqında Melumat
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 31.03.2011, 15:05
  3. 8 Mart qadın bayramı - 8 mart tarixi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Qadınlar üçün.
    Cevaplar: 2
    Son Mesaj : 08.03.2011, 23:10
  4. Mart Soyqırımı-1918
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 2
    Son Mesaj : 15.03.2010, 11:19
  5. Rus Belgelerinde Ermeni Vahşeti | Ermeni Katliamı Fotoğrafları
    Konuyu Açan: GeceMavisi, Forum: Yabancı Tarih.
    Cevaplar: 8
    Son Mesaj : 14.09.2008, 06:07

copyright

Soru Cevap