Azerbaycan Memarliginin mohtesem abidesi Momine Xatun turbesi



  1. Momine xatun turbesi haqqinda

    Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Mömünə Xatun türbəsi 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir (memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani). Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Mömünə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında "Atabəy günbəzi" adı ilə qalmışdır. Abidənin baştağında kufı xətti ilə bu sözlər həkk olunmuşdur. "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar".

    Ümumi hündürlüyü 34 m olmuş, sonralar 8 m hündürlüyündə xarici örtüyü dağılmışdır. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Sərdabə hissəsi planda 10 bucaqlıdır. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun arvadı Mömünə xatun və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Sərdabədə dəfn olunanların məzarlarının başdaşıları vaxtilə oğurlanıb aparılmışdır. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə doğru bir tağ salınmışdır. Türbə sərdabəsindəki bu quruluş sonralar Qərbdə, qotika memarlığında tətbiq edilmişdir. Türbənin yerüstü hissəsi xaricdən 10 guşəli (bütün tərəfləri kufı kitabələrlə haşiyələnmişdir), daxildən isə dairəvidir. Türbə günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var. Bişmiş kərpicdən tikilmiş Mömünə Xatun Türbəsinin bucaqları çıxıntı şəklində, səthləri isə batıq formada həll edilmişdir. Türbənin bucaqlarındakı çıxıntılar kufı xətti ilə işlənmiş kitabələrlə örtülmüşdür. Bu kitabələrin uzunluğu 500 m-ə çatır. Türbə əvvəlki dövrlərə nisbətən mürəkkəb quruluşlu həndəsi ornamentlərlə kompozisiyaya daxil edilmiş firuzəyi kaşılarla daha da zənginləşdirilmişdir. Türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində isə ornamental bəzəklər verilmişdir. Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr baştağdan yuxarıda həkk edilmişdir. Türbənin sadə quruluşlu daxili səthi gəc ilə suvanmış, günbəzin iç tərəfınə 4 medalyondan ibarət bəzək vurulmuşdur. Kompozisiyaya, yetkinliyə, ayrıntılarının incə, zərif işlənməsinə və memarlıq həllinə görə türbə orta əsrlər memarlıq sənətinin şah əsərlərindən sayılır. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir. 19 əsrə aid rəsm əsərlərindən və fotoşəkillərdən görünür ki, Mömünə xatun türbəsinin yanında monumental tikililər, o cümlədən came məscidi yerləşmişdi. Türbə 2003-cü ildə yeniden berpa olunmusdur

     

     

    Leyl-i Lal - 10.02.2010 - 16:52
  2. cok guzel

     

     

    uNuTDuNMu - 08.02.2013 - 20:33



Benzer Konular

  1. Gulustan turbesi haqqinda
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 1
    Son Mesaj : 21.02.2010, 11:55
  2. Qarabag Turbesi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 10.02.2010, 16:51
  3. Güzellik Abidesi
    Konuyu Açan: Nerissa-Su, Forum: Köpekler.
    Cevaplar: 0
    Son Mesaj : 01.01.2010, 14:27
  4. Güzellik Abidesi
    Konuyu Açan: Nerissa-Su, Forum: Hayvan Resimleri.
    Cevaplar: 1
    Son Mesaj : 23.12.2009, 11:38
  5. Sara Xatun
    Konuyu Açan: YoRGun-ŞaiR, Forum: Qadınlar üçün.
    Cevaplar: 0
    Son Mesaj : 23.10.2009, 17:13

copyright

Soru Cevap

grafimx