Marneuli rayonu - Gürcüstan

  1. Marneuli rayonu - Gürcüstan - Ölkələrinə görə coğrafiya - Dağ qaralamaları - Gürcüstan dağları - Gürcüstan rayonları






    Marneuli (gürcücə: მარნეული), Gürcüstanın cənub-şərqində, Borçalı və ya Kvemo Kartli kimi adlandırılan bölgədə rayon ərazi vahidi. 1929-cu ildə Zaqafqaziyada ilk dəfə rayon inzibati-ərazi bölgüsü təsis edildikdən sonra 1947-ci ilədək onun adı ləğv edilmiş bütöv qəzanın adını (Borçalı) daşımışdır.

    Fiziki-çoğrafi oçerk



    Marneuli rayonu Aran Borçalının Azərbaycan və Ermənistanla sərhədində yerləşir. Marneuli rayonunun sahəsi 935 km² - dir[1] . Ərazisinin 90%-i 350-600 metr mütləq hündürlüyə malik Marneuli ovalığında yerləşir. Ən hündür nöqtəsi 1416 metrə bərabər Qaradağ dağıdır.


    Demoqrafik vəziyyət



    Gürcüstan Statistika Departamentinin məlumatına görə 2009-cu ildə 1 şəhər, 1 qəsəbə və 16 kənd bələdiyyəsində birləşdirilmiş 72 kənddən ibarət olan rayonun əhalisi 123.5 min nəfər və ya Gürcüstanın cəmi əhalisinin 2,8%-ni təşkil etmişdir [2]. Kəndlərin 51-də etnik azərbaycanlılar, 11-də ermənilər, 8-də gürcülər, 1-də isə yunanlar üstünlük təşkil edir, 1 kənddə (Ulyanovka) isə yaşayış mövcud deyildir. Kəndlərdən 3-ü (Sadaxlı, Qızılhacılı və Alget) ölkə üzrə əhalisinin sayı 5000-dən yuxarı olan 28 ən böyük kənd siyahısına daxildir. Rayon əhalisinin 49,4%-i kişilərdən, 50,6%-i qadınlardan ibarətdir.

    2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə görə rayon əhalisinin 83,1%-ni azərbaycanlılar, 8%-ni gürcülər, 7,9%-ni ermənilər təşkil etmişdir. Ən iri yaşayış məntəqələri Marneuli şəhəri (əhalisi: 20,1 min nəfər), Sadaxlı (9,5 min nəfər) və Qızılhacılı (7,1 min nəfər) kəndləridir [3].

    Təsərrüfatı



    Sovetlər Birliyi dağıldıqdan sonra Marneuli iqtisadiyyatı dərin böhran keçirmişdir. Marneuli hazırda kəndə təsərrüfatı bölgəsi kimi tanınır. 2006-cı ildə Gürcüstanda istehsal edilmiş tütünün 78%-i, tərəvəzin 11%-i, bostan bitkilərinin 14%-i, ətin 4%-i bu bölgənin payına düşmüşdür.

    Mədəniyyəti



    Hal-hazırda rayonda 87 dövlət, 1 qeyri-dövlət ümumtəhsil məktəbi; 4 orta ixtisas, 4 ali təhsil müəssisəsi; 67 kitabxana, 2 teatr, 2 muzey və "Algeti" adlı 1 teleşirkət fəaliyyət göstərir.


    Kaynak: Wikipedia, Vikipediya, açıq ensiklopediya

     

     

    MARDINLI1986 - 18.03.2010 - 12:19



Benzer Konular

  1. Marneuli - Gürcüstan
    Konuyu Açan: MARDINLI1986, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 18.03.2010, 12:32
  2. Kür - Gürcüstan
    Konuyu Açan: MARDINLI1986, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 18.03.2010, 12:23
  3. Dələver çayı - Gürcüstan
    Konuyu Açan: MARDINLI1986, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 18.03.2010, 12:20
  4. Bolnisi rayonu - Gürcüstan
    Konuyu Açan: MARDINLI1986, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 18.03.2010, 12:17
  5. GÜRCİSTAN
    Konuyu Açan: SU-PERISI, Forum: Dünya Ülkeleri.
    Cevaplar: 0
    Son Mesaj : 04.10.2008, 02:43

copyright

Soru Cevap