Laçının İşğalı

  1. Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Azərbaycanın Kəlbəcər rayonu, şərqdən Xocalı,Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə ermənistan respublikası ilə həmsərhəddir Laçın rayonunun ərazisi 1883 kvadrat km-dir. 01 yanvar 2004-cü il tarixə əhalisi 65507 nəfərdir. Rayonun mərkəzi Laçın şəhəridir, əhalisi 14500 nəfərdir. 65 min əhalisi olan bu səfali məkan 126 kənddən, 1 şəhərdən və 1 qəsəbədən ibarətdir. Laçın 1923-cu ilə qədər Abdallar, sonra isə Laçın adlanıb. Ərazisi əsasən dağlıq relyefdən ibarətdir. Burada əsasən maldarlıq, arıçılıq, əkinçilik, taxta-şalban istehsali inkişaf edib. Hal-hazirda Laçın rayonunun əhalisi Azərbaycan Respublikasının müxtəlif ərazisinə səpələnmişdir




    İşğal nəticəsində: 18 May 1992-ci ildən ermənistan Respublikası tərəfindən işğala məruz qalıb. İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğala qədər rayon ərazisində 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı olmuşdur. Laçın ərazisi başa-baş bir tarix muzeyidir. Abidələr neçə min ildən bu yana tarixi həqiqətlərdən söz açır, milli varlığımız haqqında soraqları bu günümüzə yetirir. Coğrafi mövqeyi Laçın rayonu ən yüksək dağ rayonlarından biridir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 m yüksəklikdə yerləşən Qızılboğaz dağıdır. Ərazidə narzan tipli bulaqlar, çoxlu miqdarda müxtəlif tikinti materialları, yataqları vardır. Rayonda 126 yaşayış məntəqəsi yerləşir. 1992-ci il rayonun ərəzisi erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. İqtisadi xarakteristikası Rayonunun iqtisadiyyatında heyvandarlıq əsas yer tutur. Kənd təsərrüfatının əsasını taxılçılıq, meyvəçilik təşkil edir.

     

     

    Leyl-i Lal - 19.12.2009 - 14:25



Benzer Konular

  1. Laçının icra başçısı ilə bağlı şok iddialar
    Konuyu Açan: SU-PERISI, Forum: Azərbaycanca xəbərlər.
    Cevaplar: 0
    Son Mesaj : 07.12.2013, 23:27
  2. QAT Laçının işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib
    Konuyu Açan: Sarsın, Forum: Azərbaycanca xəbərlər.
    Cevaplar: 0
    Son Mesaj : 19.05.2011, 23:19
  3. Ağdərənin İşğalı
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 20.06.2010, 10:42
  4. Laçının işğalı
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 18.05.2010, 09:39
  5. Laçının işğalından 18 il keçir
    Konuyu Açan: Lady_rap, Forum: Azərbaycan Tarixi Ve Coğrafiyası.
    Cevaplar: 0
    Son Mesaj : 17.05.2010, 11:28

copyright

Soru Cevap