REKLAM




+ Konuyu Cevapla

Marağa rəsədxanası - İran

  1. Yazan: MARDINLI1986
    MARDINLI1986 - ait Kullanıcı Resmi (Avatar)

    REKLAM


    Azərbaycan musiqiçiləri - Türk musiqiçilər - Azərbaycan alimləri - Azərbaycanlı alimlər - Türk alimlər - Marağada doğulanlar - 1353-cü ildə doğulanlar - 1436-cı ildə vəfat edənlər



    Qədim Şərqin ilk və ən mükəmməl rəsədxanası hesab olunan Marağa rəsədxanasının banisi görkəmli azərbaycanlı alim Nəsirəddin Tusi (1201-1274) olmuşdur.Nəsirəddin Tusi rəsədxana qurmaq haqqında çoxdan fikirləşirdi. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar əldə edir və rəsədxanada araşdırmalar aparmaq üçün dünyanın bir çox ölkəsindən alimlər dəvət edir. Tusi özü “Zici-İlxani” adlı əsərində bu barədə belə yazır: “Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini”. Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları məlum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyəyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikintisi üçün zəruri olan alətlərin cizgilərini əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.

    Tarixçə

    Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi öncə məqsədəuyğun saymırdı. Tanınmış tarixçi Hacı Xəlifə özünün “Dünya haqqında kitab”ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: “Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məbləği Hülakuyə deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: “Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək”? Nəsir cavabında söylədi: “İzn verin, bir nəfər həmin dağa qalxıb, oradan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin”. Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddin isə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər”. Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul ayırır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.

    Görülən İşlər

    Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır.Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı bu idi ki, rəsədxanada müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Burada çalışanlar türk, fars, ərəb, monqol, çin, gürcü tatar, yəhudi və digər millətlərin nümayəndələri idilər. Tusinin rəsədxanası öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyurdu. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri “Zici-İlxani” (İlxanilərin astronomik cədvəlləri) adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.

    Cədvəllər

    Cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Müasir alimlər buna əsaslanaraq, belə bir ehtimal irəli sürürlər ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. “Cədvəllər”in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub.
    Azərbaycanlı alim Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası dünya tətbiqi astronomiya elminin inkişafında müstəsna rol oynamışdır.

    Kaynak: Wikipedia, Vikipediya, açıq ensiklopediya



    Facebook




    Üyelik

  2. Yazan: sapsapi
    No Avatar
    super ama tarix dersi icin yaziram niye axi arixi yazilmayibbbbbbbbRegister


  1. Yazan:
    no avatar


    REKLAM



Benzer Konular

  1. İran
    Konuyu Açan: sahin2, Forum: Dünya Ülkeleri.
    Cevaplar: 0
    Son Mesaj : 27.04.2010, 14:28
  2. Marağa şəhristanı
    Konuyu Açan: MARDINLI1986, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 20.03.2010, 03:19
  3. Marağa - İran
    Konuyu Açan: MARDINLI1986, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 20.03.2010, 02:09
  4. Sərdəşt - İran
    Konuyu Açan: MARDINLI1986, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 19.03.2010, 17:36
  5. Nəqədə - İran
    Konuyu Açan: MARDINLI1986, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 19.03.2010, 17:35

copyright

Soru Cevap

izmit düğün salonları - grafimx