ƏLIYEVA ZƏRIFƏ ƏZIZ QIZI

  1. ƏLIYEVA ZƏRIFƏ ƏZIZ QIZI (28.4.1923, Kəngərli rayonunun Şahtaxtı kəndi – 15.4. 1985, Moskva) – oftalmoloq. Tibb elmləri doktoru (1979), professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. (1983), Rusiya Tibb Elmlər Akademiyasının akademiki (1981), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1980). Ə. M. Əliyevin qızı, Heydər Əliyevin həyat yoldaşıdır.



    Azərbaycan Dövlət Tibb Institutunu (indiki Tibb Universiteti) bitirmişdir (1947). Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya Institutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə Institutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982–85) vəzifələrində çalışmışdır. Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “Iridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva Azərbaycan iridologiyasının banisi idi və bu sahədə elmi məktəb yaratmışdır.

    Zərifə Əliyevanın doktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqlar tərəfindən deyil, həm də fizioloqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Onun zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” (prof. N. B. Şulpina və L. F. Moşetova ilə birgə) monoqrafiyasında əksini tapmışdır. Bu kitab oftalmoloq və həkimləri təkmilləşdirmə fakültəsinin müəllimləri üçün əvəzsiz vəsaitdir.
    Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti Idarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə SSRI Tibb Elmlər Akademiyasının M. I. Averbax adına mükafatına layiq görülmüşdür (1981). 1994-cü ildə cənazəsi Moskvanın Novo Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. Məzarı üstündə tuncdan heykəli ucaldılmışdır (heykəltaraş Ö. Eldarov). Bakıda Göz xəstəlikləri Institutu, Naxçıvan şəhər poliklinikası və Kəngərli rayonunun Şahtaxtı kəndindəki məktəb Zərifə Əliyevanın adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır.

     

     

    MaRaBoGLu61 - 18.05.2009 - 01:46



Benzer Konular

  1. Uzeyir Mehdizade ve Padisahin qizi 2012
    Konuyu Açan: Sarsın, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 27.03.2012, 00:20
  2. Azeri Qizi Gunel - Ulduz Oldun
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 29.10.2010, 02:28
  3. Naxcivanin Duzu Qizi Qarpizi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 28.04.2010, 22:30
  4. Taği salahoğlu - Əmi qizi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azerice Videolar.
    Cevaplar: 0
    Son Mesaj : 01.01.2010, 23:22
  5. Kendin en gozel qizi
    Konuyu Açan: Leyl-i Lal, Forum: Azərbaycan Ədəbiyyatı və İncəsənət.
    Cevaplar: 0
    Son Mesaj : 23.11.2009, 13:56

copyright

Soru Cevap