REKLAM




+ Konuyu Cevapla

31 Mart-soyqırım Günü - Ermenilerin Heyata Gecirdikleri Soykirimlar

  1. Yazan: Leyl-i Lal
    Leyl-i Lal - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    31 Mart Soyqirim Haqqinda - Ermeni Soyqoro,o Haqqinda




    İsveçle Rusiya arasında 1721-ci ilde barış bağlaşmasının imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xezeryanı erazilere yöneltdi. Bu cehdlerin sonu 1723-cü ilde Bakının işğalı ile neticelendi. Esasen müsulmanlardan ibaret olan yerli camaatın narazılığını ve direnişini gören I Pyotr öz planlarını hayata keçirmek üçün, nece olur-olsun, Gilanda, Mazandaranda, Bakı ve Derbendde ermenilerin ve xristianların yerleşdirilmesini önemli sayırdı. Özülü I Pyotr terefinden qoyulan bu siyaseti sonralar Rusiyanın diger çarları gerçekleşdirirdi. 1768-ci ilde II Yekaterina ermenilerin himaye edilmesi barede emr imzalayır. 1802-ci ilde çar Aleksandr I H.D.Sisianova yolladığı mektubunda yazırdı: "Ne olur-olsun ermeniler Azerbaycanın ... bu ve ya diger xanlıqlarında istifade olunmalıdır". Tarix boyu dövletleri olmayan ermeniler özlerine dövlet yaratmaq üçün Rusiyanın sömürge siyasetininin gerçekleşmesinde arac rolunu oynadılar.

    Kütlevi repressiyaların qanlı tarixi

    Rusiya ile Azerbaycan arasında geden iki savaşın ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) ve Türkmençay (10 fevral 1828-ci il) bağlaşmaları Azerbaycan xalqının tarixinde facievi rol oynamış ve Azerbaycanın quzeyinin işğalına getirib çıxarmışdır. Türkmençay bağlaşmasından derhal sonra imperator I Hikolay 21 mart 1828-ci ilde İrevan ve Haxçıvan xanlıqlarının erazisinde "Ermeni eyaleti"nin yaradılması haqqında emr imzalayır. Bu emre göre o zaman 7 min 331 türkün ve 2 min 369 ermeninin yaşadığı İrevan şeheri de "Ermeni eyaleti"nin terkibine daqhil edilir. Bunun ardınca Türkmençay müqavilesinin XV bendine göre Azerbaycandan ermenilerin İrevan, Qarabağ ve Haxçıvana toplumsal biçimde köçürülmesine başlanılır. Bunun da sonucunda hemin erazilerde oturuşmuş türkler öz yurd-yuvalarından mehrum edilir. Anoloji proses Türkiye ile aparılan savaşların (1828-1829, 1877-1878) sonunda da gerçekleşdirilib. Bele ki, tarixi qaynaqlara göre 1829-1830-cu illerde Qafqazda (Haxçıvan, Qarabağ, İrevan) 40 min Azerbaycan, 84 min 600 Türkiye ermenisi yerleşdirilib.
    XIX yüzilin ikinci yarısında Türkiyü, Gürcüstan vü Azürbaycan erazilerini tutmaqla "Böyük Ermenistan" kimi milletçi, şovinist ideyasını gerçekleşdirmek isteyinde olan ermeniler teşkilati strukturlar yaratmağa başlayırlar. Bele ki, esasen xaricde "Qnçaq" (1887, Cenevre), "Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Ermeni vetenperverler ittifaqı" (1895, Hyu-York) teşkilatı yaradılır. Butün bu çabalara baxmayaraq XIX esrin sonunda İrevan quberniyası türklerin sayına göre, Bakı ve Yelizavetopol (Gence) quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk defe olaraq ehalinin siyahıya alınmasında elde olunan göstericilere göre, 1897-ci ilde İrevan quberniyasında 313 min 178 türk yaşayıb. XX esrin başlanğıcında baş veren sonrakı olaylar gösterdi ki, bele bir durum Azerbaycan xalqının tarixinde facielerin davamına neden olub.
    1905-1907 iller. Rusiyada geden inqilab süreclerinden yararlanan ermeniler 1905-1907-ci illerde amaclı milli qırğın aktlarını, Bakı, Şuşa, Zengezur, İrevan, Ordubad, Haxçıvan, Üçkilse, Cavanşir ve Qazaxda türklerin yurd-yuvalarından qovub çıxarmışlar.
    1905-1906 iller. İrevan ve Gence quberniyalarının 200, Şuşa, Cebrayıl ve Zengezurun ise 75 türk köyünü ermeniler talan edibler. Yazıqlar olsun ki, tarixi qaynaqlarda o illerin olaylarını özünde gösteren çox az sayda sened (belge) qorunub saxlanıb. Lakin bu olayların baş vermesini deilleyen faktlar M.S.Ordubadinin "Qanlı iller", M.M.Hevvabın "1905-1906-cı illerde ermeni-müsulman müharibesi" kitablarında öz eksini tapıb. Hemin kitablarda danışılan olaylar o zamanın metbu neşrleri, şahid söylemeleri esasında hazırlanıb.
    1918-1920-ci iller. Statistik bilgilerele demek olar ki, 1905-1907-ci illerde olmuş olaylardan sonra türklere qarşı toplumsal repressiyalar gizli biçimde yapılıb. 1916-cı ilin bilgileri gösterir ki, 1831-ci ille müqayisede hemin il İrevan quberniyasının 5 eyaletinde ehalinin sayı 40 defe artaraq 14 min 300-den 570 min neferedek yükselmişdir. Ancaq hemin zaman kesiyinde türklerin sayı cemi 4,6 faiz artaraq 246 min 600 nefer teşkil edib. Yaxud başqa bir örnek, eger 1886-1897-ci illerde ehalinin son artımı 40 min nefer olubsa, 1905-1916-ci illerde bu say toplam 17 min nefer olub. Halbuki hele 1905-ci ilde 1886-cı ille müqayisede ehalinin sayı 61 min nefer çox olub. Bu saylar çar Rusiyasının yönetimi döneminde ermeni nasistlerinin şovinist siyasetinin hayata keçirmesinden, "Türksüz Ermenistan" planının gerçekleşdirmesi yönünde türklerin qovulmasından soraq verir.
    Birinci dünya savaşından sonra Rusiyadakı durumdan yararlanan ermeniler 1917-ci ilde baş vermiş fevral ve oktyabr inqilablarından sonra öz isteklerine bolşevizm bayrağı altında çatmağa çaba gösterirdiler. Bakı komunnası eksinqilabi elementlerle direniş şüarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan türklerin çıxarılması amacını güden cinayetkar planın gerçekleşdirilmesine başlayır.
    O günlerde ermenilerin etdiyi cinayetler Azerbaycan xalqının yaddaşında silinmez iz qoyub. Tekce milli kimliyine göre minlerle dinc Azerbaycan türkü mahv edilib. Ermeniler evleri yandırır, insanları diri-diri oda atırdılar. Onlar milli arxitektur xezineleri, mektebleri, xestexanaları, mescidleri ve diger tikilileri dağıdır, türklere qarşı soyqırımı çox özel bir qeddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zengezur, Haxçıvan, Lenkeran ve Azerbaycanın diger erazilerinde heyata keçirirdiler. Bu torpaqlarda kütlevi qaydada dinc ehali qırılmış, kendler yandırılmış milli uyqarlıq abideleri mehv edilmişdir.
    1918-ci ilin mart-aprelinde Bakı, Şamaxı, Quba, Muğan ve Lenkeranda ermeniler 50 min türkü qetle yetirmiş, 10 minlerle insanı öz torpaqlarından qovmuşdur. Tekce Bakıda 30 mine yaxın türk özellikle amansızlıqla öldürülüb. Şamaxıda 58 kend dağıdılmış 7 min nefer (1653 qadın, 965 uşaq) mehv edilmişdir. Quba erazisinde 122 (türklerle birlikde burada yaşayan yehudiler de qırğına meruz qalmışdır), Qarabağın dağlıq bölgesinde 150, Zengezurda 115, İrevan quberniyasında 211, Kars eyaletinde 92 kend yerle yeksan olunub, ehali üzerinde yaş ve cinse baxmadan qetliam hayata keçirilib. İrevan türklerinin çoxsaylı müracietlerinin birinde ("Aşxadavor" ("emekçi") qezeti, 231, 2 noyabr 1919-cu il) gösterilirdi ki, türklerin bu tarixi şeherinde ve onun etrafında qısa zaman erzinde 88 kend (köy) dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nefer ise öldürülmüşdür.
    28 may 1918-ci ilde Azerbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşmeyib. ADR-in Nazirler Sovetinin başqanı F.X.Xoyskinin dış işler naziri M.Q.Gencinskiye yazdığı mektubda deyilir: "Ermenilerle biz bütün dartışmalara son qoymuşuq. Onlar ultimatumu alqışlayıb savaş ile qurtaracaqlar. Biz ermenilere İrevanı güzeşte getdik". Zaqafqaziyada 3 suveren respublikanın yaranması ve müttefiqlerin yardımı ile Ermenistan erazisi 1 milyon 510 min nefer ehali ile (795 min ermeni, 575 min türk, 140 min diger xalqlar) 17 min 500 ingilis kvadrat mili boyutunda olur. Bununla yetinmeyen ermeniler heç bir şeyi aldırmadan "Böyük Ermenistan" ideyası etrafında Gürcüstanın terkibinde olan Axalkalaki, Borçalı, Azerbaycanın Qarabağ, Haxçıvan, Gence quberniyasının güney bölgesine de iddia ireli sürürler. Güc hesabına bu erazileri özlerine (kendilerine) birleşdirmek çabası Gürcüstanla savaşa (dekabr 1918), Azerbaycanla ise uzun müddetli qanlı direnişe getirib çıxarır. Hansı ki, sonucda mübahiseli erazilerde ehalisinin sayı 10-30 faiz aşağı düşür.
    1918-1920-ci illrr. Toplumsal repressiyalar sonucunda indiki Ermenistan erazisinde yaşayan 575 min türkden 567 mini öldürülmüş ve yurddışı edilmişdir. 1920-ci il aprelin evvelinde Tiflisde Zaqafqaziya respublikalarının nümayendelerinin bulunması ile "sovetleşme tehlükesinden birge qorunma" konusunda keçirilen konfransda ermenilr beyan edirler ki, onlar heç zaman var olan erazi ile yetinmeyecekler ve işbirliyinden qaçırlar.
    Buradan bele sonuca varılır ki, 1920-ci ilin yazında ermenilerin Qarabağda, Zengezurda, Qazaxda, martın 22-de Novruz bayramı günü Şuşada, sonradan ise Esgeran, Xankendide aktiv çıxışları onların Moskva ile ilişgiye girerek Azerbaycanın milli hökumetini devirmek ve burada sovet hakimiyyetini qurmaq isteyinden ireli gelirmiş.
    Ermenilerin bolşevikler qarşısında etdikleri xidmetler çox keçmir ki, deyerlendirilir. Sovet Azerbaycanının o zamankı rehberi Heriman Herimanov Mokvanının tezyiqlerine dözmeyib 1920-ci il dekabrın 1-de "Zengezur ve Haxçıvanın ümumi sahesi 9 min kvadrat metr olan bir sıra erazilerinin Sovet Ermenistanının terkibine verilmesi haqqında" deklorasiyaya imza atır.
    Bu faktlardan göründüyü kimi, ermeniler öz şovinist amaclarına çatmaq üçün beynelxalq hüquq normalarını aldırmadan bütün olumlu araclar ve metodlardan yararlanıblar.

    Siyasi-hüquqi deyerlendirme

    Azerbaycan Demokratik Respublikası yarandıqdan derhal sonra 1918-ci ilin mart olaylarına, türklerin ermeniler terefinden mehv edilmesi meselesine diqqet yetirdi. 1918-ci il iyul ayının 15-de Nazirler Soveti mart faciesinin, İrevan quberniyasında baş vermiş ağır cinayetlerin araşdırılması ve öyrenilmesi üzre komissiya yaradılması haqqında qerar qebul etdi. Mart faciesi ve diger ermeni cinayetleri ile bağlı beynalhalk toplumu bilgilendirmek amacıyla ADR Dış İşler Nazirliyinde xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci illerin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etdi. Lakin ADR torpaqlarımızın işğal edilmesi ve türklerin soyqırımına meruz qalması meselesinin hüquqi-siyasal deyerlendirilmesi işini başa çatdırmadan süquta uğradı.
    Bu meseleye bir de Azerbaycan öz bağımsızlığına qovuşduqdan sonra qayıtmaq mümkün oldu.


    Facebook




    Üyelik



  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. 18 Mart Şehitler Günü
    Konuyu Açan: yol.50, Forum: Önemli Günler ve Haftalar.
    Cevaplar: 5
    Son Mesaj : 18.03.2013, 21:36
  2. 8 Mart Kadınlar Günü
    Konuyu Açan: Nehir, Forum: Karikatürler.
    Cevaplar: 1
    Son Mesaj : 08.03.2011, 09:37
  3. Soyqırım - 31 mart
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 21.01.2010, 16:38
  4. 31 Mart Azərbaycanlıların soyqırım günüdür
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 11.01.2010, 22:42
  5. 8 Mart kadınLar Günü
    Konuyu Açan: XMaSteR, Forum: Karikatürler.
    Cevaplar: 44
    Son Mesaj : 28.03.2007, 23:01

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx